/ / 2020-ci il üzrə Qlobal İnnovasiya İndeksi ilə əlaqədar Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin şərhi
2020-ci il üzrə Qlobal İnnovasiya İndeksi ilə əlaqədar Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin şərhi
04.09.2020 [09:20]
Kornell Universitetinin (ABŞ), INSEAD Biznes məktəbinin (Fransa) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə nəşri olan və bu il 131 ölkəni əhatə edən (keçən ilki reytinqdə 129 ölkə daxil idi) “Qlobal İnnovasiya İndeksi-2020” (Qİİ-2020) dərc edilib.
Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Qİİ-2020 reytinqi innovasiya fəaliyyətinin potensialı, məhsuldarlığı və çərçivə şərtlərini əhatə edən 80 indikator əsasında tərtib olunub. Təhlil edilən indikatorlar geniş məlumatlar spektrini - qanunvericilik, elm və təhsildən bazarın, biznesin, infrastrukturun inkişafı məsələlərinədək və s. ehtiva edir. Qİİ-nin dərc olunmasında əsas məqsəd innovasiya fəaliyyətinin stimullaşdırılması mexanizmlərinin qiymətləndirilməsi imkanlarının yaradılmasıdır.
Qİİ-2020-nin lideri İsveçrədir, ondan sonra İsveç, ABŞ, Böyük Britaniya və Niderland gəlir. Ən çox innovasiyalı ölkələr onluğuna, həmçinin Danimarka, Finlandiya, Sinqapur, Almaniya və Koreya Respublikası da daxildir. Çin isə ikinci onluğa daxil olaraq 14-cü yeri tutub.
Postsovet məkanı ölkələri arasında ən yaxşı göstəricilər Estoniya (25-ci yer), Latviya (36-cı yer) və Litvadadır (40-cı yer). Rusiya 47-ci yeri tutur, Azərbaycan isə keçən ilə (84-cü yer) nisbətən reytinqini yaxşılaşdıraraq 82-ci yerdədir.
Qİİ-2020 reytinqi iki yekunlaşdırıcı “İnnovasiya resursları” və “İnnovasiya nəticələri” subindeksə daxil olan innovasiya fəaliyyətinin 7 qrup göstəricilərdən ibarətdir. “İnnovasiya resursları” subindeksi innovasiya prosesləri baş verən milli iqtisadiyyatın elementlərini beş qrupa bölərək (1 - institutlar, 2 - insan kapitalı və elm, 3 - infrastruktur, 4 - daxili bazarın inkişafı və 5 - biznesin inkişafı), onları qiymətləndirməyə imkan yaradır. “İnnovasiya nəticələri” subindeksi innovasiya fəaliyyətini iki qrup üzrə: 6 - “Biliklər və texnologiyaların inkişafı” və 7 - “Kreativ fəaliyyətin nəticələri”nə bölməklə, bu fəaliyyətin faktiki nəticələrini əks etdirir.
“İnnovasiya resursları” subindeksi üzrə Azərbaycan MDB çərçivəsində Özbəkistanı (81), Ermənistanı (83), Qırğızıstanı (88) və Tacikistanı (108) qabaqlayaraq reytinqdə 76-cı yeri tutur.
Ölkəmizin bu subindeks üzrə ən yaxşı nəticə “Daxili bazarın inkişafı” blokunda əldə edilib - 36-cı yer. Azərbaycan bu blokda “Kredit” istiqamətində 39-cu yeri tutur, həmin istiqamətə daxil olan “Kredit almağın asanlığı” göstəricisi üzrə bütün reytinq ölkələri arasında 1-ci yerdə, “Mikromaliyyələşdirmə kreditləri” göstəricisi üzrə isə 14-cü yerdə qərarlaşıb. “İnstitutlar” blokunun “Biznes-mühit” istiqaməti üzrə Azərbaycan 33-cü, “Biznesin başlanmasının asanlığı” göstəricisi üzrə isə 9-cu yerdədir. “İnsan kapitalı və elm” blokunda “İbtidai siniflərdə şagird-müəllim nisbəti” göstəricisi yüksək 6-cı yerdədir. Qeyd etmək lazımdır ki, bu blokdakı “Təhsil” inteqral göstəricisi üzrə Azərbaycan öz mövqeyini yaxşılaşdıraraq 2019-cu ildəki 123-cü yerdən 2020-ci ildə 84-cü yerə qalxıb. Bundan başqa, universitetlərin QS reytinqi üzrə Azərbaycan MDB ölkələri arasında 5-ci yeri tutmaqla Rusiya, Qazaxıstan, Ukrayna və Belarusdan sonra gəlir. “İnnovasiya əlaqələri” istiqaməti üzrə ölkəmiz yüksək mövqedədir: “Universitet və sənaye arasında tədqiqat əməkdaşlığı” göstəricisi - 23-cü yer, “Klaster inkişafının vəziyyəti” göstəricisi - 29-cu yer.
Digər mühüm əhəmiyyətli göstərici “İnnovasiya nəticələri” subindeksidir. “İnnovasiya resursları” subindeksi innovasiyalar üçün əlverişlilik səviyyəsini əks etdirdiyi halda “İnnovasiya nəticələri” subindeksi bu sahədə nailiyyətləri əks etdirir.
“İnnovasiya nəticələri” subindeksi üzrə qeyd etmək lazımdır ki, “Kreativ fəaliyyətin nəticələri” bloku üzrə nəticələr yüksəlib: ötənilki reytinqdə 84-cü yer idisə, builki reytinqdə 65-ci yerdir.
Bu subindeksdə əsasən əqli mülkiyyət obyektləri ilə müəyyənləşən “Qeyri-maddi aktivlər” mühüm inteqral göstəricisi diqqəti çəkir. Bu göstərici üzrə Azərbaycan 2019-cu ildəki nəticəni (76-cı yer) 20 pillə yaxşılaşdıraraq 56-cı yeri tutur. Bu inteqral göstəricisində kifayət qədər yüksək yerləri əqli fəaliyyət göstəriciləri tutur: məsələn, sənaye nümunələri üzrə Azərbaycanın reytinqdə mövqeyi 18 pillə yaxşılaşıb.
Eyni subindeksdə “İKT və təşkilati modelin yaradılması” göstəricisi də yüksəkdir - 35-ci yer.
“Bilik və texnoloji nəticələr” blokundakı “Biliklərin yaradılması” inteqral göstəricisinə görə, Azərbaycan mövqelərini 11 pillə yaxşılaşdırıb və “Rezidentlərin ixtira müraciətləri” (64-cü yer) və “Rezidentləri faydalı model müraciətləri” (50-ci yer) kimi əqli mülkiyyət göstəriciləri üzrə kifayət qədər yüksək sırada yer alıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

