/ / Payızda dünya miqyasında koronavirus pandemiyasının yenidən aktivləşəcəyi barədə proqnozlar təsdiqlənir
Payızda dünya miqyasında koronavirus pandemiyasının yenidən aktivləşəcəyi barədə proqnozlar təsdiqlənir
11.09.2020 [09:40]
Ekspertlər qeyd edirlər ki, ölkəmizdə koronavirusla mübarizədə əldə olunan müsbət dinamikanı qoruyub saxlamaq üçün həlledici amil vətəndaş məsuliyyətidir
Məlum olduğu kimi, dünya ölkələri koronavirus pandemiyası ilə mübarizə üçün səfərbər olublar. Dünyada koronavirusa yoluxanların sayı artıq 28 milyona yaxınlaşır. Təəssüf ki, payızda koronavirus pandemiyasının yenidən aktivləşəcəyi barədə səslənən proqnozlar da təsdiqlənir. Yay aylarında yoluxma səviyyəsində azalma müşahidə edilən ölkələrdə belə sentyabrdan xəstə sayında kəskin artım qeydə alınıb. Onlardan 905 minə yaxın insan vəfat edib, 19 milyona qədəri isə sağalıb. Yoluxma sayına görə “lider” ölkə ABŞ-dır. Burada 6 mln 360 min nəfərdə sözügedən virus aşkarlanıb. İkinci yerdə Hindistan, üçüncü yerdə Braziliya, dördüncü yerdə Rusiya, beşinci yerdə isə Perudur.
Vurğulamaq yerinə düşər ki, ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər, vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etmələri nəticəsində müsbət nəticələr əldə edilib. Lakin xarici ölkələrdə yoluxma sayını və payız mövsümünün başlanmasını nəzərə alan ekspertlər qeyd edirlər ki, xüsusi karantin rejimində mərhələli şəkildə aparılan yumşaldılma prosesi zamanı vətəndaş məsuliyyəti həlledici amildir.
Məsələyə münasibət bildirən Milli Məclisin üzvü Ramin Məmmədov deyib ki, Azərbaycanda pandemiya ilə mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər nəticəsində müsbət nəticələr əldə olunub: “Azərbaycan dövləti COVID-19 infeksiyasının yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürüb, genişmiqyaslı tədbirlər həyata keçirib, həm insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, həm də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi baxımından bütün məsələlər uğurla həll edilib”.
Payızda dünya miqyasında koronavirus pandemiyasının yenidən aktivləşəcəyi haqda səslənən proqnozların özünü doğrultmasına toxunan R.Məmmədov bildirib ki, sentyabrdan başlayaraq yoluxma səviyyəsində azalma müşahidə edilən ölkələrdə xəstə sayında kəskin artım qeydə alınması ciddi həyəcan təbili çalmağa əsas verir: “İndiyədək Cənubi Qafqazda ən az yoluxma qeydə alınan qonşu Gürcüstanda sentyabrın əvvəlində vəziyyət gərginləşməyə başlayıb, hökumət koronavirusla bağlı qaydalara dəyişikliklər etmək məcburiyyətində qalıb. İctimai nəqliyyatda və qapalı məkanlarda maskadan istifadəyə nəzarət sərtləşdirilib. Qonşu Türkiyədə də məhdudiyyətlər artırılıb, kütləvi mərasimlər qadağan olunub. Çünki yoluxma miqyasının artması ölkədə vətəndaşların lazımi təhlükəsizlik tədbirlərinə riayət etməməsinin nəticəsidir. Avropa da oxşar vəziyyət yaşanır. Durumun nisbətən sabit olduğu Rusiyada yoluxma hallarında kəskin artım müşahidə olunur”.
“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyeva isə bildirib ki, dövlətimiz əhalinin sağlamlığının təmin edilməsi sahəsində bütün lazımi tədbirləri çevik şəkildə həyata keçirib: “Bakı şəhəri və regionlarda müasir texniki təchizatı olan modul tipli xəstəxanaların quraşdırılması, yeni tibb müəssisələrinin açılması, qısa vaxtda 45 müasir laboratoriyanın açılması, 900 mindən çox test keçirilməsi,səhiyyə sistemində çalışanların daim dövlət qayğısı ilə əhatə olunması ölkəmizdə insan sağlamlığı və həyatının qorunmasına göstərilən qayğının təzahürüdür”.
Ekspertin sözlərinə görə, hazırda əldə edilmiş müsbət dinamika və yumşaldılmalar qətiyyən arxayınlıq yaratmamalıdır: “Müvafiq gigiyenik qaydalara riayət edilməsi artıq vərdiş halını almalıdır. Çünki yay fəsli sona çatır, yaydan payıza keçid zamanı infeksion xəstəliklər artır. İnsanlarımız yenə də şəxsi gigiyena qaydalarına əməl etmək, sosial məsafəni qorumaq, maska taxmaq, mövcud qaydalara ciddi əməl etməklə özlərini və ətrafdakıları qoruya bilərlər”.
Z.Nəbiyeva qeyd edib ki, pandemiya ilə mübarizədə yalnız birgə səylər hesabına və qaydalara ciddi şəkildə əməl etməklə qalib gəlmək olar: “Hazırda xüsusi karantin rejiminin mərhələli şəkildə aparılan yumşaldılma prosesində artıq əsas məsuliyyət vətəndaşların üzərinə düşür. Əldə olunan müsbət dinamikanı saxlamaq və yaxın gələcəkdə tam normal həyata qayıtmaq hər kəsin sosial məsuliyyətindən asılıdır. Fəaliyyətə başlayan sahibkar subyektləri də onların fəaliyyət sahələrini tənzimləyən COVID-19 infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə əsasən işlərini qurmalı və buna ciddi riayət etməlidirlər”.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

