/ / Tofiq Yaqublu haqqında qərarın dəyişdirilməsi Azərbaycan dövlətinin humanizm prinsiplərinə əsaslanan siyasətinin əyani təzahürüdür
Tofiq Yaqublu haqqında qərarın dəyişdirilməsi Azərbaycan dövlətinin humanizm prinsiplərinə əsaslanan siyasətinin əyani təzahürüdür
18.09.2020 [23:27]
Radikal müxalifət isə öz məqsədi üçün ən ali prinsipləri belə tapdamağa hazır olduğunu bir daha nümayiş etdirdi
Xəbər verildiyi kimi, sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsində 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş Tofiq Yaqublunun məhkəməsi keçirilib. Hakim Elmar Rəhimovun qərarı ilə T.Yaqublu ev dustaqlığına buraxılıb. Qeyd etmək lazımdır ki, törətdiyi cinayət əməli məhkəmədə sübuta yetirilən və 4il 3 ay müddətinə azadlıqdan məhrum olunan Tofiq Yaqublu haqqında qərarın dəyişdirilməsi və ev dustaqlığı ilə əvəz olunması Azərbaycan dövlətinin humanizm prinsiplərinə əsaslanan siyasətinin əyani təzahürüdür.
Bu yerdə vurğulayaq ki, T.Yaqublu barədə verilmiş hökmün dəyişdirilməsi ilə bağlı Azərbaycanın Xalq artisti Zeynəb Xanlarova, AYB sədri Anar, Xalq yazıçısı Çingiz Abdullayev və bir sıra başqa ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri müraciət etmişdilər. Eyni zamanda bildirmək yerinə düşər ki, Tofiq Yaqublu təcridxanada olduğu dövrdə onun vətəndaş hüquqları tam şəkildə qorunub, qanunvericiliyə uyğun olaraq maddi-məişət şəraiti ilə təmin olunub, hüquqları məhdudlaşdırılmayıb. Eləcə də T.Yaqublu ailə üzvləri və vəkilləri ilə mütəmadi görüşüb və telefon vasitəsilə əlaqə saxlayıb. Bununla yanaşı, T.Yaqublu ilə bir sıra yerli və beynəlxalq təşkilatların nümayəndələri görüşlər keçirib, onunla qida qəbulunu bərpa etməsi ilə bağlı söhbətlər aparılıb, müvafiq tövsiyələr verilib. Eyni zamanda, öz xahişi ilə tanıdığı mülki sektorun həkimi Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün orada lazımi şərait yaradılıb. T.Yaqublunun sağlıq durumunda problem yaranmaması üçün önun özünün və həkimi Adil Qeybullanın təklifi ilə “City Hospotal”da müalicəsi davam etdirilib. Öz növbəsində TƏBİB-in rəsmi şəxsləri və həkimləri, pentensiar xidmətin əməkdaşları xəstəxanada T.Yaqublunun yanında olublar və onun səhhətini nəzarətdə saxlayıblar.
T.Yaqublunun həyatı bahasına öz çirkin niyyətlərini həyata keçirmək istəyənlərin qeyri-insani davranışları qınanılır
Bir daha vurğulamaq gərəkdir ki, T.Yaqublunun ev dustaqlığına buraxılması birmənalı şəkildə humanizm nümunəsidir və bu, Azərbaycan hakimiyyətinin apardığı siyasətin məhz bu prinsiplərə söykəndiyini növbəti dəfə təsdiqləyir. Yeri gəlmişkən, onun həkimi Adil Qeybulla da bu qərarı humanist addım kimi qiymətləndirib və yaranmış vəziyyəti kampaniyaya çevirərək T.Yaqublunun həyatı bahasına öz çirkin niyyətlərini həyata keçirmək istəyənlərin bu anti-insani davranışını qınayıb: “Bəzi İnternet televiziyalar, xüsusilə də Amerikada oturanlar, görünür, bu prosesin uzanmağında maraqlıdırlar. Maraqlıdılar ki, bu proses uzansın, T.Yaqublu aclığı davam etdirsin, komaya düşsün, ağır vəziyyətə düşsün, onlar da bundan istifadə etsinlər. Bu, açıq aydın hiss olunur”.
Göründüyü kimi, yalnız şəxsi maraqlara əsir olan bəzi radikal ünsürlərin məqsədi T.Yaqublunun üzərindən siyasi oyunlar oynamaq idi. Amma ümumi ictimai rəy birmənalı şəkildə onların bu çirkin oyunlarına qarşı öz mövqeyini nümayiş etdirdi. Ölkənin əsas KİV-ləri, sosial şəbəkə istifadəçiləri, QHT və siyasi partiya nümayəndələri T.Yaqublunun vəziyyətinin ağırlaşmasını və hətta ölümünü istəyərək bundan yararlanmağa çalışan radikal müxalifəti, xaricdəki “5-ci kolon”u ciddi qınadılar. Bir daha qeyd edildi ki, guya T.Yaqubluya “canınyananlıq etmək” istəyən belələrinin məqsədi bu məsələdən koroporativ maraqları üçün yararlanmaqdan ibarətdir. Bunun qarşılığında isə məhkəmə T.Yaqublunun sağlıq durumunda ciddi problem yaranmamasına yol verməmək üçün onun barəsində çıxarılmış qərarı dəyişdirdi. Vurğulandığı kimi bu, Azərbaycan dövlətinin növbəti humanist addımı, insan həyatını ən ali dəyər kimi qiymətləndirməsinin ən bariz nümunələrindən biridir.
Təzyiq, şantaj və bu kimi yollarla Azərbaycan dövlətinə təsir etmək mümkün deyil
Bununla yanaşı, radikal müxalifətin və xaricdəki “5-ci kolon”un bu qərarı “qələbə” kimi yozması, bundan sui-sitifadə edərək müxtəlif qeyri-qanuni çağırışlar səsləndirməsi bir daha göstərir ki, heç bir fəaliyyəti gözə dəyməyən, işləri-gücləri sosial şəbəkələrdə qeybət, dedi-qodu yaymaq olan bu şəxslər üçün insan həyatının heç bir dəyəri yoxdur. Bu fakt bir daha ortaya çıxardı ki, T.Yaqublunun qızı Nigar Həzi, AXCP sədri Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı kimi şəxslər öz məqsədləri üçün ən ali prinsipləri belə tapdamağa hazırdırlar. Burada ən təəccüblüsü Tofiq Yaqublunun qızı Nigar Həzinin atasının vəziyyəti ilə bağlı siyasi möhtəkirlik etməsidir ki, atasına aclığı dayandırmaq, bununla da səhhətini daha da pisləşdirməmək kimi tövsiyələr verməli olan bir övlad əksinə atasını aclığı ölümü bahasına olsa belə davam etdirməyə çağırırdı. Sanki ona atadan daha çox, “həbsxanada ölmüş məhbus qızı” statusu vacib idi. Səbəb nə idi? “Həbsxanada ölmüş məhbus qızı” statusuna malik olan bir şəxs kimi daha rahatlıqla sığınacaqmı almaq? Həyat yoldaşına daha “parlaq” siyasi karyera təmin etmək? Yoxsa əlində alət olduqları Əli Kərimlinin kaprizlərini təmin etmək? Təbii ki, neftin qiymətinin aşağı düşməsinə, iqtisadiyyatın geriləməsinə sevinənələrdən, insanların sosial durumunun ağırlaşmasını istəyənlərdən, koronavirus pandemiyasının geniş yayılmasını arzulayanlardan bundan artıq münasibət gözləmək mümkün deyil.
Bütün bunları sadalamaqla yanaşı onu da xüsusi olaraqq vurğulamaq yerinə düşər k, T.Yaqublu ilə bağlı qəbul olunmuş yeni qərar heç kimə dövlətlə şantaj dili ilə danışmağa əsas vermir. Təcrübə göstərir ki, təzyiq, şantaj və bu kimi yollarla Azərbaycan dövlətinə, hakimiyyətə, məhkəməyə təsir etmək mümkün deyil və belə cəhdlər həmişə olduğu kimi iflasa məhkumdur.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

