Bakı Atatürk Liseyindən təqdiredici addım
05.12.2020 [16:52]
Sentyabrın 27-də işğalçı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təxribata cavab olaraq Azərbaycan Ordusunun başladığı Vətən müharibəsi sonda düşmənin sarsıdıcı məğlubiyyəti ilə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsi zamanı misilsiz şücaət göstərərək torpaqlarımızı işğaldan azad etdi. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan bu haqq savaşımızda inanılmaz qəhrəmanlıq göstərərək şəhid olan Vətən övladlarımızdan biri də Dövlətzadə Cəbrayıl Dövlət oğludur.
Qeyd edək ki, Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin rəhbərliyi şəhidin qardaşı Dövlətzadə Sahib Cəbrayıl oğlunun 11-ci sinifi başa vurana kimi təhsil xərclərinin Liseyin hesabına ödənilməsinə dair qərar verib. Liseydən verilən məlumata əsasən oktyabr ayında şəhid Cəbrayıl Dövlətzadənin valideynlərinə 7-ci sinif şagirid olan övladları Sahibin Bakı Atatürk Liseyində təhsil alması təklif edilib və ailə tərəfindən təklif qəbul edilib. Beləliklə, Sahib Dövlətzadə 11-ci sinifi başa vurana kimi Liseyin ayırdığı tam təqaüd hesabına, yəni pulsuz təhsil alacaq.
Xatırladaq ki, Cəbrayıl Dövlət oğlu Dövlətzadə 11 sentyabr 2001-ci il tarixində Sumqayıtın Corat qəsəbəsində anadan olub. O, əslən Zəngilan rayonundan idi. Subay idi.Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Cəbrayıl Dövlətzadə bir ildən bir qədər çox idi ki, Cəlilabad rayonunda hərbi xidmət keçmişdi. O, 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı könüllü olaraq ordu sıralarına qoşulub, Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 10-a yaxın erməni hərbçisi ilə təkbaşına əlbəyaxa döyüşə girən Cəbrayıl Dövlətzadə iki erməni zabitini əlləri ilə boğaraq öldürüb və sentyabrın 28-də şəhid olub. O, şəhid olarkən 19 yaşında idi. Cəbrayıl Dövlətzadə İkinci Fəxri Xiyabanda, general Polad Həşimovun məzarının yanında dəfn olunub.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

