Ürək-damar xəstələri də COVID-19 pandemiyası dövründə ehtiyatlı olmalıdırlar
30.12.2020 [09:15]
Ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərin yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma riski yüksəkdir. Çünki COVID-19 virusu ürək-damar sisteminə təsir göstərərək xəstəliyin kəskinləşməsinə səbəb ola bilər. Ekspertlərin sözlərinə görə, ürək-damar xəstələri normal həyatda riayət etdikləri qaydaları COVID-19 pandemiyası dövründə də gözləməlidirlər.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Azərbaycan Tibb Universiteti Tədris-Cərrahiyyə Klinikasının invaziv kardioloqu Sara Bayramzadə bildirib ki, COVID-19 infeksiya olsa da, təkcə ağciyərlərin yoluxmasına deyil, yanaşı olaraq ürək-damar sisteminin xəstəliklərinə də ciddi təsir göstərir. Ona görə də kardioloji xəstələr normal həyatda gözlədikləri qida pəhrizi qaydalarına, duzsuz diyetaya riayət etdikləri kimi COVID-19 pandemiyası dövründə də həmin qaydaları gözləməlidirlər: “Həmin dövrdə bol meyvə-tərəvəzə üstünlük verməli, gün ərzində 5 qramdan artıq yodlaşdırılmış duz qəbul etməməlidirlər. Ürək çatışmazlığı və arterial təzyiqi olan xəstələr həddindən artıq duzlu qidalardan istifadə etdikdə orqanizmdə artıq maye toplanmasına və ürək çatışmazlığının kəskinləşməsinə səbəb olur. Tünd çay içilməsi ürək döyüntülərini artırdığına görə onun qəbul edilməsi tövsiyə olunmur və açıq rəngli çaylardan istifadə edilməsi daha yaxşı olar. Təkcə ürək-damar xəstələrinə deyil, sağlamlıq problemi olmayanlara da gün ərzində 5 kilometr sürətli yeriş məsləhət görülür. Pandemiya dövründə məhdudiyyətlərlə əlaqədar açıq havada olmasa da, evin içində, eyvanda, dəhlizdə də iti addımlarla gəzmək mümkündür”.
Həkim-kardioloq COVID-19-la əlaqədar bəzi xəstələrdə yaranan panikatak barəsində isə bunları söyləyib: “Nə qədər maarifləndirilsələr də, insanlar bəzən öz psixoloji aləmlərini idarə edə bilmirlər. Letallıq daha çox yanaşı xəstəliyi olanlar və COVID-19 infeksiyasına yoluxduğuna inanmayıb heç bir müalicə qəbul etmədən öz vəziyyətini ağırlaşdıranlar arasında baş verir. Xəstəliyin əlamətləri hiss olunmağa başlayan ilk günlərdə həkimə müraciət edən xəstə virus əleyhinə preparatlar və vitaminlər qəbul edərək əvvəlki sağlamlığına qovuşa bilər. Vaxtında ilkin əlamətləri ciddi qəbul edib ona məhəl qoymayan xəstələrə sonrakı mərhələdə heç bir müalicə kömək etmir. Ona görə də qorxu hissi, panikatak yaşamağa ehtiyac yoxdur. Bitki tərkibli sakitləşdiricilər, açıq havada olmaq və özünütəlqinlə vəziyyəti sakitləşdirmək, vaxtında müdaxilə ilə vəziyyəti aradan qaldırmağa çalışmaq lazımdır”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

