Vaksinasiya ilk mərhələdə risk qrupuna daxil olanlar arasında aparılacaq
14.01.2021 [09:11]
Dünyanın bir çox ölkəsində koronavirus əleyhinə vaksinasiya kampaniyasına start verilməsinə baxmayaraq, bu il hər hansısa bir ölkədə virusa qarşı kollektiv immunitetin formalaşması və bu yolla əhalinin əsas etibarilə yoluxmaya qarşı qorunması mümkün olmayacaq. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) elmi tədqiqatlar üzrə əsas səlahiyyətli nümayəndəsi Soumya Svaminatan mətbuata açıqlamasında bildirib.
Məlumat üçün bildirək ki, vaksinlər öldürülmüş və zəiflədilmiş mikroorqanizmlər, yaxud onların ifraz etdiyi bəzi antigen maddələrdir. Vaksinasiyanın aparılmasının məqsədi əhali arasında kollektiv immunitetin yaranmasına nail olmaqdır. Əhalinin çox hissəsində istər təbii, istərsə də vaksinasiya vasitəsilə immunitet yaranarsa, epidemik proses tez bir vaxtda başa çata bilər.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, artıq dünyanın bir sıra ölkəsində yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya tədbirlərinə başlanılıb. Həmin tədbirin yaxın zamanda Azərbaycanda da tətbiq olunacağı gözlənilir: “Əksər ölkələrdə vaksinasiyanın birinci mərhələsinə risk qrupuna daxil olanlar cəlb olunub.
Ölkəmizdə də ilk mərhələdə risk qrupunda olanlara peyvənd vurulacaq. Risk qruplarını hər bir ölkə özü müəyyən edir. Bunlar, ilk növbədə, əsasən, tibb işçiləri, yaşı 65-dən yuxarı olanlar və bir də uzun müddət xroniki xəstəliklərdən əziyyət çəkənlərdir. Vaksinasiyanın epidemik prosesin qırılmasına təsiri onun kütləvi aparılması zamanı mümkündür. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əvvəlki təcrübəsi göstərir ki, vaksinasiyanın məcburi edilməsi neqativ reaksiyalara səbəb olub. Ona görə də onun könüllülük prinsipi əsasında aparılması daha düzgün yoldur”.
Baş infeksionistin dediyinə görə, xroniki xəstəlikləri olanların vaksinasiyadan imtina etməsi onların hər zaman yoluxma riski ilə üz-üzə qalması deməkdir: “Bunlara xroniki ürək-damar, tənəffüs sistemi, endokrin sistemi xəstəliklərindən əziyyət çəkənlər və immun çatışmazlığı olanlar aiddir. Onlar yoluxduqları halda xəstəliyin ağırlaşmasının risk qrupundadırlar, bu zaman fəsadlaşma və ölüm halları da baş verə bilər”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

