/ / Ürək-damar və digər xroniki xəstəlikləri olanlar pandemiya dövründə daha çox nəyə diqqət etməlidirlər?
Ürək-damar və digər xroniki xəstəlikləri olanlar pandemiya dövründə daha çox nəyə diqqət etməlidirlər?
29.01.2021 [22:20]
Bəşəriyyət müəyyən müddətdir ki, koronavirus pandemiyası kimi qlobal təhlükə ilə üzləşib və bütün dünyada bu virusla ciddi mübarizə aparılır. Ekspertlərin fikrincə, risk qrupuna daxil olan ürək-damar xəstələrinin, həmçinin digər bir sıra xroniki xəstəlikləri olanların yeni növ koronavirus (COVID-19) infeksiyasının yoluxması ehtimalı daha yüksəkdir. Bəs bu çətin mərhələdə xroniki xəstəlikləri olanlar nələrə diqqət etməlidirlər?
Xroniki ürək-damar xəstəliyi olanlarda anormal təzyiq yüksəlmələrinə rast gəlinir
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən kardioloq Samir Hacıyev bildirib ki, koronavirusa yoluxan xəstələrin şikayətləri əsasən əzginlik, halsızlıq, şiddətli quru öskürək, yüksək temperatur və ciddi təngnəfəslikdir. Xroniki ürək-damar xəstəliyi olanlarda isə anormal təzyiq yüksəlmələrinə rast gəlinir. Onun sözlərinə görə, koronavirus xəstəliyinin əsas simptomlardan biri olan yüksək temperatur orqanizmdə iltihabi vəziyyəti artırır. Bu isə ürək-damar xəstəliyi olan insanlarda kəskin miokard infarktı riskini yüksəldir.
Risk qrupunda olan xəstələr sağlamlıqlarına hər zamankından daha diqqətli yanaşmalıdırlar
Kardioloq əlavə edib ki, risk qrupunda olan bütün xəstələr özlərini yaxşı qorumalı, sağlamlıqlarına hər zamankından daha diqqətli yanaşmalıdırlar: “Zərurət olmadığı halda, insanların kütləvi şəkildə toplaşdığı yerlərə getməmək tövsiyə olunur. Şəxs evdən çıxdığı təqdirdə qoruyucu maska, eynək taxmalı və digər insanlarla arasında ən azı 2 metr məsafə saxlamalıdır. Maskanın burun, ağız və çənəni örtən hissəsinə heç bir zaman toxunulmamalıdır. Təsadüfən toxunularsa, əllər ən azı 20 saniyə su və sabunla yuyulmalı və ya spirt tərkibli məhlulla dezinfeksiya olunmalıdır. Əgər maska istifadə zamanı çirklənib, nəmlənib və ya cırılıbsa, mütləq yenisi ilə dəyişdirilməlidir. Tibbi maskalar qətiyyən ortaq istifadə edilməməlidir. Evə dönərkən paltarların 60-90 dərəcə temperaturda yuyulması tövsiyə olunur. Üst paltarları bir gün balkonda saxlayaraq havalandırmaq lazımdır. Həmçinin evi gündə ən azı 3 dəfə havalandırmaq gərəkdir”.
Stressdən mümkün qədər uzaq durmaq, sadə idman hərəkətləri etmək məsləhətdir
“Keçirilmiş sorğular göstərir ki, qorxu hissi artıq insanlara təsir göstərməyə başlayıb. Stressdən mümkün qədər uzaq durmaq, sadə idman hərəkətləri etmək məsləhətdir. Mütəmadi olaraq həkimlə əlaqə saxlanılmalıdır. Həkimin təyin etdiyi dərman preparatlar düzgün və vaxtında qəbul edilməlidir. Ciddi zərurət yaranmadıqca xəstəxanalara müraciət edilməsi məsləhət görülmür. Bu qaydalara ciddi riayət etməklə xroniki ürək-damar xəstəliyi olan insanlar özlərini koronavirusdan qoruya bilərlər”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25

