/ / “AstraZeneca” peyvəndi və onun müsbət təsirləri ilə bağlı kifayət qədər elmi tədqiqatlar mövcuddur
“AstraZeneca” peyvəndi və onun müsbət təsirləri ilə bağlı kifayət qədər elmi tədqiqatlar mövcuddur
24.04.2021 [09:50]
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı ardıcıl və məqsədyönlü mübarizə davam etdirilir. Paralel olaraq bu gün ölkəmizdə əhalinin vaksinasiya işləri uğurla həyata keçirilir. Yeri gəlmişkən, bildirək ki, COVAX platforması vasitəsilə ölkəmizə “AstraZeneca” tərəfindən istehsal olunan 84 min doza COVID-19 peyvəndi gətirilib. Bu, ilk partiyadır. Ümumilikdə, “AstraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksininin mayın sonunadək Azərbaycana idxalı nəzərdə tutulur.
Vurğulamaq yerinə düşər ki, mütəxəssislər “AstraZeneca” peyvəndi və onun müsbət təsirləri ilə bağlı kifayət qədər elmi tədqiqatların mövcud olduğunu qeyd edirlər. Bildirilir ki, aparılan elmi tədqiqatlarda peyvənd olunan şəxslərdə virus yükünün xeyli aşağı endiyi məlum olub.
Yeri gəlmişkən, həkim-infeksionist Tərlan Osmanov açıqlamasında deyib ki, vaksinasiya daha sürətlə və kütləvi şəkildə davam etdirilməlidir, çünki həmin proses əhali arasında geniş vüsət aldıqca yoluxma halları və əsasən də ağırlaşmalar daha az müşahidə ediləcək: “İndi biz həkim-infeksionistlərin də ən başlıca vəzifəsi bu mühüm və taleyüklü məsələ barəsində əhali arasında daha dolğun və hərtərəfli maarifləndirmə və təşviqat işi aparmaq, peyvəndlənmənin üstünlüklərini onlara başa salmaq və normal həyata qayıtmağın bu prosesdən keçdiyini izah etməkdən ibarətdir”.
O bildirib ki, ilk dozanı qəbul etdikdən yalnız 2 həftə sonra müdafiə sistemi yaranmağa başlayır, peyvənddən maksimal effekt isə ikinci dozadan sonra meydana gəlir: “İmmuniteti formalaşdırmaq üçün orqanizmə müəyyən qədər vaxt lazım olduğundan həmin dövrdə koronavirusa qarşı təhlükəsizlik qaydalarına tam və ciddi surətdə riayət etmək mütləqdir. Tibbi maskadan istifadə etmək və sosial məsafə saxlamaq yenə də riayət edilməli olan ən vacib qaydalar olaraq qalır”.
Mütəxəssis əhalini qaydalara riayət etməyə, qoruyucu maska taxmağa, sosial məsafəni qorumağa, insanlarla az təmasda olmağa, kütləvi toplaşma yerlərindən uzaq olmağa, ictimai-iaşə obyektlərinə mümkün qədər üz tutmamağa çağırır: “Vətəndaşlardan xahiş edirəm ki, bu bəlanın qarşısını almaq üçün öz öhdələrinə düşən vəzifələri yerinə yetirsinlər. Bu bəladan qurtulmaq vəzifəsi təkcə dövlətin, həkimlərin üzərinə düşməməlidir. “Gözəgörünməz düşmən”lə mübarizədə hər kəs birlik nümayiş etdirməlidir. Ona görə də vətəndaşları vaksinasiyada aktiv iştirak etməyə çağırıram”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

