UNEC-in İctimai Nəzarət Şurasında yeniliklərin müzakirəsi
01.05.2021 [00:26]
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimai Nəzarət Şurasının üzvlərinin növbəti görüşü keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor, professor Ədalət Muradov IV modulda tədrisin və imtahanların təşkili ilə bağlı Elmi şuranın son qərarı barədə məlumat verib. Bildirib ki, IV modul imtahanlarında peşə kompetensiyaları tələb edən fənlərin imtahan suallar məxfi saxlanılacaq, digər fənlər üzrə imtahanlar əvvəlki qaydada təşkil ediləcək. İmtahan sualları sillabusda qeyd olunan mövzular üzrə tərtib olunacaq. İmtahanda sillabusdan kənar sual olarsa, bu zaman apellyasiya məsələni tələbənin xeyrinə həll ediləcək. Qeyd olunub ki, hər bir fənnin sillabusu, müəllimlərin mühazirələri, mühazirələr əsasında “Power Point”də hazırlanan təqdimatlar, keçirilən mühazirələrin videodərsləri, eləcə də 800-dən çox asinxron videodərs və digər tədris materialları şəxsi kabinetlərə yerləşdirilib və tələbələr üçün əlçatandır. Elektron kitabxananın işi təşkil edilib. Universitetdə tətbiq olunan yeniliklərlə bağlı tələbələr mütəmadi olaraq məlumatlandırılır.
Rektor III modulda tələbələr arasında Google forum üzərindən anonim sorğunun keçirildiyini diqqətə çatdıraraq, nəticələrini açıqlayıb. Bildirib ki, sorğuda 6270 tələbə iştirak edib. Sorğunun nəticəsinə görə, UNEC-də tətbiq edilən onlayn tədrisi 65,7 faiz tələbə 7 və daha yüksək balla qiymətləndirib. Onlayn tədris zamanı 72,8 faiz tələbənin müəllimlərin şəxsi kabinetindəki mühazirə materiallarından, 12 faizinin elektron kitabxana resurslarından istifadə etdiyi açıqlanıb.
Sonra Tədrisin keyfiyyətinə nəzarət şöbəsinin müdiri, dosent Sevda Sərdarova müəllimin şəxsi elektron kabinetində yerləşdirilən mühazirələri, təqdimatları, sillabusları, videodərsləri və test suallarını nümayiş etdirib.
Milli Məclisin deputatı Hikmət Babaoğlu tətbiq olunan yenilikləri UNEC-də keyfiyyətin artırılması istiqamətində yeni mərhələ adlandırıb. Aparılan islahatların ictimai müzakirələrə açıq olduğunu yüksək qiymətləndirən Milli Məclisin deputatı bu müzakirələrin keyfiyyətin artırılmasına xidmət etdiyini vurğulayıb.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ölkədə texnologiyaların tətbiqi zamanı yaranan problemlərdən danışıb. Eləcə də distant təhsil sahəsində hüquqi bazanın olmamasının bu sahənin inkişafında ciddi problemlər yaratdığını qeyd edib.
Milli Məclisin deputatı, UNEC İctimai Nəzarət Şurasının sədri Etibar Əliyev universitetdə tətbiq olunan yeniliyi yüksək qiymətləndirib. Tələbələr arasında tədrisin təşkili ilə bağlı sorğuların keçirilməsinin, modul sisteminin tətbiqinin və ixtisas suallarının məxfi saxlanılmasının tələbələrin öz ixtisaslarını daha dərindən mənimsəməsinə xidmət etdiyini deyib.
Professor Hikmət Əlizadə imtahanlarla bağlı UNEC-in yanaşmasını müsbət addım kimi dəyərləndirib, imtahanlarla bağlı tətbiq olunan yeniliyin tələbənin yüksək ixtisaslı mütəxəssis kimi yetişməsinə müsbət zəmin yaratdığını deyib.
Xəbər lenti
Hamısına baxGündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30

