Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin ilk partiyası Azərbaycana gətirilib
04.05.2021 [09:14]
Vaksinlərin ilk partiyasının gətirilməsi ölkələrarası mövcud olan dostluq, əməkdaşlıq və strateji əlaqələrin sıx olmasının növbəti təzahürüdür
Mayın 2-də Rusiyadan Azərbaycana “Sputnik V” vaksininin ilk partiyası gətirilib. 40 min doza peyvəndi daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
AZƏRTAC xəbər verir ki, vaksini gətirən təyyarəni Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, səhiyyə nazirinin müavini Viktor Qasımov, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər qarşılayıblar.
Xələf Xələfov jurnalistlərə açıqlamasında vurğulayıb ki, koronavirus əleyhinə “Sputnik V” vaksininin ilk partiyasının Azərbaycana gətirilməsi Rusiya ilə mövcud olan dostluq, əməkdaşlıq və strateji əlaqələrin sıx olmasının növbəti təzahürüdür: “Ümid edirəm ki, bu əməkdaşlıq nəticəsində ölkələrimiz pandemiyaya qarşı mübarizədə müvəffəqiyyət qazanacaqlar. Azərbaycanın pandemiya ilə mübarizədə beynəlxalq əməkdaşlığı bundan sonra daha da genişlənəcək. Bütün bunlar əhalimizin rifahına, onların sağlamlığına yönəlib”.
Səfir Mixail Boçarnikov “Sputnik V” vaksininin ilk partiyasının xüsusi bir gündə - Pasxa bayramında Bakıya gətirilməsindən məmnun olduğunu ifadə edib: “Pasxa insanlara sülh və xeyirxahlıqla müraciət etməkdir. Peyvəndin Bakıya gətirilməsi Rusiyanın Azərbaycana münasibətində dostluq jestidir. Peyvənd Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizəsinə öz töhfəsini verəcək”.
Onun sözlərinə görə, “Sputnik V” vaksini özünü dünyada çox yaxşı göstərib və artıq 64 ölkədə qeydiyyatdan keçib: “Rəqəmlər artıq öz sözünü deyir. Rusiya pandemiyaya qarşı mübarizədə qardaş Azərbaycana kömək etmək üçün əlindən gələni edir. Əminəm ki, bugünkü aksiya ölkələrimiz arasında çox yaxın və mehriban xarakterli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcək”.
Öz növbəsində Viktor Qasımov qeyd edib ki, pandemiyaya qarşı effektli mübarizə üsulu əhalinin peyvənd olunmasıdır: “Bildiyiniz kimi, Azərbaycanda bu ilin yanvar ayından peyvəndlənməyə başlanılıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın siyasi dəstəyi və gündəlik nəzarəti nəticəsində artıq ölkəyə 2 milyondan çox peyvənd gətirilib. İlk olaraq Çin istehsalı olan peyvənddən istifadə olunub. Sonra “AstraZeneca” vaksinləri gətirilib. Bu gün burada “Sputnik V” vaksininin də gəldiyinə şahid olduq”.
Onun sözlərinə görə, “Sputnik V” yüksək effektliliyə malikdir: “Artıq 1 milyona yaxın vətəndaşımız peyvənd olunub və bu proses uğurla davam edir. Rusiya ilə Azərbaycanın yaxın münasibətləri var və bu gün vaksinlərin gəlməsi də bunun bariz nümunəsidir”.
Qeyd edək ki, martın 11-də Baş nazir Əli Əsədov 300 min doza “Sputnik V” dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb.
Xəbər lenti
Hamısına baxSosial
19 İyul 18:25
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25

