Azərbaycan vətəndaşlığına qəbul edilmiş şəxslərin təntənəli andiçmə mərasimi keçirilib
22.06.2021 [09:36]
Prezident İlham Əliyevin 245 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilməsi haqqında imzaladığı sərəncamların icrası çərçivəsində Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.
DMX-dan AZƏRTAC-a bildiriblər ki, qurumun rəisi Vüsal Hüseynov tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanla sıx bağlı olan bu şəxslərin hər birinin ölkədə yaşamasının hüquqi statusu artıq dəyişir. Onlar tamhüquqlu Azərbaycan vətəndaşı kimi sosial, iqtisadi və digər imkanlardan yararlana biləcəklər. Xidmət rəisi, həmçinin vurğulayıb ki, budəfəki tədbir, həm də Vətən müharibəsindən sonra keçirilən ilk andiçmə mərasimi kimi əhəmiyyətlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun rəşadəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi şanlı tarixi hadisədir. Vüsal Hüseynov vətəndaşlığa qəbul və bərpa edilənlərdən 11 nəfərinin şəhid və qazi ailəsinin üzvləri olduğunu bildirib. O, həmin ailələrdən üçünün bugünkü tədbirdə iştirak etdiyini vurğulayıb, onların hər birinə qəhrəman Vətən övladları yetişdirdiklərinə görə minnətdarlığını ifadə edib.
Mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra vətəndaşlığa qəbul və bərpa edilmiş şəxslər təntənəli şəkildə Azərbaycanın dövlət bayrağı önündə Konstitusiyaya əl basaraq, ölkəmizə sadiq olacaqları barədə dövlət dilində and içiblər. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdən sonra Vüsal Hüseynov Azərbaycan vətəndaşlığını əldə etmiş və paytaxtda yaşayan qazi ailələrinin üzvləri ilə görüşərək onlara müvafiq arayışları şəxsən təqdim edib. O, doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin 30 illik həsrətinə son qoyan igidlərin arasında onların da övladlarının olmasını qürurverici hal kimi qiymətləndirib. Xidmət rəisi Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə dövlət tərəfindən daim yüksək diqqət və qayğı göstərildiyini vurğulayıb.
Vüsal Hüseynov, həmçinin “Azərbaycana Birgə Yardım” Təşkilatının (UAFA) təsisçisi və direktoru Qvendolin Borçel ilə görüşüb, onu Azərbaycan vətəndaşlığını əldə etməsi münasibətilə təbrik edib. O, uzun illərdir Azərbaycanda həyata keçirilən layihələrə təşkilatın verdiyi mühüm töhfələrin təqdirəlayiq olduğunu vurğulayıb.
Qvendolin Borçel Azərbaycan vətəndaşlığına layiq görüldüyü üçün Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa ilə bağlı dövlətimizin başçısının imzaladığı sərəncamların icrası regionlarda da həyata keçirilib. DMX-nin regional miqrasiya idarələrində andiçmə mərasimləri təşkil olunub. Şəhid və qazi ailələrinin üzvlərinə səyyar xidmətlər göstərilib.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

