Tarixə şahidlik etmiş Side antik şəhəri
24.06.2021 [14:07]
Burada bəzi binaların ən azı 2 min illik tarixi var
Türkiyənin turizm paytaxtı Antalyaya səfərimiz davam edir. Səfər çərçivəsində baş çəkdiyimiz növbəti məkan Side antik şəhəri oldu. Qeyd edək ki, Antalyada turistlər üçün cəzbedici məkanlardan biri Belekdən 44 km cənub-şərqdə yerləşən Side antik şəhər-muzeyidir. Burada bəzi binaların ən azı 2 min illik tarixi var. Apollon məbədinin xarabalıqları, böyük bir Roma amfiteatrı, liman hamamları, bazilika xarabalıqları və arxeoloji muzey bu yeri daha da maraqlı edir.
Bələdçilərimiz Meltem xanım və Hasan bəyin məlumatlarına əsasən antik dönəmdə Pamfilyanın ən önəmli liman şəhəri olan Side, Antalyanın 80 kilometr şərqində, Manavgatın 7 kilometr cənub-qərbində yerləşən 350-400 metr genişliyində bir yarımada üzərində qurulub.
Side eramızdan əvvəl VII əsrdə bir yaşayış mərkəzi olub. Eramızdan əvvəl VI əsrdə bütün Pamfilya ilə birlikdə Lidya Krallığının hakimiyyəti altına, Lidya Krallığının çöküşündən sonra isə Farsların hakimiyyəti altına girib. Həmin dövrdə müstəqilliyi bir formada qoruyan şəhərin adına qızıl sikkə buraxılıb. Böyük İsgəndərin Anadolu səfərində heç bir dirəniş göstərmədən qapılarını Makedonya kralına açan Side, daha sonralar İsgəndərin qurduğu böyük sikkebasım mərkəzlərindən biri olub.
Uzun zaman Roma imperiyasının tərkibində olan, ticarət və liman şəhəri olaraq tanınan Sidenin qalıqları üzərində XX əsrin əvvəllərində Giritli köçmənlər tərəfindən Selimiye kəndi qurulub.
Bir yarımadada tikilən Side digər Pamfiliya şəhərlərində olduğu kimi, şəhərin əsas qapısından başlayan qədim küçə boyunca uzanır. Şimal-şərqdə "Böyük Qapı" dan başlayan əsas küçə, Teatrın qarşısındakı döngə xaricində, demək olar ki, düz bir xətt üzrə yarımada boyunca davam edir və məbədlərin yaxınlığında böyük bir meydançada sona çatır.
Şəhərin ikinci ən böyük küçəsi isə "Böyük Qapı" dan şəhərin cənubuna qədər uzanır. Hər iki küçə sütunludur. Hər iki tərəfində Korint başlığı olan sütunlu portikolar və arxalarında bir sıra mağazalar var.
Onu da qeyd edək ki, tarixi kompleksdə bir çox restoran və mağaza var. Bura gələn turistlərə həmçinin yaxta turları və paraşütlə tullanma təklif olunur.
Nadir AZƏRİ
Türkiyə, Antalya
Xəbər lenti
Hamısına baxSosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53

