Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir
05.08.2021 [09:11]
Müstəqil Azərbaycan demokratik və hüquqi dövlət quruculuğuna davamlı şəkildə güclü siyasi iradə nümayiş etdirərək bu yolla inamla irəliləyir. Qısa müstəqillik tarixində respublikamızda demokratik təsisatların yaradılması və onların funksionallığının təmin edilməsi, həmçinin bütün fəaliyyət sferaları üçün zəruri hüquqi bazanın qurulmasından ötrü məqsədyönlü tədbirlər görülüb və genişmiqyaslı islahatlar həyata keçirilib. Bu xüsusda söhbət açarkən 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə Konstitusiyanın (Əsas Qanunun) qəbul edilməsinin önəmini xüsusi qeyd etmək lazımdır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan bu Konstitusiya respublikamızda demokratik cəmiyyət və hüquqi dövlət quruculuğu üçün fundamental baza rolunu oynayır. Dünyanın qabaqcıl ölkələrinin təcrübəsi, yeni çağırışlar və milli maraqlarımız maksimum dərəcədə nəzərə alınan Konstitusiyamızda hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunub, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilib. Qeyd edək ki, Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr olunub.
Eyni zamanda, son 18 ildə Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar əsasında reallaşdırılan islahatlar ölkəmizin məhkəmə-hüquq sisteminin daha da təkmilləşməsini, bu sahədə dünyada mövcud olan ən yüksək standartların respublikamızda da tətbiqini, insan və vətəndaş hüquq və azadlıqlarının çərçivəsinin daha da genişləndirilməsini, cəza siyasətinin humanistləşdirilməsini təmin edib. Tam qətiyyətlə deyə bilərik ki, bu gün müstəqil Azərbaycanda hüquqi dövlətin fundamental prinsipləri dəqiq şəkildə müəyyənləşdirilib, zəruri qanunvericilik bazası yaradılıb və münasibətlərin hüquq müstəvisində tənzimlənməsi üçün bütün şərtlər təmin olunub. Azərbaycanda identik bir mənzərə formalaşıb. Belə ki, bir tərəfdən, ölkəmizdə qəbul olunan və konseptual baxımdan bir-birini tamamlayan sənədlər sosial mənşəyindən asılı olmayaraq, hamının qanunlar qarşısında bərabərliyini özündə ehtiva edir. Yəni kiminsə respublikanın icra strukturlarında vəzifə tutması və yaxud qanunvericilik orqanında, başqa belə nüfuzlu qurumda təmsil olunması digər kateqoriyalardan olan vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdırmasına qətiyyən yol vermir. Digər tərəfdən, biz şahidi oluruq ki, respublikanın siyasi rəhbərliyi, şəxsən Prezident İlham Əliyev müxtəlif auditoriyalarda çıxışları zamanı daim məmurları sadə və təvazökar olmağa, qanunlara, hüquqi tələblərə əməl etməyə çağırır və bildirir ki, özbaşınalıq edənlər, qanunlarımızın aliliyini pozanlar mütləq cəzalarını alacaqlar.
Yeri gəlmişkən, bu günlərdə deputat Eldəniz Səlimov tərəfindən törədilən əmələ görə hüququn dərhal tətbiq edilməsi də bunu bir daha əyani şəkildə təsdiqlədi. Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Baş prokuroru iyulun 30-da Milli Məclisə təqdimatla müraciət edib. Təqdimatda parlamentin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi xahiş olunub. Avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının iclasında geniş müzakirələr aparıldıqdan sonra deputat Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq təsdiqlənib. Milli Məclisin bu qərarı Eldəniz Səlimov barəsində zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi üçün qanuni əsas yaradıb. Sonrakı mərhələdə isə Eldəniz Səlimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Beləliklə, deputat Eldəniz Səlimova münasibətdə törətdiyi əmələ görə adekvat hüquqi tədbirlərin görülməsi bir daha göstərdi ki, Azərbaycanda hamı qanunlarımız qarşısında bərabərdir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

