Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yeni ştamm Eboladan təhlükəlidir

Yeni ştamm Eboladan təhlükəlidir

01.12.2021 [10:35]

Azərbaycanda üç qurum “Omicron”la bağlı əhaliyə çağırış etdi

Günel Abbas

Cənubi Afrikada aşkarlanan “Omicron” ştammına qısa müddətdə bir çox ölkələrdə rast gəlinməsi Azərbaycanda da tədbirlərin görülməsini labüd etdi. Noyabrın 30-da Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumatla əhaliyə çağırış etdi.

Müraciətdə bildirilir ki, aparılan tədqiqatlardan əldə olunmuş nəticələr virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu göstərir.

Qurumlar vətəndaşları yayılan yeni ştammdan qorunmaq üçün vaxt itirmədən gücləndirici (buster) doza ilə peyvəndləməyə, xüsusi karantin rejiminin qaydalarına riayət etməyə, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara əməl olunmasına çağırıb. Qeyd olunub ki, əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.

ÜST dövlətləri vaksinasiyanı sürətləndirməyə çağırır

İlk dəfə Cənubi Afrikada aşkarlanan COVID-19-un “Omicron” ştammı dünyaya yayılmağa davam edir. Noyabrın 26-da Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yeni variantını  “B11529” təsnif edib və yeni virusa “Omicron” adını verib. ÜST bu ştammın bəzi regionlarda ağır nəticələrə səbəb ola biləcəyi barədə də xəbərdarlıq edib. 194 üzv dövlətə texniki məsləhət verərək, onları əhalinin yüksək həssas qruplarının vaksinasiyasını sürətləndirməyə çağırıb. ÜST-ün məlumatına görə, “Omicron” indiyədək müşahidə olunmamış şəkildə mutasiyalara malikdir ki, bu da pandemiyanın trayektoriyasına potensial təsir edə bilər. Həmçinin bildirilib ki, peyvəndlər nəticəsində və ya əvvəlki ştammlara yoluxduqdan sonra yaranan immun sisteminin yeni ştamma qarşı qoruma potensialını bilmək üçün əlavə araşdırmalara ehtiyac var.

Hazırda vəziyyət elə kritik həddə çatıb ki, Qamaleya Tədqiqat İnstitutu yeni “Omi?ron”  koronavirus ştammı üçün Sputnik V peyvəndinin modifikasiyasını hazırlamağa başlayıb. Rusiya Birbaşa İnvestisiya Fondu və Qamaleya Mərkəzinin birgə bəyanatında bildirilib ki, lazım gələrsə, modifikasiyanın kütləvi istehsalına 45 gün ərzində start verilə bilər. İnstitut həm Sputnik V, həm də Sputnik Light-ın koronavirusun son variantı olan “Omikron”u zərərsizləşdirmək üçün lazımi araşdırmalara başlayıb. Eyni zamanda, Sputnik peyvəndinin “Omi?ron”  ştammına uyğunlaşdırılmış yeni versiyasının hazırlanmasına da start verilib. “Omi?ron” ştammı üçün modifikasiya edilmiş “Sputnik”in bir neçə yüz milyon gücləndiricisi 20 fevral 2022-ci ilə qədər beynəlxalq bazarlara çatdırılması nəzərdə tutulur.

“Omicron”un əlamətləri nələrdir?

İlkin məlumatlar Cənubi Afrikada artan xəstəxanaya yerləşdirmə nisbətlərinin olduğunu göstərir. Ancaq bu yoluxmuş insanların ümumi sayının artması ilə əlaqədar ola bilər. Hazırda “Omicron” ilə əlaqəli simptomların digər variantlardan fərqli olduğunu göstərən heç bir məlumat yoxdur. İlkin bildirilən infeksiyalar universitet tələbələri - daha yüngül xəstəliyə meyilli olan gənc insanlar arasında idi. Lakin “Omicron” variantının şiddət səviyyəsini öyrənmək bir neçə həftə çəkəcək. “Omicron”un Delta da daxil olmaqla digər variantlarla müqayisədə daha çox ötürülməsi hələ aydın deyil. Cənubi Afrikanın bu variantdan təsirlənən bölgələrində müsbət test edənlərin sayı artıb, lakin bunun “Omicron” və ya digər amillərlə əlaqəli olub-olmadığını anlamaq üçün epidemioloji tədqiqatlar aparılmaqdadır. Qısası, yeni ştammın ötürücülük və şiddətliliyi hələlik məlum olmasa da dünya bu virusla vuruşur.

Azərbaycanda vəziyyətnecədir?

Dünya virusun yeni növü ilə ciddi şəkildə mübarizə tədbirlərinə başlayıb, bəs ölkəmizdə vəziyyət nə yerdədir? Suallarımıza cavab tapmaq üçün Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Fərrux Sədirovla əlaqə saxladıq. Həkim-infeksionist “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, “Omicron” ştammı ilə bağlı  dünya ölkələrində yenidən təşviş yaransa da, hazırda buna ehtiyac görünmür: “Çünki daha əvvəl də biz “Delta”, “Delta plus”, “Alfa”, “Beta” kimi mutasiyaya uğramış variantlar ilə tanış olmuşuq. Heç bir mutasiyaya uğramış variantda öldürücülük və yoluxuculuq faizi (“Delta” xaric) ciddi bir fərqlənmə hiss olunmayıb, yüksək deyil”.

O, yeni ştammın fərqli simptomlarından danışarkən bildirib ki, bunun üçün fikir bildirmək hələ tezdir. Çünki klinik gedişatla əlaqədar araşdırmalar yetərsizdir.

F.Sadıqovun sözlərinə görə, yeni ştammın yoluxduruculuq qabiliyyəti yüksəkdir: “Virusun bu növünün daha sürətlə yayılması ilə bağlı ön fikirlər var. Yoluxduruculuq indeksilə əlaqədar olaraq araşdırmalar başa çatmasa da yoluxma sayında olan sıçrayışlar, sürətli artım rəqəmləri onun daha yoluxdurucu olduğuna şübhə yaradır. Elmi olaraq isə sübut edilməyib”.

Mətbuatda yeni ştammın vaksinin effektivliyini öldürməsi ilə bağlı yazılanlara gəldikdə isə həkim-infeksionist bildirib ki, hər bir vaksin bizi ağır xəstəlik hallarından və ölümdən 90 faiz qoruyur, eynilə bu “Omicron” şta?mına da aid edilə bilər.

Dünya ölkələri “Omicron”a  sərhəd çəkir

ÜST ilk açıqlamalarında beynəlxalq miqyasda yayılma ehtimalı olan “Omicron” ştammının çox yüksək qlobal risk yaratdığını vurğulamışdı. Hazırda koronavirusun yeni ştammının dünya ölkələri arasında durmadan art­ması bu fikirləri təsdiqləyir. Yeni virus Cənubi Afrika Respublikası ilə yanaşı Malavidə, noyabrın 27-də isə Almaniya və Çexiyada qeydə alınıb. Honkonq və Belçikada da bu virusun tək-tək hallarda müşahidə edilməsi Avropanın bəzi ölkələrinin bir sıra Afrika ölkələri ilə aviasiya reyslərinə məhdudiyyət qoymasına gətirib çıxarıb. Məsələnin ciddiliyini nəzərə alaraq artıq Yaponiya və İsrail də xaricilər üçün sərhədlərini bağlayıb.

Yeni “Delta” və “Omicron” ştammları səbəbindən xəstəliyin artması ehtimalının qarşısını almaq məqsədilə Nyu-Yorkda da fövqəladə vəziyyət elan edilib. Noyabrın 29-dan etibarən ABŞ-ın Nyu-York ştatına Afrikanın bəzi ölkələrindən vətəndaşların gəlməsinə qadağan qoyulması qüvvəyə minib. Bu tədbirlər koronavirusun yeni “Omicron” ştammının yayılması ilə bağlıdır. Məhz bu səbəbdən Afrikanın səkkiz ölkəsinin - Cənubi Afrika Respublikası, Botsvana, Zimbabve, Namibiya, Lesoto, Estavini, Mozambik və Malavinin vətəndaşları ABŞ sərhədini keçə bilməyəcəklər.

“Omicron”un yayıldığı ölkələrlə bir sıra sərhədlər bağlansa da, Azərbaycanda hələlik sərhədlərin bağlanması nəzərdə tutulmur.

 

 

 

 

Paylaş:
Baxılıb: 403 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Nobel, yoxsa Abel?

27 Sentyabr 10:50

Maraqlı

“Google” 25 yaşında

27 Sentyabr 10:47

Xəbər lenti

43 ildir...

27 Sentyabr 10:45

Sosial

Prezident bu gün

Prezident bu gün

27 Sentyabr 10:30

Analitik

İranda nə baş verir?

27 Sentyabr 10:29

Xarici siyasət

MEDİA

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Bir il əvvəl...

27 Sentyabr 09:58  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30