Hüququmuz var
30.03.2022 [10:36]
İşləməyən valideyndən aliment necə alınmalıdır?
İ. HƏKİMOĞLU
“Yeni Azərbaycan” qəzetinə tez-tez oxucularımızdan müxtəlif səpkidə şikayətlər və suallar daxil olur. Bu sualları cavabsız qoymamaq üçün xüsusi rubrika ilə qarşınıza çıxacaq, suallarınıza hüquqşünasların köməyi ilə cavab tapacağıq. Bu gün Bərdə rayonundan müraciət etmiş Aybəniz Səfiyevanın alimentlə bağlı problemini işıqlandırırıq: “Rəsmi iş yeri olmayan, işləməyən valideynlərin aliment pulunu ödəmələrində problem yaranır. Ortalıqda uşaqlar maddi cəhətdən sıxıntı yaşayır, bu problem öz həllini necə tapmalıdır? Müasir iqtisadi gerçəkliklərə uyğun olaraq, aliment ən az neçə manat təşkil etməlidir? Valideyn alimenti ödəmirsə, məhkəmə hansı tədbirləri görməlidir?”
Oxucumuzun suallarını hüquq üzrə fəlsəfə doktoru İlqar Eyyubov cavablandırır:
“Uzun illər məhkəmə-hüquq sistemində ən qlobal və ziddiyyət yaradan, problematik məsələlərdən biri məhz rəsmi iş yeri olmayan və ya işləməyən valideynin alimenti hansı qaydada ödəməsi ilə bağlı mübahisəli məqamlar idi. Qanunvericilik alimentin ödənilməsini məcburi hal kimi göstərsə də, bir çox hallarda alimenti işləməyən valideyndən almaq çətinliklər yaradırdı.
Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:
- 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
- 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
- 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı.
Təəsüf ki, boşanma mərhələsində olan və vicdan hissi zəif olan valideynlər uşaqları üçün aliment ödəməli olduqlarını anlasalar da, bir çox hallarda qərarın icrasına əməl etməkdən və uşağa aliment verməkdən yayınmaq üçün işlədikləri yerdən çıxma, maaşlarını az yazdırma, uşaqlarından imtina etmə, hətta atalıq mənsubiyyətini mübahisələndirmə kimi yollara əl atırlar.
Bu problem öz həllini Azərbaycan Respublikasi Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-ci il qərarı ilə tapdı. Belə ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Bir sözlə, valideynin işləyib-işləməməsindən asılı olmayaraq, məhkəmələrdə sabit pul məbləği təyin edilməsi tendensiyası başladı.
Son illərin məhkəmə təcrübəsi göstərir ki, adı çəkilən Plenum qərarı bir çox məsələlərə aydınlıq gətirib və belə hallarda qanunvericiliklə nəzərdə tutulmuş yaşayış minimumu məbləğini nəzərə almaqla qətnamələr qəbul edib.
2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat, 2021-ci il üçün 175 manat, 2022-ci il üçün isə 193 manat məbləğində müəyyən edildiyindən, müvafiq olaraq bu illər ərzində təyin edilən aliment məbləğləri yaşayış minimumlarından az olmayıb. Ailə Məcəlləsi valideynlərin üzərinə uşaqlarını saxlamaq vəzifəsini qoyub. Belə ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Uşaqların xəstə olması səbəbindən məhkəmə tərəfindən müəyyən edilmiş aliment uşağın saxlanmasına kifayət etmirsə, qadın keçmiş ərindən, yəni uşağının atasından övladlarının müalicəsi üçün əlavə pul vəsaiti verməsini tələb edə bilər.
Alimentin ödənilməsi ilə bağlı cavabdehə icraata başlamaq haqqında qərar göndərilir və icrasının 10 gün müddətinə könüllü təmin etməsi təklif olunur. Qərar könüllü icra olunmadıqda, şəxsin mülkiyyətində hər hansı əmlakın olub-olmamağı barəsində müvafiq orqanlara sorğu göndərilir. Əmlakı müəyyən olunarsa, tələb onun əmlakına yönələ bilər. Həmin şəxsin rəsmi iş yerinin olub-olmamağı da müəyyənləşdirilir. Şəxsin barəsində məcburi gətirmə və axtarış tədbirləri, ölkədən çıxışına məhdudiyyət qoyulması kimi tədbirlər də görülə bilər. Bu tədbirlər nəticə vermədikdə, şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 maddəsi ilə məsuliyyətə cəlb edilir. Bundan da nəticə çıxarmayan borcluya sonuncu dəfə xəbərdarlıq edilir, barəsində materiallar toplanılaraq, Cinayət Məcəlləsinin 306.1 maddəsi ilə cinayət işinin açılması üçün Ədliyyə Nazirliyinə təqdimat verilir. Həmin maddə ilə borclu cərimə, ictimai işlər, islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.
Qeyd edək ki, qanunvericiliyə əsasən, müvafiq şərtlər daxilində qadınlarla yanaşı, kişilərə də aliment ödənilməlidir. Uşaq kimdə qalırsa, qarşı tərəf aliment ödəməlidir. Hər iki valideynin hüquq və vəzifələri bərabərdir. Maddi vəziyyəti yaxşı olan tərəf digər tərəfə kömək etməlidir. Bu, qanunvericilikdə də əksini tapıb. Alimentin ödənməsində ən böyük çətinlik aliment ödəməli olan valideynin ölkədən kənarda olmasıyla yaranır. Həmin valideynlərin ölkəyə qaytarılmasını tələb edən qanun maddəsi yoxdur. Yalnız külli miqdarda aliment borcu olan valideynlərin ölkədən çıxışına qadağa qoyula bilər.
Alimentin ödənilməsi barədə qərarların icrasına nəzarət edən əsas məsul orqan Ədliyyə Nazirliyidir. Borclunun vəfat etməsi, ölkə hüdudlarından kənarda olması, axtarışda olması, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, cəzaçəkmə müəssisəsində olması, ağır xəstəliyinin olması və s. səbəblərlə aliment verilmirsə, müvafiq qurum tərəfindən tələbkarlara alimentin ödənilməməsi barədə arayış verilir ki, sosial yardım almaları üçün aidiyyəti orqana müraciət edə bilsinlər.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

