117 il əvvəl...
07.06.2022 [10:21]
Gəlişi ilə mətbuatımıza “Həyat” verdi
MÜŞFİQƏ
117 il öncə bu gün “Həyat” - Azərbaycan mətbuat tarixində mühüm rolu olmuş gündəlik ictimai-siyasi, iqtisadi və ədəbi qəzeti nəşrə başlayıb.
1905-ci ilin fevral ayının ilk ongünlüyündə Bakıda qırğınlar törədildi, dinc əhali dəhşətli günlər yaşadı. Belə bir ağır şəraitdən çıxmaq üçün informasiya və təbliğat vasitəsinə ciddi ehtiyac var idi. Mesenant Hacı Zeynalabdin Tağıyevin mənzilində toplaşmış ziyalılar bir çox önəmli məsələlər kimi gündəlik qəzet nəşr etməyi də müzakirə etdilər.
Nəticədə, 1905-ci il aprelin 16-da dövrün görkəmli ziyalıları Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu Peterburq baş Mətbuat İdarəsinə “Həyat” adlı qəzet nəşr etmək istəyini ərizə ilə bildirdilər. H.Z.Tağıyevin böyük nüfuzu və işə qarışması ilə 1905-ci il aprelin 22-də Qafqaz Canişini Vorontsov Daşkov “Həyat”ın nəşrinə icazə verdi. Lakin “Həyat”ın ideya-siyasi məzmunu ikiqat senzuraya məruz qaldı. Belə ki, qəzetin dərc etdiyi mühüm əhəmiyyətli yazılar rus dilinə tərcümə edilib Tiflis Senzura Komitəsinə göndərildi. 1905-ci il iyunun 7-də “Kaspi” mətbəəsində Azərbaycan türkcəsində çapdan çıxdı.
Təməlini quran 3 ədib...
“Həyat” qəzetinin təməlini quranlar milli ictimai-siyasi fikrin üç nəhəngi - Əlimərdan bəy Topçubaşov (naşir), Əhməd bəy Ağaoğlu (redaktor) və Əli bəy Hüseynzadə (redaktor) idi. Qəzetin nəşrini isə H.Z.Tağıyev maliyyələşdirirdi. Nəşr olunan ilk gündən Azərbaycan ziyalılarının günün aktual mövzularına dair çıxış etdiyi tribunaya çevrildi.
“Həyat” nəşr olunduğu qısa müddətdə Azərbaycan ziyalılarını və ədəbi-ictimai və siyasi fikir tarixində özünəməxsus yer tutan şəxsiyyətlərini öz ətrafında topladı. Qəzetin 36 nəfər daimi yazar-müəllifi var idi. Burada Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Məhəmməd Hadi, Firudin bəy Köçərli, Üzeyir Hacıbəyov və başqaları yazırdılar.
“Həyat”ın ilk sayında dərc olunan “Qəzetimizin məsləki” sərlövhəli məqalədə mətbuatın xalqın həyatında, cəmiyyətin inkişafında önəmi vurğulanırdı: “Baş məqalədə göstərilirdi ki, Qərb ölkələrində, hətta əhalisi 4-5 milyon nəfər olan ölkələrdə 300-400 qəzet buraxılır. Mədəni millətlər qəzeti “bəşəri ehtiyacların ən zərurilərindən” sayırlar. Həmin ölkələrdə insanlar qəzet oxumağa öyrəniblər, çaysız-çörəksiz dolana bilmədikləri kimi, qəzetsiz də keçinə bilmirlər. Mətbuatın cəmiyyətin inkişafında, xalqın maariflənməsi və tərəqqisindəki rolu məqalədə belə qiymətləndirilirdi: “İnsan üçün munis bir yoldaş, xeyirxah bir müəllim, nafiz bir məktəbdir, həm də zillətdə qalanlara doğru yolu, hidayət yolunu göstərir”. Məqalədə “bütün qəzetləri faydalı hesab etmək olarmı” sualına cavab da axtarılır. Bu cavab isə ondan ibarətdir ki, zərərli fikirləri yayan, adamları pis yola dəvət edən mətbu orqanlar da var ki, bu tip qəzetlər peşə prinsiplərindən uzaqdırlar.
“Həyat”çılar təzyiqə məruz qaldılar
Mətbu orqan erməni ideologiyasına qarşı cəbhədə fəaliyyət göstərirdi. Ermənilər Əlibəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu birliyinin nəticəsində real bir qüvvənin formalaşdığını və “Həyat” qəzetinin bu birliyin nəticəsində ortaya çıxdığının fərqində idilər. Buna görə də “Həyat”ın çapının dayandırılması üçün Qafqaz canişinliyinə müraciət etdilər.
“Həyat”ın yaradıcı heyəti “qatı islamın tərəfdarları” kimi suçlandı və antierməni təbliğatı nəticəsində Qafqazda müsəlman fanatizminin alovlanacağı iddia edildi.
Tarix də göstərdi ki, “Həyat”çıların əsas yaradıcılıq yolu ədəbiyyat, mətbuat və fəlsəfəyə xidmət, həmçinin sosial kredosu azadlıq və milli birlik idi. Bu birliyə kölgə salmaq istəyənlər mənfur istəklərinə çatdılar. 1906-cı il sentyabrın 3-dək “Həyat”ın sadəcə 325 nömrəsini buraxmaq mümkün oldu.
Mübarizə salnaməsi
1905-1906-cı illərin fikir, düşüncə və mübarizə salnaməsi adına layiq idi. Bu gün Tarix Muzeyində “Həyat” qəzetinin ilk sayı qorunur.
Qeyd edək ki, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda atlas parça üzərində çap edilmiş “Həyat” qəzetinin ilk sayı və Tağıyevin mətbəəsində açıq qəhvəyi ipək parçası üzərində çap edilmiş 89-cu sayı qorunur.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

