İnsanlar niyə aqressivləşir?
02.08.2022 [11:08]
Aqressiyanın kökü uşaqlığa dayanır - Dayə, yoxsa ana?
G.QABİLQIZI
Bu gün cəmiyyətimizdə yetərincə aqressiv adamlar var. Hətta vəziyyət o yerə çatıb ki, yolda gülümsəyən insana dəli kimi baxırlar. Problemlər biz doğulandan başlayır və ölənə kimi də davam edəcək. Ancaq insan övladı hər vəziyyətə öyrəşməli, öyrəşə bilmədikdə problemdən çıxış yolunu tapmalıdır. Aqressiyanın cəmiyyətdə müşahidə olunmasına bir neçə səbəb göstərmək olar. Bunlardan birincisi ailədaxili gərginlikdir. Ailə daxilində olan ünsiyyət azlığı, bir-birlərini dinləyə bilməmək aqressiyanın yaranmasına səbəb olur. İnsanın daxilində müəyyən tələbatlar ödənmədiyi üçün onlar cəmiyyət arasına çıxdıqları vaxt hər xırda məsələdən qıcıqlana bilər və bu da aqressiv davranışa gətirib çıxarır.
Cəmiyyətimizdə təkcə böyüklərdə yox, azyaşlılarda da aqressiya müşahidə olunur. Son dövrlər bəzi valideynlər uşaqlarının aqressiv davranışlarından şikayətlənirlər. Onların inadla nəyisə istədiyini, bu olmadıqda isə, aqressiv hərəkətlər etdiklərini deyirlər. Xüsusilə də, bacı-qardaşları ilə olan münaqişələrdə uşaqlar daha çox aqressivlik göstərirlər. Bunun səbəbi isə genetik xüsusiyyətlər və ya çevrədən öyrənilmiş davranışlar ola bilər. Belə uşaqlar digərləri ilə müqayisədə ətrafdakı hadisələrə qarşı daha həssas olur və daha çox reaksiya göstərirlər. Digər bir nüans isə uşaqları vaxtından tez dayələrə həvalə etməkdən qaynaqlana bilər. Çünki uşaqlar erkən çağlarında ana sevgisinə, nəvazişinə ehtiyac duyurlar. Həmin dövrlərdə bu hissi anadan duya bilməyəndə sevgi əskikliyi fonunda aqressiya nümayiş etdirirlər. Deməli, bu məsələdə isə əsas yük anaların üzərinə düşür.
Məlumdur ki, ana olmaq böyük məsuliyyət tələb edir. Övladını böyütmək, qayğısına qalmaq, sevgi, nəvaziş vermək hər bir ananın məsuliyyəti çərçivəsində olsa da, bəzən analar övladlarını saxlamaq, bəzən isə karyera uğrunda işləməyə üstünlük verirlər. Belə olan şəraitdə isə uşaqlar yaxın qohumlara, çox zaman isə dayələrə etibar edilir. Dayə seçərkən analar çox zaman övladına yaxşı baxan səmimi, dürüst, etibarlı insan tapmağa çalışır. Əslində, uşağın etibarlı yerdə olması, qorunması, yeməyinin yedirilməsi, yuxu zamanı yatızdırılması analar tərəfindən kafi hesab edilsə də, təəssüf ki, yetərli deyil. Belə ki, mütəxəssislərə görə, körpənin inkişafı üçün boyunun uzanması və çəkisinin artması məqsədilə doğru qidalarla qidalandırılmaqla yanaşı, sevgi də lazımdır. Uşaqla isti və sevgi dolu ünsiyyət quran, ana yox ikən onun yerinə onu qucağına alan, onunla danışan, əylənən birinin olması mütləqdir.
Psixoloq Gülnar Orucova deyir ki, qarşılıqlı baxışıb gülümsəmələr, körpələrin ilk ünsiyyət bacarıqlarıdır: “Ona görə də vacibdir ki, 3 yaşına kimi uşağa ana özü baxsın. Onu da deyim ki, indi dayə tutmaq bir növ dəb halını alıb. Ehtiyacı olan da, olmayan da dayələrin köməyindən istifadə edir. Sanki analar unudur ki, analıq məzuniyyəti deyə bir anlayış var. Analıq məzuniyyəti təkcə həkim tərəfindən deyil, həm də psixoloqlar, pedaqoqlar tərəfindən alınmış qərardır. Uşaq üçün 3 yaşına kimi anayla təmas, ətraf mühiti öyrənmək çox vacibdir. Ana-atanı heç kim əvəzləyə bilməz. Ancaq bu, mümkün olmadıqda bağçaya qoymaq və ya dayə köməyi almaq məsləhətdir. Bizə çoxsaylı müraciətlər olduğuna görə hadisələrin gedişini daha yaxından izləyirik. Bəzi hallarda uşağı dayəyə verən analar öz peşmanlıqlarını dilə gətirirlər. Çünki həmin uşaqları sonradan ram etməkdə çətinlik çəkirlər və ya digər problemlər ortaya çıxır”.
Psixoloq bildirib ki, uşağı hər “dayəyəm” deyənə də etibar etmək olmaz: “Bəzən 3-4 uşaq böyüdən qadınlar düşünürlər ki, yaxşı dayə ola bilərlər. Çox zaman yaşlı qadınlar dayə ola biləcəkləri haqda elan verirlər. Amma hər bir valideyn övladını yaxşı anaya yox, yaxşı mütəxəssisə etibar etməlidir. Çünki, 3-4 övlad böyüdən qadının əsəbləri uşaq böyüdükcə pozula, gərginləşə bilər. Buna görə də, dayə seçərkən yaxınların, qohumların məsləhəti ilə deyil, bu işlə məşğul olan xüsusi insanların yardımından istifadə etmək lazımdır. Dayə uşağın yaşına uyğun davranış qaydalarını bilməlidir. Bunun üçün isə xüsusi kurs keçmiş dayələrə üstünlük verilməlidir. Dayə uşağa uyğun davranış qaydalarını bilməli, uşaq və böyük arasında qarşılıqlı münasibət qurmağı bacarmalı, uşaqla oyun oynamalı, sərhəd qoymağı bacarmalı, uşağın yaşıdları ilə münasibət qurmasına yardım etməli, uşağın ünsiyyət, danışma və dil inkişafını dəstəkləməli, yeyib-içməsinə xüsusi nəzər yetirməli, təmizliyinə fikir verməli, geyinib-soyunmasına yardım etməlidir. Bütün bunlara diqqət yetirilməlidir ki, gələcəkdə şəxsiyyətin cəmiyyətdə özünü təsdiq etməsi zamanı problemlər yaşanmasın, aqressiya nümayiş etdirməsin”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

