İntiharla Beynəlxalq Mübarizə Günüdür
10.09.2022 [11:15]
Yeganə BAYRAMOVA
Sentyabrın 10-u İntiharla Beynəlxalq Mübarizə Günüdür. Ümumdünya Səhiyyə Təşkilatı 2003-cü ildən bəri dünyada intihar haqqında məlumatlılığı artırmaq üçün 10 sentyabrı “Dünya İntiharın Qarşısının Alınması Günü” elan edib. Belə bir təşəbbüslə Beynəlxalq İntiharın Qarşısının Alınması Dərnəyi çıxış edib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada hər il təxminən bir milyon insan intihar nəticəsində ölür. Bu da təxminən hər 40 saniyədə 1 ölümə bərabərdir. Təşkilat bildirib ki, intihar edən bir nəfər 135 nəfər üzərində şok təsir göstərir, bu da il ərzində 108 milyon insana bərabərdir.
İntihar etmək istəyən biri ilə necə davranmaq lazımdır?
İngiltərədə intihara qarşı mübarizə aparan “Samaritans” təşkilatı intihar etməyə meyilli biri ilə danışarkən aşağıdakılara diqqət edilməsinin vacibliyini deyib:
- Danışacağınız şəxsin rahat edəcəyi səssiz bir yer seçin.
- İkinizin də danışmaq üçün lazımi qədər vaxtı olduğundan əmin olun.
- Yanlış bir şey desəniz, panikaya düşməyin, özünüzə çox yüklənməyin.
- Qarşınızdakı şəxsə fokuslanın, göz əlaqəsi qurun, telefonunuzu kənara qoyun və bütün diqqətinizi verin.
- Səbrili olun. Bir insanın öz dərdini sizə deməsi vaxt ala bilər.
- Hə və ya yox cavablarına ehtiyac duyan suallardan daha çox uzun cavab tələb edən suallar verin. Qarşı tərəfin sizi anladığını yoxlayın.
- Danışan adamın sözünü kəsməyin və ya bir çıxış yolu təklif etməyin. Digər insanın necə hiss etməsi ilə bağlı öz fikirlərinizi irəli sürməyin.
- Professional bir dəstək aldıqlarından əmin olun.
4 il öncə ABŞ-da yayımlanan bir araşdırmaya görə, intihar edən tək bir nəfər 135 nəfər üzərində sarsıdıcı bir təsir yaradır. Ancaq bu statistikalara baxmayaraq, intihar lazım olduğu qədər ələ alınan və diqqət çəkilən bir mövzu deyil.
Kentucky Universitetindən həkim Culia Cerel isə deyir ki, intihar edən insana özünü yaxın hiss edənlər üzərində bu hadisənin yaratdığı psixiatrik təsir daha ağırdır.
Müasir iş və yaşam tərzi, eləcə də bir çox subyektiv amillər nəticəsində insan bir andaca cinayət törətməyə, məsələn, öz həyatına son qoymağa qərar verir. Statistikaya görə, dünyada orta hesabla dəhşətli ölümlərin yarısı intihar hadisələrinin payına düşür.
İntihar dünya üçün qlobal və faciəli bir mövzudur. Statistikaya görə, dünyada intihar nəticəsində dünyasını dəyişənlərlə müharibə və şiddət tərkibli qətllər nəticəsində ölənlərin sayı bərabərdir.
İntihar hadisələrinin yayılmasında liderlik inkişaf etmiş ölkələrin payına düşür. Bu sırada ilk yeri Şərqi Avropa ölkələri tutur.
Yaponiyada hər il təxminən 30 min insan intihar edir. Ən aşağı göstəricilər Latın Amerikası və islam ölkələrində müşahidə edilir. Afrika üçün isə, demək olar ki, bu statistika mövcud deyil. Təəssüf ki, Azərbaycanda da son zamanlar, xüsusilə də yeniyetmələr arasında intihar hallarına çox rast gəlinir...
Buna görə də ÜST, İntiharla Mübarizə Beynəlxalq Assosiasiyası ilə birlikdə bu gün ictimaiyyəti və müxtəlif ölkə hökumətlərini intihar nəticəsində həyatını itirə biləcək insanları xilas etmək üçün məsuliyyəti gücləndirmək məqsədilə tədbirlər və aksiyalar keçirməyə səsləyir.
Bundan əlavə, ÜST və onun tərəfdaşları yalnız intiharın qarşısının alınmasına çalışmır, bu qurum, eyni zamanda, intihara bir və ya bir neçə dəfə cəhd etmiş insanlara xüsusi müalicə və nəzarətin göstərilməsinin tərəfdarıdır. Burada medianın da öhdəsinə ciddi məsuliyyət düşür. Medianın öz növbəsində intiharların erkən ölüm səbəblərindən biri olması mövzusunda ictimaiyyəti məlumatlandırması vacibdir.
Təhlillər göstərir ki, özünəqəsd insan həyatını bitirən vasitələr sırasında avtomobil qəzaları ilə yanaşı gəlir. İnsanlığın ən böyük problemlərindən birinə çevrilən bu bəla xüsusilə gənclər arasında qlobal miqyasda ölümün əsas səbəblərindəndir. Monitorinq təşkilatları intihar edənlərin orta yaş həddi kimi 43-ü göstərirlər.
İntiharlar müharibələrdən və qətllərdən daha çox insan tələfatına səbəb olur. Bunu Dünya Səhiyyə Təşkilatının ekspertləri bildirib. Dünya statistikasında bildirilir ki, intihar halları ən çox narkomanlar, əlillər, ruhi xəstələr, həm də xroniki alkoqolizmdən əziyyət çəkənlər arasında müşahidə olunur.
Xəbər lenti
Hamısına baxDünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52

