Şaxtalı havada əl yandıran taksi qiymətləri
10.01.2023 [10:37]
Nicat Dilqəmli
Bakıda qarın yağması özü ilə bəzi problemlərə də yol açıb. Yolların ağ örpəyə bürünməsi, havanın şaxtalı olması ilə əlaqədar paytaxtda nəqliyyatın hərəkətində çətinlik müşahidə olunmaqdadır. Belə ki, hazırkı hava şəraitində həm sürücülər, həm də piyadalar üçün mənzil başına çatmaq bir qədər çətinləşib. Müvafiq dövlət qurumları tərəfindən bir neçə gün bundan öncə qabaqlayıcı tədbirlərin görülməsinə başlanılıb. Bakı Şəhər Dövlət Yol Polisi hava şəraiti ilə bağlı sürücülərə və hərəkət iştirakçılarına yenidən müraciət edib. İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli meteoroloji vəziyyəti nəzərə alıb sürücülərə səslənərək nəqliyyat vasitəsinin texniki sazlığına diqqət yetirmələrini tövsiyə edib: “Avtomobilləri təkərlərin qış mövsümünə uyğunluğunu nəzərə almaqla, şüşə silgəclərinin, xüsusilə əyləc sistemlərinin sazlığına diqqət yetirməklə, təhlükəsiz şəraitdə ara məsafəsini gözləməklə, sürət həddinə ciddi nəzarət etməklə idarə etsinlər”. DYP rəsmisi qeyd edib ki, yola çıxan nəqliyyat vasitələrinin mütləq əksəriyyəti qış mövsümünə uyğun olmayan təkərlərlə hərəkət edir:
“Bu sürücülərdə sürüşməyə və digər çətinliklər yaradır. Xahiş edirik ki, yola çıxan sürücülər təkərləri qış mövsümə uyğun eləsinlər. Eyni zamanda sürücülük təcrübəsi olmayan sürücülərdən yollarda hərəkət etməməyi tövsiyə edirik”.
Belə olan halda vətəndaşlar ictimai nəqliyyatdan, eyni zamanda, taksi xidmətlərindən istifadə etməyə üstünlük verirlər. Artıq iki gündür taksi qiymətlərində əhəmiyyətli dərəcədə artım müşahidə olunmaqdadır. Bu da vətəndaşlar arasında narazılıq doğurub.
Hazırda real vəziyyət necədir? Şirkətlər tərəfindən təklif olunan qiymətlər neçə faiz artıb?
Bu kimi suallara cavab tapmaq üçün taksi fəaliyyəti göstərən bəzi şirkətlərə müraciət etdik. Müəyyən oldu ki, beynəlxalq taksi şirkətləri olan “Bolt” və “Uber” qiymətləri 60%-dən 3 dəfəyə qədər artırıb. Şəhər içində 1,4 km-lik məsafəni əvvəl 1,2 manata təklif edən “Bolt” hazırda qiyməti 2 manata kimi artırıb. “Uber” isə eyni məsafəyə görə, 3,3 manat qiymət müəyyən edib.
Şirkətlərdə yaranan gecikmələrə görə vətəndaşlar taksidən ənənəvi qaydada istifadə etməyə məcbur qalırlar. Fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan sürücülər də qarın yağmasını səbəb gətirərək qiymətləri bir neçə dəfə artırıblar. Sosial şəbəkə istifadəçilərinin məlumatına görə, onlar 5 manata getdikləri məsafə üçün indi 20, hətta bəzən 30 manat ödəməli olurlar.
Mütəxəssislər nə deyir?
Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, taksilərin qiyməti vahid bir formada tənzimlənmir. Dünya təcrübəsində taksi fəaliyyətində fərqli tariflərin olduğunu deyən ekspert hava şəraitindən asılı olaraq taksi qiymətlərinin dəyişməsinin normal olduğunu qeyd edib: “Hələ ki, belə bir mexanizm yaradılmayıb, yoxdur. Ona görə də hazırda yanaşmalar fərqlidir. Ancaq bunu normal qəbul etmək lazımdır. Çünki dünyanın hər yerində bu, belədir. Yəni gecə-gündüz tarifləri fərqli olur, belə havalarda qiymətlər dəyişir. Onu da nəzərə almaq lazımdır ki, hazırkı hava şəraitində avtomobil idarə etməklə taksi sürücüləri özlərini riskə atmış olurlar, məsafəyə çatmaq əvvəlkidən daha gec baş verir”.
E.Muradlı hesab edir ki, dövlət tərəfindən taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı hər hansı bir qərar verildikdə qeyd edilən məqamlar orada öz əksini tapacaq: “Bunu normal qəbul etmək lazımdır. Gələcəkdə də dövlət tərəfindən taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qərar verilsə, vahid qiymət sistemi müəyyənləşdirilsə, hesab edirəm ki, orada da bu məsələlər öz əksini tapacaq. Yəni gecə-gündüz tarifləri, sıxlıq baş verdikdə yaranan problemlər və bu kimi digər məsələlər barədə müddəaların olması normaldır. Bu səbəbdən də hazırda taksi qiymətlərində müşahidə olunan qiymət artımında təəccüblü heç nə yoxdur”.
Nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov da qiymətlərin bahalaşmasına səbəb olan amillərdən söz açaraq həm fərdi taksi fəaliyyəti göstərən sürücüləri, həm də taksi şirkətlərini vəziyyətdən sui-istifadə etməməyə çağırıb: “Belə hava şəraitində yanacaq sərfiyyatı artır, sürücü ünvana əvvəlkindən daha gec çatır. Buna görə də qiymət artımı başadüşüləndir. Amma yaranmış vəziyyətdən sui-istifadə edərək qiymətləri nəzərdə tutulandan daha çox artırmaq acgözlükdür, yolverilməzdir”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, paytaxtda qeyri-sabit hava şəraiti yanvarın 12-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

