Müasir dünyanın yeni müjdəçisi: Yardımsevər dronlar
20.05.2023 [12:30]
Sürətlə inkişaf edən dünyamızda hər il müxtəlif məqsədlər üçün istifadə edilən yeni texnologiyalar yaranır. Son zamanlar adını tez-tez eşitdiyimiz dronlar da müasir texnologiyalar sırasında ilk yerlərdə qərarlaşıb.
Pilotsuz uçuş aparatlarının əsasən hərbi təyinatlı olması heç də əbəs deyil. Belə ki, müasir bombaları asanlıqla daşıyan dronlar hədəfi tam nişan alaraq vurmaq qabiliyyətinə malikdir. Hərb sanayesinin gözü sayılan dronlar əsl gücünü II Qarabağ müharibəsi dövründə dünyaya daha aydın şəkildə göstərdi. Azərbaycanın pilotsuz təyyarələrinin Qarabağda düşmən hədəflərini necə vurduğunu göstərən videogörüntülər, həm də hərb sisteminə yeni üsul gətirmiş oldu. Ən müasir texniki göstəricilərə sahib olan pilotsuz təyyarələrin xüsusiyyətləri, önəmi barədə hərbi ekspertlər, dövlət başçıları tərəfindən müxtəlif vaxtlarda söz açılıb.
Dinc məqsədlər üçün istifadə edilərsə...
Bu texnologiyanın fəaliyyət sahələri yalnız müharibə və hərbi məqsədlər üçün istifadəsi ilə azaldılmamalıdır. Əslində dron texnologiyası bəşəriyyətin xeyri üçün bir çox işlər görmək bacarığına malikdir. Dronlar texnologiyanın, yardım fəaliyyətlərinin, səhiyyə sektorundakı nailiyyətlərin mühüm hissəsidir. Dronların bu baxımdan istifadəsi dövlətlərin iqtisadiyyatına da geniş töhfələr verir. Artıq bir çox ölkədə dronlardan ən müxtəlif sahələrdə geniş istifadə olunur. Məsələn, tropik iqlimin hökm sürdüyü Afrika ölkələri dronlardan tibbi ləvazimatların daşınmasını həyata keçirir. Çünki burada səhiyyə ocaqları biri-birindən uzaqdır. Hər hansı nəqliyyat vasitəsilə daşınma həyata keçirmək 4-6 saat vaxt alır. Operativ müdaxilənin təmin olunmasında vacib qan və peyvənd daşınmasında istifadə edilir.
Dronların səhiyyə sahəsində tətbiqi məsələsi hazırda ABŞ-da davam etdirilir. Belə ki, Harvard və Massaçusets Texnologiya İnstitutu mobil telefonlarla səhiyyə işçiləri tərəfindən idarə edilən “Dron sistemi” üzərində işləyir. Bu layihə çərçivəsində tibbi ləvazimat daşınması ilə yanaşı, təhlükəli bölgələrdə köməksiz vəziyyətdə qalan insanları tapmaq da mümkün olacaq.
Bundan başqa, dronlar bir çox vacib əhəmiyyətli parkların, muzeylərin, qoruqların qorunması və mühafizəsini təmin etmək üçün də ideal vasitədir. Bir çox ölkənin milli parkı bu cür müşahidə edilərək qorunur.
Araşdırmalar göstərir ki, dronlardan kənd təsərrüfatında da istifadə xeyli faydalıdır. Aqrar sahədə pilotsuz aparatların istifadəsi xərcləri azaltmaqla yanaşı, gübrə istifadəsi zamanı vaxta qənaət etməyə də şərait yaradır. Dronların istifadəsi zamanı diqqət çəkilən ən perspektivli sahə yük nəqliyyatıdır. Hegemon daşıma - karqo şirkətləri artıq bunun üçün layihələr hazırlayıb. Hətta məşhur “Amazon” şirkəti layihəni patentləşdirib. Layihənin hədəfi dronlar vasitəsilə saytdan sifariş edilən məhsulların çatdırılmasıdır. “Amazon” 2017-ci ildə bunu təcrübədən keçirib.
Fəlakətlərin qarşısını almaqda...
Dronlar yardım məqsədlərindən başqa fəlakətlərin qarşısını almaqda da mühüm texnoloji vasitə sayıla bilər. Müasir dronların yeni xüsusiyyətlərindən biri də müəyyən bir bölgəyə nəzarət etməklə baş verə biləcək hər hansı bir fəlakət barədə əvvəlcədən məlumat ötürməkdir. Belə bir müşahidə meşə yanğınları, sel, zəlzələ və digər təbii fəlakətlər zamanı insanların təxliyyəsində əvəzsiz rola malikdir. Bunun ən yaxşı müşahidəsini qardaş ölkə Türkiyədə baş verən zəlzələ zamanı gördük. Türkiyənin müdafiə naziri Hulusi Akar açıqlamalarının birində bu barədə danışarkən deyib: “Zəlzələ bölgəsində hava və ümumi vəziyyəti görmək üçün PUA-larımız davamlı olaraq fəaliyyət göstərir, 45 PUA vəzifələrini icra edir”.
Sürətlə inkişaf edən dronlar həm də həyatımızı asanlaşdırır. Qarşıdakı dövrdə uçuş məsafələri və yük tutumu kimi bir çox digər xüsusiyyətləri artdıqca PUA-lar daha da faydalı olacaqlar. Ağıllı proqram təminatı ilə heç kimin nəzarətinə ehtiyac olmadan öz işlərini görmələri böyük asanlıqdır. Ancaq bunun həyata keçməsi üçün həll edilməsi vacib olan bəzi problemlər var. Əvvəlcə, dronların istifadəsi üçün lazımi hüquqi aktlar tamamlanmalıdır. Hazırda dron istifadəsi ilə bağlı böyük çatışmazlıqlar var. Kamera ilə müşahidə imkanı verən və hər kəsin ala biləcəyi qədər əlverişli qiymətə olan dronlar şəxsi həyatın məxfiliyini təhdid edir. Digər bir məsələ isə dronlardan istifadənin artması nəticəsində gündəmə gələcək marşrut problemidir. Təyyarələr üçün əvvəlcədən havada müəyyən olunmuş istiqamətlərin oxşarları dronlar üçün də lazımdır. Əks təqdirdə, heç gözləmədiyiniz vaxtda - yolda gedərkən və ya kafedə oturarkən başınıza dron düşə bilər. Bir az vaxt tələb olunsa da, dronlar rahat və sülh dolu yeni bir dünyanın müjdəçisi ola bilər.
Texnologiyanın inkişafından bəşəriyyətə yardım məqsədilə istifadə edilərsə, dünya daha rahat və ən əsası müharibəsiz olar.
Qönçə QULİYEVA
Xəbər lenti
Hamısına bax
Siyasət
31 May 23:00

Siyasət
31 May 21:39

Xəbər lenti
31 May 21:37

Siyasət
31 May 21:34

Siyasət
31 May 20:03

Xəbər lenti
31 May 19:33

Xəbər lenti
31 May 18:13

İqtisadiyyat
31 May 16:54

Xəbər lenti
31 May 16:53

Xəbər lenti
31 May 16:16

Dünya
31 May 15:47

Xəbər lenti
31 May 15:02

Xəbər lenti
31 May 14:39

Xəbər lenti
31 May 14:35

İqtisadiyyat
31 May 14:05

Xəbər lenti
31 May 13:30

Xəbər lenti
31 May 12:59

Xəbər lenti
31 May 12:29

Gündəm
31 May 12:22

İqtisadiyyat
31 May 12:09

Siyasət
31 May 11:56

Gündəm
31 May 11:53

Xəbər lenti
31 May 11:48

Xəbər lenti
31 May 11:30

Xəbər lenti
31 May 11:25

Sosial
31 May 11:15

MEDİA
31 May 11:10

Xəbər lenti
31 May 11:09

Xəbər lenti
31 May 11:08

Xəbər lenti
31 May 10:55

Xəbər lenti
31 May 10:50

Xəbər lenti
31 May 10:45

Xəbər lenti
31 May 10:44

Analitik
31 May 10:41

Xəbər lenti
31 May 10:33

Siyasət
31 May 10:30

Siyasət
31 May 10:22

Siyasət
31 May 10:20

Siyasət
31 May 10:15

Xəbər lenti
31 May 10:10

Gündəm
31 May 10:00

Xəbər lenti
31 May 09:57

Xəbər lenti
31 May 09:56

Xəbər lenti
31 May 00:01

Xəbər lenti
30 May 23:48

Xəbər lenti
30 May 21:46

Xəbər lenti
30 May 20:03

Xəbər lenti
30 May 19:59

Xəbər lenti
30 May 19:03

Xəbər lenti
30 May 18:40

Xəbər lenti
30 May 18:04

Xəbər lenti
30 May 17:45

İqtisadiyyat
30 May 16:46

Siyasət
30 May 16:41

Xəbər lenti
30 May 16:20

Xəbər lenti
30 May 16:13

Xəbər lenti
30 May 16:08

Xəbər lenti
30 May 15:34

Dünya
30 May 15:33

Xəbər lenti
30 May 15:13

Xəbər lenti
30 May 15:04

Xəbər lenti
30 May 14:31

Xəbər lenti
30 May 14:28

Xəbər lenti
30 May 14:12

Gündəm
30 May 13:40

Siyasət
30 May 13:38

Xəbər lenti
30 May 13:35

Xəbər lenti
30 May 13:34

Xəbər lenti
30 May 13:23

Xəbər lenti
30 May 13:13

E-qəzet
B | Be | Ça | Ç | Ca | C | Ş |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |