Yeni tədris ilində...
08.09.2023 [12:20]
Hədəflər və gözləntilər
Sentyabrın 6-da yeni tədris ili ilə bağlı brifinq keçirilib. Brifinqdə iştirak edən Elm və təhsil naziri Emin Əmrullayev qarşıdakı dövr ərzində tədrisin təşkili qaydaları, yeni hədəflər, gözləntilər barədə məlumat verib. Nazir sual doğuran məsələlərə aydınlıq gətirib.
E.Əmrullayev 2023-2024-cü tədris ili üzrə təhsilalan və işçi heyətinin sayını açıqlayıb. O qeyd edib ki, təhsilalanlar 2,1 milyon nəfər, işçi heyət isə 300 min nəfər təşkil edəcək: “Onlardan 220 mini məktəbəqədər təhsil, 1,6 milyonu ümumtəhsil, 33 mini peşə təhsili, 60 mini orta ixtisas təhsili, 220 mini isə ali təhsil müəssisələrində təhsil alan və çalışanlar olacaq”.
Nazir, həmçinin bildirib ki, Azərbaycanda 654 məktəbin ya təmirə ya da yenidən tikilməsinə ehtiyac var: “Son illərdə qəzalı məktəblərin sayı 30 faizə qədər azalıb. Bu məktəblər arasında iri məktəblərin sayı azdır”.
Azad olunmuş ərazilərdə 6 məktəb
E.Əmrullayev yeni tədris ilində işğaldan azad olunmuş ərazilərdə 6 məktəbin fəaliyyət göstərəcəyini qeyd edib. Onun sözlərinə görə, bu məktəblərdə, ümumilikdə, 780 şagird təhsil alacaq və onlara 94 müəllim dərs deyəcək.
Nazir qeyd edib ki, Şuşa şəhər 1 nömrəli məktəbin açılışının tədris ilinin ikinci yarısında olacağı gözlənilir.
Orta aylıq əməkhaqqı artacaq
Elm və təhsil naziri müəllimlərin orta aylıq əməkhaqqı məsələsinə də toxunub. O bildirib ki, 2023-cü ilin sentyabr ayı üçün bu məbləğ 830 manat təşkil edib: “Sertifikatlaşdırma imtahanları keçirildikcə, müəllimlərin əməkhaqlarına əlavələr olunacaq. Bu da orta aylıq əmək haqlarının artmasına gətirib çıxaracaq. 2023-cü ilin fevralında bu rəqəm 790 manat olmuşdu”.
Son bir ildə 50 bağça müdiri...
Nazir bildirib ki, son bir il ərzində məktəbəqədər təhsil müəssisələrinə mərkəzləşmiş qaydada işə qəbul çərçivəsində 241 nəfər işə götürülüb. Onun sözlərinə görə, bundan sonra işə qəbul bu formada aparılacaq: “İl ərzində 50 bağça müdiri işdən azad olunub”.
Bu fənn üzrə dərs saatları artırılacaq
E.Əmrullayev yeni tədris ilində Azərbaycan dili fənni üzrə dərs saatlarının sayının artırılacağını qeyd edib. O bildirib ki, rus sektorlarında bir sıra fənlər, o cümlədən Tarix, Zəfər tarixi, musiqi dərsləri Azərbaycan dilində tədris olunacaq: “Şagird 9-cu sinfə gəlib çatır və görürük ki, ana dilində danışa bilmir. Problemin məktəblərdə, yoxsa təhsil proqramında olduğunu müəyyənləşdiririk”.
37 yeni dərslik hazırlanıb...
Nazir qeyd edib ki, cari ildə 24 dərslik təkmilləşdirilib, 37 yeni dərslik hazırlanıb: “Ümumilikdə, 318 dərslik 7,4 milyon nüsxədə çap olunub. Dərsliklər şəhər və rayon məktəblərinə göndərilib. Növbəti həftədən isə ucqar yerlərdə yerləşən məktəblərimiz də bu dərslikləri əldə edəcəklər”.
75 min tələbənin qəbulu nəzərdə tutulur
E.Əmrullayev vurğulayıb ki, 2026-2027-ci tədris ilində ali təhsil müəssisələrinə 75 min tələbənin qəbulu nəzərdə tutulur. Nazir son 10 ildə ali təhsil müəssisələrinə tələbə qəbulunun 40 faizdən çox artdığını bildirib: “Dövlət sifarişli əsaslarla qəbul olan tələbələrin sayı 2 dəfədən çox artıb. Magistr səviyyəsi üzrə 2023-2024-cü tədris ilində qəbul 13 485 nəfər olub ki, bu da 10 il əvvəl ilə müqayisədə 3 dəfə çoxdur. 2023-2024-cü ildə tələbə köçürülməsi üzrə 4 316 müraciət daxil olub, 80 faizi təsdiqlənib”.
Telefondan istifadə qadağan edilə bilər...
Məktəbə telefon gətirilməsini qadağan edən hüquqi normanın olmadığını söyləyən nazir qeyd edib ki, bu məsələ məktəbin daxili qaydaları çərçivəsində tənzimlənə bilər: “Bəzi məktəblərdə pilot qaydada yoxlanılır və bununla bağlı konkret qaydalar müəyyənləşdirilə bilər. Gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür”.
Təhsildə güzəşt Vətənə xəyanət etmək kimidir
E.Əmrullayev təhsildə güzəşt edilməsi məsələsinə də toxunub. Nazirin sözlərinə görə, təhsildə güzəşt eləmək vətənə xəyanət etmək kimi bir şeydir. O bildirib ki, təhsildə güzəşt elə də yaxşı söz deyil: “Məktəbəqədər təhsil müəssisələrinin müəllimləri üçün sertifikatlaşdırmada hansısa güzəşt etmək doğru deyil. Başa düşməliyik ki, adamın ixtisası məktəbəqədər təhsil deyilsə, deməli, həmin şəxsin faydası da olmayacaq”.
Nazir sertifikasiya imtahanından kəsilən 743 müəllimin əmək müqaviləsinə xitam verilməsinə də münasibət bildirib: “Bu gün ümumi təhsil səviyyəsində 700-dən çox müəllimin əmək müqaviləsinə xitam vermək bizim üçün də ağırdır. Amma başqa yol yoxdur”.
Bəzi ixtisasların tədris müddəti qısaldıla bilər
E.Əmrullayev bildirib ki, ali təhsil pilləsində bəzi ixtisasların tədris müddətinin qısaldılması üçün növbəti illərdə pilot layihələr həyata keçirilə bilər. O, qeyd edib ki, artıq müəyyən hesablamalar var və modelləşmə edilib: “Lakin hazırda bunu daha çox ali təhsil müəssisələri ilə müzakirə edirik. Bunlar əsasən, turizm, İT və magistratura səviyyəsində təhsil almağa ehtiyac olmayan ixtisaslardır”.
Dərs saatlarının bölgüsü
Nazirin fikrincə, yalnız diaqnostik qiymətləndirmə və ya sertifikasiya balı ilə dərs saatlarının bölgüsü düzgün deyil. Onun sözlərinə görə, burada müxtəlif faktorlar həmişə nəzərə alınır: “Bizdən asılı olmayan obyektiv səbəblər var. Bunlardan biri də qalmış mirasdır, yəni 8 sinfi olan məktəbdə 30 müəllim varsa, dərs saatını necə bölürsən də problem olacaq. Bizim belə məktəblərimiz çoxdur ki, 8 ibtidai sinif var, amma orada 30 ibtidai sinif müəllimi işləyir. O müəllimlərin hansısa birini işdən azad etmək ixtiyarımız yoxdur. Məktəb direktoru həmin müəllimlərə də dərs saatları verməlidir. Amma bu, bəzi hallardadır, bütün sistem belə deyil. Ümumilikdə isə düşünürəm sertifikasiya imtahanları bizə kifayət qədər imkan verəcək ki, bu işi daha yaxşı görək.
Bu ixtisasının tədrisi dayandırılacaq...
E.Əmrullayev bildirib ki, hansı ali təhsil müəssisəsi müəllim hazırlaya bilmirsə, həmin müəssisədə bu ixtisasın tədrisi dayandırlacaq: “Hansısa ali təhsil müəssisələrinin məzunları bu gün bizim imtahanlarımızda minimum balı toplaya bilmirlərsə, həmin müəssisələrin rəhbərinə bu haqda suallar verilir. Bu, davamlı hal alarsa, həmin müəssisədə müəllimlik ixtisasının tədrisi dayandırılacaq”.
Yataqxana: Xroniki problemlərdən biri
Nazir ali təhsil müəssisələrində yataqxana problemlərindən də danışıb. O qeyd edib ki, yataqxana məsələsi xroniki problemlərdən biridir: “Bu gün 4 min yerlik yataqxana var. Bir və ya iki yataqxananın tikintisi və ya təmiri nəzərdə tutula bilər. Orada keçmiş məcburi köçkün olan vətəndaşlarımız yaşayır. Yataqxanalar ilə bağlı vəziyyət elə də yaxşı deyil”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

