Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Mədəni və humanitar təşkilat

Mədəni və humanitar təşkilat

16.11.2023 [11:16]

YUNESKO-nun yaranmasından 78 il ötür...

Yeganə BAYRAMOVA

Bu gün BMT-nin humanitar sahə üzrə ixtisaslaşmış təşkilatı olan YUNESKO-nun təsis edilməsinin 78-ci ili tamam olur. Qurumun yaranması haqqında Nizamnamə 1945-ci il noyabrın 16-da Londonda imzalanıb. Bir il sonra- 1946-cı il noyabrın 4-də isə 20 üzv dövlətdən ibarət təşkilat rəsmi fəaliyyətə başlayıb.

BMT Nizamnaməsinə uyğun olaraq, YUNESKO-nun əsas vəzifəsi xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığı yolu ilə sülhün və beynəlxalq təhlükəsizliyin təmin olunmasından ibarətdir. Bu istiqamətdə əməkdaşlıq ədalətə, insan hüquq və azadlıqlarına söykənir. Məlumdur ki, bu prinsiplər BMT Nizamnaməsində dəqiqliklə əksini tapıb. Belə əməkdaşlıq zamanı xalqların dili, dini, irqi fə?qləri heç bir rol oynamır. YUNESKO-nun fəaliyyətinin başlıca prinsipi insanlar arasında kommunikasiyaları yaratmaq və inkişaf etdirmək və bu kommunikasiyaları qarşılıqlı anlayışın təmin olunması üçün istifadə etməkdən ibarətdir.

Tarixi zərurət...

1942-ci ildə, İkinci Dünya müharibəsinin ən qızğın dövründə, milliyyətçi Almaniya ilə döyüşən Avropa ölkələri Böyük Britaniyada müttəfiq ölkələrin təhsil nazirlərinin konfransında toplaşırlar. Müharibənin bitməsinə uzun bir zaman qalmasına baxmayaraq, artıq ölkələri sülhün bərqərar olmasından sonra təhsil sisteminin bərpa olunması məsələsi düşündürür. Qısa bir müddət ərzində layihə ümumdünya miqyası alır. Yeni-yeni dövlətlər, həmçinin ABŞ layihədə iştirak etmək istəklərini bildirirlər.

1-16 noyabr 1945-ci il BMT-nin təhsil və mədəniyyət məsələləri üzrə təşkilatın yaranması ilə bağlı 40 dövlətin təmsilçilərinin iştirakı ilə konfrans keçirilir. Fransa və Birləşmiş Krallığın təklifi ilə, dünya mədəniyyətinin bərqərar olunmasına xidmət edən təşkilatın yaranması ilə bağlı qərar qəbul olunur. Yeni təşkilatın məqsədi - “Bəşəriyyətin intellektual və əxlaqi həmrəyliyinin” təmin olunmasına xidmət etmək və yeni dünya müharibəsinin başlanmasına yol verməmək idi.

“İdeyalar laboratoriyası...”

Qurum özünün bütün tədbirlərində və layihələrində bir sıra mühüm funksiyaları yerinə yetirir. Beləliklə, YUNESKO-nun funksiyalarını ümumi şəkildə aşağıdakı kimi nəzərdən keçirmək mümkündür:

Birincisi, YUNESKO “ideyalar laboratoriyası” rolunda çıxış edir. Yəni, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa istinad edərək müasir dünyanın yenidən qurulmasının hansı yollarla həyata keçirilməsini müəyyənləşdirmək. Bu əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi üçün yeni və real ideyaların irəli sürülməsi və həyata keçirilməsi YUNESKO-nun fəaliyyətinin mərkəzi prinsipini təşkil edir.

İnformasiya mübadiləsi

İkincisi, YUNESKO informasiya mübadiləsi mərkəzi rolunda çıxış edir. Belə ki, YUNESKO informasiyaları toplayır, ötürür, genişləndirir və hazır informasiyaların birgə istifadə olunması üçün şərait yaradır. Nəzərə almaq lazımdır ki, bu zaman təkcə informasiya deyil, həmçinin, biliklərin, qabaqcıl təcrübənin də mübadiləsi həyata keçirilir. Bu da daha səmərəli əməkdaşlıq üçün zəmin yaradır. Problemlərin aradan qaldırılmasının yeni və ən işlək vasitələrinin tapılması və bu vasitələrin tətbiqi istiqamətində əməkdaşlığın təmin olunması YUNESKO-nun fəaliyyətinin əsas mahiyyətini təşkil edir.

Beynəlxalq əməkdaşlığın inkişafı...

Üçüncüsü, YUNESKO üzv dövlətlərin potensiallarının yaradılmasında və ya gücləndirilməsində yaxından iştirak edir. Belə ki, YUNESKO ixtisaslaşmış təsisat kimi öz səlahiyyətləri çərçivəsində beynəlxalq əməkdaşlığı stimullaşdırır. Təşkilat elə məqsədlər, prinsiplər və prioritetlər müəyyənləşdirir ki, onlar ikitərəfli və çoxtərəfli proqramlarda öz əksini tapa bilsin və reallaşdırılsın. Bu zaman regional və milli səviyyələr prioritet təşkil edir və səmərəli üsullara və metodlara istinad olunur.

YUNESKO bu işi daimi və sistemli əsaslarla həyata keçirməyə çalışır. Bunun üçün təşkilat əlavə funksiyaları da həyata keçirir. Bu funksiya xüsusi informasiyaların toplanması və genişləndirilməsi üzrə mərkəz tərəfindən həyata keçirilir. Bu zaman daha çox çap və elektron resurslardan istifadə olunur. Belə ki, YUNESKO dövri olaraq nəşrlər buraxır, illik hesabatlar çap edir və yüzlərlə kitabın çapında iştirak edir. Bu nəşrlər müvafiq olaraq, elm, təhsil, mədəniyyət və kommunikasiya sahələrini əhatə edir.

YUNESKO-nun ənənəvi mövzuları...

-təhsil;

-təbii elmlər;

-sosial və humanitar elmlər;

-mədəniyyət;

-kommunikasiya və informasiya.

Quruma üzv dövlətlər

Hal-hazırda 195 dövlət YUNESKO-nun üzvüdür. Eyni zamanda, təşkilatın 10 assosiativ üzvü vardır. O, BMT və onun ixtisaslaşmış qurumları ilə sıx əlaqədədir. Həmçinin aparıcı dövlətlərarası təşkilatlarla, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), ISESCO və digər təşkilatlarla əlaqələrə malikdir. YUNESKO 600-dən çox beynəlxalq və qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq edir.

Azərbaycan 1992-ci il iyunun 3-də UNESCO-ya üzv qəbul edilib. Azərbaycan ilə YUNESKO arasındakı əlaqələrin möhkəmlənməsində ümummilli liderin rolu böyükdür. Heydər Əliyevin ixtisaslaşmış qurumun o vaxtkı baş direktoru Federiko Mayor ilə görüşləri mühüm əhəmiyyət kəsb edir. Keçirilən görüşlərdə Azərbaycanla bağlı təhsil, elm və mədəniyyət məsələləri müzakirə edilib. 1994-cü il noyabrın 18-də Heydər Əliyev və F.Mayor tərəfindən Azərbaycan Respublikası ilə UNESCO arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumda respublikamıza təhsil, mədəniyyət və digər sahələrdə yardımların göstərilməsi nəzərdə tutulurdu. Burada Azərbaycanın mədəniyyət abidələrinin mühafizəsi və bərpası sahəsində əməkdaşlıq məsələləri də öz əksini tapmışdı.

Paylaş:
Baxılıb: 250 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Havada qaz qoxusu var

06 Dekabr 13:44

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sevilən sənətkar

06 Dekabr 11:49

Xəbər lenti

Xəbər lenti

Siyasət

İqtisadiyyat

Gündəm

O`Braynın səfəri...

06 Dekabr 10:40  

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31