"Bölgələrdəki turizm mərkəzləri müştəri cəlb etmək üçün bir-biri ilə rəqabət aparır"
05.03.2024 [14:31]
Havar Şəfiyeva
Hər il olduğu kimi bu il də Novruz bayramı ərəfəsində Azərbaycana müxtəlif ölkələrdən, eyni zamanda xaricdən gələn turist axınında artma müşahidə olunur.
Turizm üzrə ekspert Rəhman Quliyev "Yeni Azərbaycan"-a açıqlamasında bildirir ki, hər il mart ayı ərəfələrində bölgələrdə olan otellərdə sıxlıq müşahidə olunur: "Hər il olduğu kimi bu il də paytaxt sakinləri qarşıdan gələn Novruz bayramını qeyd etmək üçün turizm mərkəzlərinə üz tutmağı düşünürlər.
Onlar öz istirahətlərini maraqlı keçirmək üçün xüsusən bölgələrə üz tuturlar.
Bu gün bölgələrdə olan otellərdə sıxlığın müşahidə olunmasının əsas səbəbi tələbatın çox olmasıdır. Paytaxtdan əlavə digər böyük şəhərlərdən də Şimal bölgəsinə, Şəki, Qax, Zaqatala, Şamaxı və s. bölgələrə səyahətlər olunur. Bölgələrdə fəaliyyət göstərən istirahət mərkəzləri müştəriləri cəlb etmək üçün rəqabət apararaq bir-birindən rəngarəng şou proqramlar hazırlayırlar".
Ekspert bildirir ki, xüsusilə milli adət-ənənələrə uyğun olaraq bayram simvolları olan keçəl, kosa, yaz əhval-ruhiyyəsi yaradacaq səməni cücərdilib, tonqal qalanır. Onun sözlərinə görə son 10 ildə aparılan müşahidələr nəticəsində o da məlum olur ki, digər qurumlar da turizm sahəsinin inkişafı istiqamətində işlər aparır və otellərə tövsiyələr verirlər.
Aparılan müşahidələr göstərir ki, pandemiyadan sonra turizm sahəsində inkişaf artan templə davam edir.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev açıqlamasında bildirir ki, bayram günlərində otellərdə və istirahət mərkəzlərində müşahidə olunan sıxlıq, bütün dünya ölkələrində mövcuddur: "Sıxlıq müşahidə olunursa, deməli bu, tələbatın artması deməkdir. Bu sıxlığı bütün dünya ölkələrində müşahidə edirik. Təbii ki, buna bayram ərəfəsində daha çox rast gəlinir. Bunun əsas səbəbi xaricdə yaşayan vətəndaşların bayram günlərində ölkəmizə dönməsi və qonaqların üz tutmasıdır”.
Mütəxəssisin sözlərinə görə, bunu iqtisadi canlanma kimin qiymətləndirmək olar.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

