/ / “Amnesty İnternational” və “Human Rights Watch” hüquq pozuntularına, qeyri-qanuni fəaliyyətə haqq qazandırır
“Amnesty İnternational” və “Human Rights Watch” hüquq pozuntularına, qeyri-qanuni fəaliyyətə haqq qazandırır
07.08.2014 [09:47]
Ölkəmizdə insan və vətəndaş hüquqları hansısa qüvvələrin maraqları əsasında yox, milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur
Dünyanın müxtəlif ölkələrində insan və vətəndaşların hüquq və azadlıqları, demokratik dəyər və prinsiplərin qorunması səviyyəsi kimi fundamental məsələləri araşdırdığını iddia edən “Amnesty İnternational”, “Human Rights Watch” və bu kimi bir sıra təşkilatların qərəzli fəaliyyət göstərdikləri sirr deyil. Məhz bəhs olunan təşkilatların bu zamana qədərki bəyanatlarında əks olunan subyektiv və ədalətsiz çalarlar demokratik prinsiplərin kobudcasına heçə sayılması və ikili standartlar əsasında çıxış etmək deməkdir. Başqa sözlə, “Amnesty İnternational”, “Human Rights Watch” kimi təşkilatların hesabat və bəyanatları real məqamlar, faktlar əsasında deyil, konkret güclərin maraqlarına xidmət edən detallar əsasında hazırlanır.
Təəssüflə qeyd etmək lazımdır ki, bu cür qərəzli təşkilatların əsassız tənqid hədəfinə çevrilən ölkələr sırasında Azərbaycan da yer alır. Bu kontekstdə son olaraq “hüquq müdafiəçisi” adı altında çoxsaylı qeyri-qanuni əməllər törətmiş Rəsul Cəfərovun hüquqi məsuliyyətə cəlb edilməsi bu təşkilatlar tərəfindən tənqid obyektinə çevrilib. Hərçənd ki, bu şəxsin adı konkret cinayət əməllərində keçir və onun qanun qarşısında cavab verməsi hüququn tələbidir.
Görünən odur ki, özlərini “insan hüquqlarının müdafiəçisi” kimi səciyyələndirən bu təşkilatlar bu cür mövqe ilə hüquq pozuntularına, qeyri-qanuni fəaliyyətə haqq qazandırmış olurlar. Bu mövqe, eyni zamanda, həmin təşkilatların gerçək mahiyyətini və fəaliyyətinin əsasında hansı amillərin durduğunu göstərir.
“Amnesty İnternational”, “Human Rights Watch” kimi təşkilatlar nəzərə almalıdırlar ki, bu cür vasitələrlə Azərbaycana təzyiq etmək mümkün deyil.
Bu gün Azərbaycan hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunduğu, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin və müdafiə edildiyi, eyni zamanda, qanunların aliliyinin əks olunduğu avanqard ölkələr sırasında yer alır. Ölkəmizdə hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir, eləcə də qeydə alınmış qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində adekvat strukturlar tərəfindən müvafiq tədbirlər görülür.
Bundan başqa, Azərbaycanda hər bir şəxs qanun qarşısında bərabərdir və heç kəs əlahiddə hüquqlara malik deyil. Sözügedən beynəlxalq təşkilatlar məhz bunu nəzərə alaraq anlamalıdırlar ki, ölkəmizdə insan və vətəndaş hüquqları hansısa qüvvələrin maraqları əsasında yox, milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur. Başqa sözlə, Azərbaycan beynəlxalq miqyasda həm etibarlı tərəfdaş, həm də demokratik inkişaf tempinə malik olan ölkə kimi tanınır. Ölkəmizdə keçirilən bütün seçkilərdən sonra Qərbin aparıcı təsisatları Azərbaycanın demokratik inkişaf kursuna sadiq qaldığını əminliklə ifadə edirlər. Onu da vurğulamaq lazımdır ki, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiə olunması demokratikləşmə prosesinin effektivliyini təmin edir. Odur ki, bütün bunların fonunda Azərbaycan demokratik inkişaf yolunda qətiyyətlə irəliləyir.
Bütün hallarda, Azərbaycan öz inkişaf yolunda irəliləyir və təzyiq vasitələrinin bu cür neqativ cəhdləri heç bir nəticə verməyəcək. Həmçinin, bu cür manipulyasiyalarla ölkəmizdə ictimai rəyə neqativ təsir etmək mümkün deyil.
Bundan başqa, milli və ictimai maraqlara zidd fəaliyyət göstərən şəxslərin qeyri-qanuni fəaliyyətlərinin qarşısının alınması istiqamətində bundan sonra da müvafiq tədbirlər görüləcək. Azərbaycan dövləti qanunların və hüququn aliliyi prinsipi əsasında fəaliyyət göstərir və sosial statusundan, peşə mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında müəyyən vəzifə və öhdəliklərə malikdir. Hüquqi dövlətin vəzifəsi cəmiyyətin mənafelərini qanunlar əsasında qorumaqdır. Məhz qanunun işlədiyi cəmiyyətlərdə ictimai və dövlət mənafelərinə zərbə vurmağa çalışanlar layiq olduqları cəzanı alırlar.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

