Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Qırğızıstan Prezidenti türkdilli dövlətlərin ağsaqqallar şuralarının rəhbərlərini qəbul edib

Qırğızıstan Prezidenti türkdilli dövlətlərin ağsaqqallar şuralarının rəhbərlərini qəbul edib

29.10.2014 [10:05]

Qırğızıstan Prezidenti mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısı Almazbek Atambayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin Ağsaqqallar Şurasının 8-ci iclasında iştirak etmək üçün Bişkekə gələn türkdilli dövlətlərin ağsaqqallar şuralarının rəhbərlərini qəbul edib.
Görüşdə TDƏŞ-in baş katibi Ramil Həsənov, müavini Adaxan Madumarov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Türkiyə, Qazaxıstan, Qırğızıstan ağsaqqallar şuralarının sədrləri Metin Kılıç, Adil Əhmədov və Beksultan Jakiev iştirak ediblər.
Söhbət zamanı türk dünyası dövlətləri arasında mədəni-humanitar sahədə əməkdaşlığın müxtəlif aspektləri, TDƏŞ-in üzvü olan ölkələrin mədəni irsinin qorunması və inkişafı sahəsində gələcək fəaliyyət planı müzakirə olunub.
Görüşdə TDƏŞ-in Bişkekdə keçirilən yığıncağı haqqında ətraflı məlumat verilib, İssık-Kulda baş tutan birinci Dünya Köçəri Oyunlarının türkdilli dövlətlər arasında mədəni dialoqun inkişafında böyük rol oynadığı vurğulanıb.

Paylaş:
Baxılıb: 1073 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31