50 illik qadağa
02.06.2023 [10:42]
İran Ukraynanın sanksiyaları ilə üz-üzə
İrana qarşı sanksiyalar tətbiq edən ölkələrin coğrafiyası genişlənir. Bundan əvvəl İranın nüvə fəaliyyəti, uranı dərin zənginləşdirməsi ABŞ-ın və Avropa İttifaqının (Aİ) bu ölkəyə qarşı tətbiq etdikləri sanksiyaların siyahısının daha da böyüməsi ilə nəticələndi. Bu sanksiyalar əsas etibarı ilə İranın enerji məhsullarının dünya bazarlarına çıxarılmasını əngəlləyən qadağaları əhatə edir. Sanksiyalar, təbii ki, qonşu ölkə üçün mənfi nəticələrini verir. Ölkənin iqtisadi durumu ağırlaşıb, gəlirləri azalıb.
Belə bir şəraitdə İran daha bir ölkənin - Ukraynanın sanksiyalarına məruz qalıb.
Silah satışına görə cəza
Əvvəlcə Ukraynanın İrana münasibətdə radikal addım atmasının elan olunan səbəblərinə nəzər salaq. Ukrayna bir ildən artıqdır ki, Rusiya ilə müharibə vəziyyətindədir. Sonu görünməyən dağıdıcı müharibə ötən aylarda hər iki tərəfin böyük itkiləri ilə müşayiət olunub. Sanksiyaların tətbiqini şərtləndirən amillərin də məhz müharibə ilə bağlı olduğu bildirilir. Ukrayna tərəfi İranın onun rəqibinə - Rusiyaya hərbi texnika satdığı barədə sübutlar ortaya qoyub. Şiddətli döyüşlərin getdiyi Ukrayna səmasında indiyədək onlarla İran istehsalı olan “Şahid-136” pilotsuz uçuş aparatlarının vurulduğuna dair məlumatlar yayılıb. Ukrayna tərəfinin iddialarına görə İran təkcə ötən il Rusiyaya 100-dən çox bu tip PUA tədarük edib. Məlumat üçün bildirək ki, “Şahid-136”-ların texniki parametrləri elə də yüksək deyil. Onların minimal dəyəri 20 min ABŞ dolları ətrafındadır. Bu PUA-lar 2,5 km-ə qədər uzaqlığa atəş aça bilirlər. Maksimum 4 km hündürlüyə qalxa bilən “Şahid-136”-nın uzunluğu 3,5 m, ümumi çəkisi isə 200 kq-dır. Müqayisə üçün xatırladaq ki, Türkiyə istehsalı olan “Bayraktar” aparatlarının uzunluğu 6,5 metrdir. Üstəlik, Türkiyə istehsalı olan bu PUA-lar 12 km hündürlükdə 24 saat ərzində uçmaq xüsusiyyətinə malikdirlər.
PUA-ların tədarükü İranla Rusiya arasında hərbi əməkdaşlığın yeganə istiqaməti deyil. “Asia Times Online”nın məlumatına görə, 2022-ci ilin avqustunda İran Rusiyanın Baykonur kosmodromunda “Soyuz” raketindən istifadə edərək “Xəyyam” peykini kosmosa göndərib. İran mənbələri bildirir ki, bu peyk “kənd təsərrüfatına sərhəd nəzarəti, icazəsiz tikinti, meşələrin qırılması və ekoloji təhlükələr kimi torpaqdan istifadə dəyişikliklərinin monitorinqi və “faydalı qazıntı yataqlarının kəşfiyyatı” üçün istifadə edilir. Lakin ekspertlərin qənaətinə görə peykdən, həmçinin Ukrayna hərbi qruplaşmalarının və silah sistemlərinin kəşfiyyatı üçün də istifadə oluna bilər. Bundan başqa, İran Rusiya ilə Tehranın Yaxın Şərqdə kosmosda casusluq imkanlarını əhəmiyyətli dərəcədə artıracaq “yüksək ayırdetmə kameraları”na malik “Kanopus-V” peykinin alınması üçün danışıqlar aparır. ABŞ kəşfiyyatının məlumatlarına əsasən, bu ölkə həmçinin özünün nüvə fəaliyyətini Rusiya ilə əməkdaşlıq sayəsində genişləndirmək niyyətindədir.
Bütün bu kimi faktlar da Ukraynanı İrana qarşı sanksiyalara əl atmağa sövq edib. Xatırladaq ki, Ukrayna rəsmiləri hələ xeyli müddət bundan əvvəl İranın müharibə tərəfi olan Rusiyaya silah tədarükünü dayandırmasına çağırışlar etmişdi. İran bu cağırışları eşitmədi. İlk mərhələdə qonşu ölkə Rusiyaya hərbi texnika satdığını inkar edir və bunu təsdiqləyəcək sübutlar istəyirdi. Sonradan Ukrayna səmasında vurulan PUA-ların qalıqları sübut kimi təqdim olunsa da, İran Ukraynanın xəbərdarlıqlarına məhəl qoymamaqda davam etdi. Təbii ki, qonşu ölkə müharibənin digər tərəfinə silah tədarükünü maddi maraqları müqabilində həyata keçirir. Qeyd etdiyimiz kimi, kollektiv Qərbdən gələn sanksiyalar İranın maliyyə mənbələrini böyük dərəcədə qapayıb. Bu ölkə ən zəruri xərclərini qarşılamaqda belə çətinlik çəkir. Elə bu səbəbdən də sanksiyalar altında olan Rusiya ilə silah sövdələşmələrinə məmnuniyyətlə razılıq verir.
50 ili əhatə edəcək qadağalar
Ukraynanın İrana qarşı nəzərdə tutduğu sanksiyalar bu ölkənin Ali Radasında təsdiqlənib. Sanksiyalar 50 illik dövrü əhatə edəcək. Bu barədə Ukrayna və İran mətbuatında məlumatlar verilib. Sanksiyaların tətbiqi Ali Radada səsə qoyulub və təklifi 328 deputat dəstəkləyib.
Sanksiya paketinin aşağıdakı mühüm istiqamətləri əhatə etdiyi bildirilir:
-İran mallarının Ukrayna ərazisindən daşınması məhdudlaşdırılır.
-İranın Ukraynanın hava məkanından istifadəsi qadağan olunur.
-Ukraynanın İranla ticarəti tamamilə dayandırılacaq.
-Rəsmi Kiyev Ukrayna vətəndaşlarının İrana investisiya yatırmasını qadağan edir.
-Ukrayna Mərkəzi Bankının İranla əməkdaşlıq etməsinə qadağa qoyulub və s. Ali Radanın bəyanatında qeyd edilib: “Ukraynanın İrana qarşı sanksiyalarını ehtiva edən bu qanun layihəsi bütün sivil dünyanın İranın tam təcrid olunması istiqmətindəki hərəkətləri ilə kordinasiya təşkil edir”.
Qeyd edək ki, İrana qarşı 50 il müddətinə sanksiyaların tətbiqi təşəbbüsü Prezident Volodimir Zelenskidən gəlib. O, bu təşəbbüsü mayın 28-də səsləndirmişdi.
Sanksiyalar İrana və Ukraynaya hansı təsirləri göstərəcək?
Sanksiyaların tətbiqi ilk növbədə Ukrayna ilə İran arasında siyasi münasibətlərdə geridönüş anlamına gəlir. Bundan daha çox uduzan İran olacaq. Hazırda Ukrayna ətrafında ABŞ-dan və Aİ-nin aparıcı dövlətlərindən ibarət geniş koalisiya formalaşıb. Bu ölkə əksər beynəlxalq təşkilatlar, o cümlıədən də BMT və NATO tərəfindən dəstəklənir. Bütün bunlara istinadən demək mümkündür ki, Ukraynanın beynəlxalq imici müsbətdir və bu ölkə əlaqələr qurmaqda hər hansı bir məhdudiyyətlə üzləşmir.
Eyni sözləri İran barəsində söyləmək mümkün deyil. Mühafizəkar siyasəti, terrora dəstək verməsi, daxildə insan hüquq və azadlıqlarına qarşı fəaliyyətlər sərgiləməsi beynəlxalq miqyasda bu ölkənin imicini ciddi şəkildə zədələyib. Xoş olmayan qonşuluq siyasəti İranın region dövlətləri ilə də münasibətlərini korlayıb. Belə bir şəraitdə daha bir ölkə ilə münasibətlərin gərginləşməsi İran üçün zərbə kimi dəyərləndirilə bilər.
Təhlillər apardıqda sanksiyaların mənfi iqtisadi təsirlərinin də İran üçün daha ağır olacağı qənaətini ifadə etmək mümkündür. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 723,7 milyon ABŞ dolları təşkil edib. Bunun 624,9 milyon dollarını İranın, cəmi 98,8 milyon dollarını isə Ukraynanın qarşı tərəfə ixracı təşkil edib. Ticarət balansındakı müsbət saldo İrana məxsus olsa da, sanksiyalara görə məhz bu ölkə daha çox itirəcək. Çünki bundan əvvəl Qərbdən gələn sanksiyalar səbəbindən İranın ixrac coğrafiyası əhəmiyyətli dərəcədə kiçilib. Ukrayna ilə münasibətlərin pozulması bu ölkə üçün növbəti məhdudiyyətdir.
Eyni zamanda, İranın Avropa ölkələrində dondurulmuş aktivlərinin Ukraynanın bərpasına yönəldilməsi ehtimalları da müəyyən dairələrdə müzakirə predmetinə çevrilib. Bu ölkənin Rusiyaya satdığı silahlar Ukraynaya qarşı istifadə olunub. Həmin silahların tətbiqi döyüşlərin getdiyi bölgələrdə dağıntılarla sonuclanıb. Mütəxəssislər dağıntılara görə İranın da məsuliyyət daşıdığını bildirirlər. İran bunun əvəzini ödəməlidir. Ukrayna İranın Avropada dondurulmuş aktivlərini dağıdılmış infrastrukturunun bərpasına yönəldilməsi iddiaları irəli sürə bilər. Bu iddialların təmin olunması isə qonşu ölkəyə növbəti ağır zərbə olacaq.
Ukraynaya gəldikdə isə İranla münasibətlərin məhdudlaşması bu ölkə üçün ciddi itki sayıla bilməz. Hazırda Ukraynanın təchizatı, müharibədə dağılmış iqtisadiyyatının bərpası, infrastrukturun yenidən qurulması beynəlxalq birliyin, donor təşkilatlarının gündəliyində dayanır. Belə dəstək fonunda İranla 723,7 milyon dollarlıq ticarət dövriyyəsi bu ölkə üçün böyük önəm daşımır.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
28 Sentyabr 17:23

Xəbər lenti
28 Sentyabr 17:20

Xəbər lenti
28 Sentyabr 17:14

Xəbər lenti
28 Sentyabr 16:25

Xəbər lenti
28 Sentyabr 16:22

Xəbər lenti
28 Sentyabr 16:16

İdman
28 Sentyabr 15:43

Xəbər lenti
28 Sentyabr 15:23

Dünya
28 Sentyabr 15:00

Xəbər lenti
28 Sentyabr 14:46

Xəbər lenti
28 Sentyabr 14:24

Xəbər lenti
28 Sentyabr 14:17

Xəbər lenti
28 Sentyabr 14:15

Xəbər lenti
28 Sentyabr 14:01

İdman
28 Sentyabr 13:58

Xəbər lenti
28 Sentyabr 13:52

Xəbər lenti
28 Sentyabr 13:31

Xəbər lenti
28 Sentyabr 13:21

Xəbər lenti
28 Sentyabr 13:11

Xəbər lenti
28 Sentyabr 13:08

Xəbər lenti
28 Sentyabr 12:58

Xəbər lenti
28 Sentyabr 12:56

Xəbər lenti
28 Sentyabr 12:53

Xəbər lenti
28 Sentyabr 12:52

Xəbər lenti
28 Sentyabr 12:50

Xəbər lenti
28 Sentyabr 12:35

Xəbər lenti
28 Sentyabr 12:33

Mədəniyyət
28 Sentyabr 12:28

İqtisadiyyat
28 Sentyabr 12:20

Xəbər lenti
28 Sentyabr 12:16

Xəbər lenti
28 Sentyabr 12:14

Mədəniyyət
28 Sentyabr 12:11

Siyasət
28 Sentyabr 12:05

Xəbər lenti
28 Sentyabr 12:04

Xəbər lenti
28 Sentyabr 11:57

Sosial
28 Sentyabr 11:54

Xəbər lenti
28 Sentyabr 11:41

Siyasət
28 Sentyabr 11:38

Xəbər lenti
28 Sentyabr 11:32

Xəbər lenti
28 Sentyabr 11:27

MEDİA
28 Sentyabr 11:20

Xəbər lenti
28 Sentyabr 11:15

Sosial
28 Sentyabr 11:10

Xəbər lenti
28 Sentyabr 11:02

Xəbər lenti
28 Sentyabr 10:58

Analitik
28 Sentyabr 10:55

Xəbər lenti
28 Sentyabr 10:50

Xəbər lenti
28 Sentyabr 10:44

Siyasət
28 Sentyabr 10:40

Xəbər lenti
28 Sentyabr 10:33

Xəbər lenti
28 Sentyabr 10:32

Xəbər lenti
28 Sentyabr 10:31

İqtisadiyyat
28 Sentyabr 10:30

Siyasət
28 Sentyabr 10:20

Gündəm
28 Sentyabr 10:10

Siyasət
28 Sentyabr 10:00

Xəbər lenti
28 Sentyabr 09:54

Xəbər lenti
28 Sentyabr 09:38

Xəbər lenti
27 Sentyabr 23:00

Xəbər lenti
27 Sentyabr 21:25

Xəbər lenti
27 Sentyabr 19:00

Xəbər lenti
27 Sentyabr 18:35

Siyasət
27 Sentyabr 18:04

Xəbər lenti
27 Sentyabr 17:25

Xəbər lenti
27 Sentyabr 16:46

Xəbər lenti
27 Sentyabr 16:34

Xəbər lenti
27 Sentyabr 16:08

Dünya
27 Sentyabr 16:05

Xəbər lenti
27 Sentyabr 15:21

Xəbər lenti
27 Sentyabr 15:13
