Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Aİ Bosniya və Herseqovinanın ittifaqa üzvlüyü üçün müzakirələrə başlayıb

Aİ Bosniya və Herseqovinanın ittifaqa üzvlüyü üçün müzakirələrə başlayıb

22.03.2024 [12:46]

Avropa İttifaqı (Aİ) Bosniya və Herseqovinanın ittifaqa üzvlüyü ilə bağlı müzakirələrə başlanılması barədə qərar qəbul edib.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib.

“Sizin yeriniz Avropa ailəmizdədir. Bu qərar Aİ-yə inteqrasiya yolunda irəliyə doğru atılan mühüm addımdır. Xalqın istədiyi kimi, Bosniya və Herseqovinanın stabil tərəqqisi üçün gərgin iş davam etməlidir”, - deyə Şarl Mişel bildirib.

Qeyd edək ki, Avropa İttifaqına üzv olmaq Bosniya və Herseqovinanın əsas xarici siyasət hədəflərindən biridir. 2016-cı ildə ittifaqa qoşulmaq üçün rəsmi müraciət edən Bosniya və Herseqovina 2022-ci il dekabrın 15-də Aİ-yə üzvlükdə namizəd ölkə statusu alıb.

Avropa Komissiyası bu il martın 12-də Bosniya və Herseqovina ilə üzvlük danışıqlarına başlanmasını tövsiyə edib.

Paylaş:
Baxılıb: 185 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Siyasət

Yeni faktlar...

10 Aprel 10:51

Siyasət

Siyasət

Gündəm

İlk dəfədir ki...

10 Aprel 09:55

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30