Heydər Əliyev
yeni azerbaycan logo

Ciddi mesajlar

03.05.2024 [15:45]

Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş nitq söyləyərək bildirmişdir ki, 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb.

Ölkəmizin başçısı cənab İlham Əliyev Azərbaycanın çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan ölkə kimi ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruduğunu və inkişaf etdiridiyini qeyd edərək bildirib ki, bu gün inkişafımızın şərtlərindən biri də budur.

Multikulturalizmin Azərbaycan vətəndaşları üçün abstrakt məfhum olmadığını bildirən cənab Prezident bunun hər bir vətəndaşın həyat tərzi olduğunu, münaqişələr, toqquşmalar vaxtında belə qorunduğunu  diqqətə çatdırmışdır.

Azərbaycanın dövlət kimi çoxtərəfliliyə sadiq olduğunu bildirən cənab Prezident İlham Əliyev xüsusi olaraq vurğulayıb ki, “Biz çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər təşviq etmişik.” Vacib təməl dəyərlərinin məhz suverenlik, ölkələrin ərazi bütövlüyü, daxili işlərə qarışmamaq olduğu Qoşulmama Hərəkatının təsisatlanması seqmentinin gücləndirilməsinə çalışan Azərbaycan tərəfindən  qadınların və gənclərin təşkilatları təsis edilmiş və geniş şəbəkə yaradılmışdır.

Cənab İlham Əliyev nitqində bir məsələyə - yeni müstəmləkəçilik məsələsinə xüsusi diqqət ayıraraq bildirdi ki, bu gün demokratiyadan, azadlıqdan, insan haqlarından danışan bəzi Avropa ölkələri müstəmləkəçiliyi daha yeni üsulla həyata keçirməyə cəhd göstərirlər. Azərbaycan bir dövlət olaraq bütün beynəlxalq təsisatlarda bu prosesə qarşı etirazını bildirib və bildirəcəkdir.

Dünyanın  məcburi assimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinə göz yummamalı olduğunu xatırladan cənab Prezident Fransanın dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiyasiya cəhdlərn diqqətə çatdıraraq bunun qəbuledilməz olduğunu bildirmişdir.

         Təəssüf ki, bu gün bəzi Avropa təsisatları Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etməyə çalışırlar.  Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları yenə də davam edir.  Amma bu zaman heç kimdən səs çıxmır. Bu da ilk növbədə ikili standartların olmasının əyani sübutudur.

Tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə münasibətlər, eyni zamanda, coğrafi baxımdan Qərb ilə Şərq arasında yerləşməyimiz sayəsində çox işlər görə biləcəyimizi xatırladan dövlətimizin başçısı deyib: “Maliyyə COP29-un əsas mövzusu olacaq. Amma bizə həmrəylik və qarşılıqlı etimad lazımdır”.

Cənab İlham Əliyev ölkəmizin öz ərazi bütövlüyünü bərpa etdikdən sonra yaranmış vəziyyətə toxunaraq bildirmişdir ki, öz məqsədini güdən bir sıra şəxslərin və dövlətlərin iştirakı olmadan Ermənistanla sülhə doğru ciddi addımlar atılmışdır. Bu onu göstərir ki, bizə vasitəçi lazım deyil və sülhə məhz özümüz nail ola bilərik.

Ölkə başçısının ciddi mesajları Azərbaycana qarşı müxtəlif siyasi spekulyasiya edənlərə tutarlı cavab oldu.

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 134 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31