Yaşıl dünyaya doğru atılan konkret addımlar ən vacib miras olacaq
31.05.2024 [11:43]
Prezident İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibədə bir sıra önəmli məqamlar diqqət çəkir. Qarabağ problemini kökündən həll edən Azərbaycan hazırda dünyanın ən sabit ölkələrindən biridir. Bunun nəticəsidir ki, Azərbaycana intensiv şəkildə xarici dövlət rəhbərlərinin, şirkət nümayəndələrinin səfərləri olur, birgə müqavilələr imzalanır, gələcəyə hesablanan layihələrin əsası qoyulur. Eyni zamanda Azərbaycan daha böyük tədbirlərə ev sahibliyi etməyə hazırlaşır. Onlardan biri də yaxın gələcəkdə baş tutacaq olan COP29-dur. Qeyd edilib ki, ölkəmiz bu toplantıda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyir. Azərbaycanın Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəsi vardır. Ölkəmiz dörd il ərzində BMT-dən sonra üzv sayına görə ikinci olan bu təşkilata sədrlik edib və bu müddət ərzində böyük tərəqqiyə nail olub. Bu gün Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə də fəal işləyir və əlaqələri genişləndirir. Artıq İttifaqa üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalanaraq qəbul edilib. Qlobal iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün bu prosesdə birlikdə və yaxından iştirak edilməli, həmrəylik, ortaq məsuliyyət gücləndirilməli və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlıq azaldılmalıdır. Bu istiqamətdə fərqli ideyalar və fikirlər mövcuddur, onların müzakirəsi vacibdir. Prezident İlham Əliyev bildirib ki, “hər bir ölkə maliyyə imkanlarından və gündəmindən asılı olaraq üzərinə düşən vəzifəni yerinə yetirməlidir”. Müsahibədə qeyd edilib ki, ötən il BƏƏ-də keçirilən COP28-də qazıntı yanacağı ideyası üstünlük təşkil edirdi. Bununla bağlı cənab Prezident bildirib ki, “Biz məhz buna nail olmağa çalışırıq. Konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə edin. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, həmçinin bir məsələni da anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin ayrılmaz hissəsidir və biz uğur qazanacağıq”.
Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki: “Əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu ən vacib miras olacaq. Eyni zamanda, bildiyiniz kimi, COP üçün yenilik olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir”. Vurğulanıb ki, hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Bu gün bir sıra hallarda nefti olmayan ölkələr nefti olan ölkələri ittiham edirlər və bu yolverilməzdir. Hamı qarşılıqlı səylər və həmrəylik göstərməli, bir-birini günahlandırmağı dayandırmalıdır. Eyni zamanda, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Prezident İlham Əliyevin müsahibədə qeyd etdiyi kimi “Beləliklə, bu, diplomatiyadır, siyasətdir, maliyyədir və əlbəttə ki, ev sahibi ölkəsi kimi biz bunun üçün bir platforma yarada bilərik”.
Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon Təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

