Milli Qurtuluş Günü - Azərbaycanın taleyini dəyişən zəfər tarixi
12.06.2024 [12:15]
12 iyun 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş günü münasibətilə “Milli Qurtuluş Günü - Azərbaycanın taleyini dəyişən zəfər tarixi” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, qazilər, Ərazi Partiya Təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər-çiçəklər düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra tədbir YAP Ağstafa rayon təşkilatının inzibati binasında davam etdirilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ömür yolu Vətənə xidmətin, sədaqətin parlaq nümunəsidir. Canından çox sevdiyi Azərbaycan üçün, onun gələcəyi üçün çalışan bu görkəmli ictimai-siyasi xadim sözün əsl mənasında bu günkü qüdrətli Azərbaycanın memarıdır. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Tanrı bizə Heydər Əliyev kimi fenomen şəxsiyyəti iki dəfə köməyimizə - hakimiyyətə göndərmişdir. 1969-cu ildə və 1993-cü ildə. Heydər Əliyevin hakimiyyətə qayıdış missiyası dövlətin, xalqın xilaskarlıq missiyası idi. Dünya tarixində çox az sayda dövlət başçısı olub ki, xalq çətinliklə üzləşəndə, dövlət məhv olmaq təhlükəsi ilə üz-üzə qalanda çəkinmədən meydana atılır, ağırlığı öz çiyinlərinə götürür. Vəzifəsini sonadək şərəflə və ləyaqətlə yerinə yetirir. Belə nadir rəhbərlərə Xilaskar deyilir. Artıq 31 ildir ki, biz 15 iyun Milli Qurtuluş gününü qeyd edirik. Ötən müddət ərzində Azərbaycan böyük inkişaf yolu keçərək, bir zamanlar siyasi xəritədən silinmək təhlükəsi ilə üz-üzə qalan ölkədən, hazırda, bölgədə yeni reallıqlar yaradan, dünyaya yeni layihələrlə, yeni təşəbbüslərlə töhfə verən güclü, nüfuzlu bir ölkəyə çevrilmişdir. Ümummilli Lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır.
Daha sonra tədbirdə çıxış edən digər natiqlər – “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının fəal üzvü Günay Qədiməliyeva, Vurğun qəsəbə tam orta məktəbin tarix müəllimi Nizami Alıyev, Tatlı kənd tam orta məktəbin psixoloqu Aidə Əmiraslanova və Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşı Kifayət Əliisgəndərova Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıblar, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorumasından bəhs ediblər.
Sonda YAP Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxslər Fəxri Fərmanlar ilə təltif ediliblər.
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02

