“Azərbaycanın Şanlı Dövlətçilik tarixinə qızıl hərflərlə yazılan gün”
12.06.2024 [16:47]
2024-cü il iyunun 12-də YAP Qazax rayon təşkilatının və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycanın Şanlı Dövlətçilik tarixinə qızıl hərflərlə yazılan gün” mövzusunda tədbiri keçirildi.
Tədbir Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələrinin qoyulması ilə başlandı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Rayon İcra Hakimiyyətinin başçısı Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyasından, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, müstəqil Azərbaycanımızın xoş - firavan gələcəyi naminə həyata keçirdiyi möhtəşəm layihələrdən, bu gün Ulu Heydər Əliyev ideyalarının, onun siyasi kursunun Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında əzmlə, uğurla davam etdirilməsindən də geniş bəhs etdi.
Rayon İcra Hakimiyyətinin başçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı Qazax rayonunun dörd kəndinin - Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana geri qaytarılması münasibətilə də tədbir iştirakçılarını təbrik etdi və bunu dövlətimizin növbəti uğuru, zəfəri kimi qiymətləndirdi.
Tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev tədbir iştirakçılarını salamladı və tədbirin mahiyyətindən, əhəmiyyətindən geniş söz açdı. Rayon təşkilatının sədri Ulu Öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğundakı müstəsna xidmətlərindən ətraflı danışdı. Rayon təşkilatının sədri qeyd etdi ki, Dahi Rəhbərin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf dövrü kimi şanlı dövlətçilik tariximizə qızıl hərflərlə yazılmışdır. Natiq vurğuladı ki, xalqımızın Böyük Xilaskarı, Dahi Şəxsiyyət Heydər Əliyev cismən aramızda olmasa da, xoşbəxtliyimiz ondadır ki, onun ideyaları, ilahi arzuları Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında günbəgün, zaman - zaman həyata keçir, müstəqil Azərbaycanımız hər gün yeni bir uğura, nailiyyətə, qələbəyə imza atır. Sonda rayon təşkilatının sədri rayonun 4 kəndinin Azərbaycana geri qaytarılması münasibətilə tədbir iştirakçılarını təbrik etdi və Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında ölkəmizin gələcəkdə də yeni-yeni uğurlara, qələbələrə imza atacağına böyük əminliyini bildirdi.
Tədbirdə BDU Qazax filialının direktoru Arif Rüstəmov, Q.Hacımahmudova adına ümumtəhsil orta məktəb ərazi partiya təşkilatının sədr müavini Çiçək Sanıyeva, BDU Qazax filialının müəllimi Mübariz Süleymanov, Qazax Dövlət Sosial İqtisadi Kollecinin müəllimi Mətanət Kazımova, partiya veteranı Gülnaz Alişanova, çıxış edərək Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, misilsiz xidmətlərindən ətraflı bəhs etdilər. Natiqlər Ulu Öndərin əziz xatirəsinin heç zaman unudulmayacağını, müdrik xalqımızın qəlbində əbədi yaşayacağını bildirdilər və Dahi Rəhbərə rəhmət dilədilər. Partiya veteranı, şair Cavanşir Rüstəm Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlərini səsləndirdi.
Sonda 2 saylı tam orta məktəbin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər və müxtəlif ədəbi – bədii kompozisiya ilə çıxış etdilər.
YAP sıralarına yeni qəbul olunmuş gənc partiya üzvlərinə partiya üzvlük vəsiqələri təqdim edildi.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

