“Azərbaycanın gələcəyi uğrunda gənclərin rolu”
09.10.2012 [01:35]
Oktyabrın 6-da Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatında partiyanın yaranmasının 20 illiyi münasibətilə “Azərbaycanın gələcəyi uğrunda gənclərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva partiyanın yaranma tarixinə və inkişaf yoluna nəzər salıb. Milli Məclisin üzvü bildirib ki, YAP bu gün nəinki Azərbaycanın, eləcə də, Cənubi Qafqaz regionunun ən böyük siyasi təşkilatıdır. Sədaqət Vəliyeva YAP-ın ən nüfuzlu siyasi qüvvəyə çevrilməsində Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb: “Xalqımızın dahi oğlu Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirilib və bir neçə aydan sonra bu siyasi qurum ilk böyük uğurunu qazanıb, YAP-ın Sədri ölkə Prezidenti seçilib”.
Sədaqət Vəliyeva, həmçinin, əlavə edib ki, 1993-cü il sentyabrın 11-də təsis edilmiş YAP Nizami rayon təşkilatı bu gün sıralarında 9 minə yaxın üzvü birləşdirir.
O, vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin siyasi xətti bu gün partiyanın Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Bu gün Azərbaycan öz iqtisadi inkişaf sürətinə görə dünyanın qabaqcıl ölkələrindən biridir”.
Çıxışında radikal müxalifətin ölkəmizdə sabitliyi pozmağa cəhd göstərdiyini də deyən Sədaqət Vəliyeva həmin qüvvələrin, hər zaman olduğu kimi, yenidən uğursuzluğa düçar olacaqlarını bildirib: “Bəzi xarici qərəzli dairələrin iş icraçısına çevirilmiş radikal müxalifət siyasətdən uzaq, sadəlövh gəncləri dövlətə qarşı ittihamlarla, gənc təbəqənin diqqətini cəlb edəcək yalan məlumatlarla öz sıralarına qatmaq istəyir. Lakin Azərbaycanın sağlam düşüncəli gəncləri çoxluq təşkil edir və həmin gənclər ölkənin bugünkü sosial-iqtisadi durumundan, artmaqda davam edən inkişaf səviyyəsindən, əldə edilən uğur və nailiyyətlərdən məmnundurlar. Azərbaycanın hər yerində olduğu kimi, Nizami gəncləri də Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi, beynəlxalq sferada nüfuzunun artırılması, respublikanın ərazi bütövlüyünün bərpa olunması naminə həyata keçirdiyi siyasəti dəstəkləyir və radikal müxalifətin əməllərini birmənalı şəkildə pisləyirlər”.
Çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva bildirib ki, YAP-ın ölkəmizin ictimai-siyasi həyatında roluna uyğun olaraq partiyanın Gənclər Birliyi hər zaman fəallıq nümayiş etdirir, qarşıya qoyulan vəzifələri yerinə yetirir: “Son illər partiyamızın Gənclər Birliyi fəaliyyətində yeniliklər həyata keçirir, yeni layihələrlə çıxış edir, gənclərlə fəal iş aparır. Eyni zamanda, beynəlxalq əlaqələrimizi də gücləndiririk. Yəni, istər ölkə sərhədlərindən kənarda, xarici ölkələrdə fəaliyyət göstərən siyasi partiyaların gənclər qurumları ilə əlaqələrin genişləndirilməsi, istərsə də daxildə bir sıra layihələrin uğurla həyata keçirilməsi bizim gördüyümüz işlərin keyfiyyətindən xəbər verir”.
Samirə Quliyeva diqqətə çatdırıb ki, Azərbaycanın ictimai-siyasi həyatında mühüm rola malik olan YAP hər zaman dövlətimizin inkişafı ilə bağlı məsələlərdə fəallığı ilə seçilib. Bu mənada YAP Gənclər Birliyinin üzvləri də hər zaman milli maraqlarımızın qorunması, inkişaf etdirilməsi işində fəallıq nümayiş etdirirlər.
YAP Nizami rayon təşkilatının Gənclər Birliyinin sədri Əli Pənahov isə vurğulayıb ki, Azərbaycanda gənclərə diqqət və qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Bildiyiniz kimi, 2007-ci il Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “Gənclər ili” elan edildi. Azərbaycan dövləti gənclər siyasətində normativ hüquqi aktların hazırlanması, gənclərin cəmiyyətdə özünü təsdiq etməsi məsələlərində MDB məkanında xüsusilə fərqlənir, bu prosesdə öndə gedən ölkə kimi özünü sübut edib. Təbii ki, əhalisinin böyük əksəriyyəti gənclər olan, demoqrafik problemi olmayan bir ölkədə gənclərə belə yüksək münasibətin göstərilməsi bizlərin üzərinə böyük məsuliyyət qoyur”.
Tədbirdə çıxış edənlər bildiriblər ki, YAP yarandığı gündən bəri keçirilmiş bütün seçkilərdə qələbə qazanıb. YAP cəmiyyətin ən mütərəqqi partiyasıdır. Ətrafında ziyalı təbəqəsini birləşdirən partiya Prezident İlham Əliyevin Sədrliyi ilə son illər daha böyük uğurlar qazanıb.
Sonda YAP Nizami rayon təşkilatının sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 23:49
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54

