Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / “Yaşatmağa tələs, dost!!!”

“Yaşatmağa tələs, dost!!!”

12.10.2012 [11:38]

YAP Gənclər Birliyinin təşəbbüsü ilə bu şüar altında qanvermə aksiyası keçirilib
Azərbaycanın ən böyük gənclər təşkilatı olan YAP Gənclər Birliyi mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Bu layihələr həm partiya sıralarında olan, həm də digər gənclər üçün öz əhəmiyyəti ilə seçilir. YAP Gənclər Birliyinin keçirdiyi aksiyalar sırasında xeyriyyəçilik tədbirləri xüsusi önəm kəsb edir. Növbəti belə bir tədbir isə dünən “Yaşatmağa tələs, dost!!!” şüarı altında B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankında keçirilib. Burada YAP Gənclər Birliyinin təşkilatçılığı ilə yüzlərlə gənc qan verib.
YAP Gənclər Birliyinin mərkəzi ofisinin rəhbəri Sərraf Hüseynov bildirib ki, qanvermə aksiyasını keçirməkdə məqsəd ölkəmizdə irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara qan yardımı etməkdən ibarətdir. Onun sözlərinə görə, bu haqda sosial şəbəkələrdə, KİV-lərdə gənclərə çağırışlar edilib və nəticədə qanvermə aksiyasına YAP üzvləri ilə yanaşı, heç bir siyasi partiyada təmsil olunmayan gənclər də qoşulub. “Hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlar var ki, onlara xeyirxahlıq əlimizi uzatmaqdan ötrü belə bir aksiya keçirmək qərarına gəldik. Aksiyaya 10 gün müddətində başladıq. Burada toplanılan qan xəstə insanların şəfası üçün istifadə olunacaq” - deyə, S.Hüseynov qeyd edib.
Qanvermə aksiyasına YAP İcra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzovla Mübariz Qurbanlı və partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı da qoşulub. “Partiyamızın gənclərinin qanvermə aksiyası ilə bağlı təşəbbüsü çox təqdirəlayiqdir. Biz də bu təşəbbüsə qoşuluruq və bunu alqışlayırıq”. Bu fikirləri YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, gənclərin təşəbbüsü irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara, o cümlədən, uşaqlara böyük yardım edəcək. “YAP və onun Gənclər Birliyi bu cür təşəbbüslərlə mütəmadi olaraq çıxış edir. İnanıram ki, belə aksiyalar davamlı olacaq” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da partiyanın Gənclər Birliyinin təşəbbüsünü yüksək qiymətləndirib: “Hər il partiyamızın yüzlərlə gənc üzvü belə bir kampaniyada iştirak edir. Bu tədbirlər davamlı olacaq. Mən də qan verirəm və gənclərimizin belə bir təşəbbüsü bir çox insanlar üçün faydalı olacaq”.
“YAP Gənclər Birliyinin bu təşəbbüsü xeyirxah və nəcib əməldir. Hesab edirəm ki, hər kəs bu aksiyaya qoşulmalıdır. Ölkəmizin hər bir sağlam vətəndaşı çalışmalıdır ki, il ərzində heç olmasa bir xəstəyə də olsa, öz qanından versin. Qanından qan vermək, canından can vermək kimidir. İnsan kiməsə kömək edirsə, bu böyük addımdır. Gənclərimizə halal olsun. Əminəm ki, bu cür xeyirxah aksiyalar davam edəcək”. Bu fikirləri isə YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı deyib.
Aksiyada iştirak edən gənclər də bu kampaniyaya könüllü qoşulduqlarını bildiriblər. Məsələn, Nurlan Axundov adlı gənc həmişə belə təşəbbüsləri dəstəklədiyini və onun iştirakçısı olduğunu deyir: “Mən belə bir aksiyada iştirak etməyi özümə vətəndaşlıq borcu hesab edirəm”.
Digər bir gənc Elnur Əzimov qeyd edib ki, YAP daim insanlara xidmət edən aksiyalar həyata keçirir: “Biz gənclər də bu cür humanist aksiyalarda iştirak etməyi vacib sayırıq”.
YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva da bildirib ki, bu cür aksiyaların keçirilməsi qana ehtiyacı olanlara böyük köməkdir. Ölkəmizdə qan xəstəliklərindən əziyyət çəkənlər üçün mühüm tədbirlərin həyata keçirildiyini deyən S.Quliyeva bu istiqamətdə YAP-ın keçirdiyi aksiyaların əhəmiyyətli olduğunu vurğulayıb: “Bu, çox xeyirxah missiyadır. Belə missiyalar gələcəkdə də davam edəcək”.
“Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqla bir olub və xoş, eyni zamanda kədərli günlərdə də daim onunla eyni addımlayıb. Partiyamızın Gənclər Birliyi də böyüklərdən örnək götürürək bu ənənələri davam etdirir. Gənclərin təşəbbüsü ilə mütəmadi olaraq humanitar aksiyalar keçirilməsi buna sübutdur. Bu gün YAP Gənclər Birliyinin təşəbbüsü ilə keçirilən qanvermə aksiyası da buna sübutdur”. Bu fikirləri yap.org.az saytına YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva deyib. A.Əliyeva bildirib ki, YAP Gənclər Birliyi ötən dövr ərzində, xüsusilə Yeni il, Ramazan, Qurban, Novruz bayramları münasibətilə bu tipli tədbirlər keçirib. Onun sözlərinə görə, bugünkü qanvermə aksiyası da “Yaşatmağa tələs, dost!!!” şüarı altında keçirilib və bu aksiyaya gənclər kütləvi şəkildə qoşulublar. “Bir neçə gün öncə Gənclər Birliyi tərəfindən sosial şəbəkələrdə, KİV-lərdə bu aksiya ilə bağlı çağırışlar edilmişdi. Bu çağırışa güclü dəstək gəldi və biz gözlədiyimizdən də üstün nəticəni əldə etdik. Qan xəstəlikləri hər bir insanı yaxalaya bilər. Ona görə də, bu məsələdə insanlara dəstək olmaq üçün həmrəylik göstərməli, çiyin-çiyinə olmalıyıq. Bu tədbir birliyimizin bir daha nümayişi oldu. Aksiyaya bölgə gəncləri də qoşulmuşdu. Buna görə də, biz Mərkəzi Qan Bankı ilə əlaqə saxlayıb bu aksiya üçün xüsusi gün təyin etdik” - deyə, A.Əliyeva vurğulayıb.
Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi ərəfəsində olduğunu xatırladan Gənclər Birliyinin sədr müavini qeyd edib ki, keçirilən qanvermə aksiyası partiyamızın 20 illik yubileyinə bir töhfədir. Aksiya çərçivəsində toplanmış qan irsi xəstəliklərdən əziyyət çəkən insanlara böyük kömək göstərəcək.
Qeyd edək ki, ümumilikdə qanvermə aksiyasında 200-dən çox gənc iştirak edib.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 1456 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31