Nərimanov rayon seçicilərin seçimi bəllidir
12.08.2024 [19:36]
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Samir Vəliyevin YAP Nərimanov rayon təşkilatının qərargahında şəhid ailələri, qazilər və müharibə veteranları ilə görüşü keçirilib.
Görüşdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov Vətənimizin bütövlüyü uğrunda canlarını qurban vermiş oğullarımızla xalqımızın hər zaman qürur duyduğunu bildirib. A.Abbasov qeyd edib ki, dövlətimiz və xalqımız şəhidlərimizi daim böyük ehtiramla anır, onların ailələrinə xüsusi hörmətlə yanaşır. Ona görə də bu kateqoriyadan olan vətəndaşlar qarşıdan gələn parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklər.
Çıxış edən deputatlığa namizəd Samir Vəliyev bildirib ki, Prezident İlham Əliyev ötən dövrdə sadə vətəndaşların, eləcə də şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının yanında olub, onlara mütəmadi qayğı və diqqət göstərib. Məhz bunun nəticəsidir ki, ümumxalq məhəbbətini qazanan cənab İlham Əliyev və YAP xalqın bütün təbəqələri tərəfindən sevilməkdədir.
S.Vəliyev deputat seçiləcəyi təqdirdə həssas təbəqədən olan vətəndaşların istək və arzularını yerinə yetirəcəyinə söz verib.
Görüşdə çıxış edən Nəsimi rayonu Ağbirçəklər Cəmiyyətinin sədri Zərifə Quliyeva və Qarabağ müharibəsi qazisi Vidadi Ağagülov çıxış edərək “YAŞAT” Fondunun yaradılmasının, habelə bu Fonda milyonlarla manat vəsaitin ayrılmasının cənab İlham Əliyevin şəhid ailələri və qazilərə, onların sağlamlığına verdiyi diqqətin göstəricisi olduğunu səsləndiriblər.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

