Ali məktəblərə yüksək nəticələrlə daxil olmuş gənclərlə görüş keçirildi
09.09.2024 [16:24]
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının qərargahında 2023/2024-cü tədris ilində Nizami rayon məktəbləri üzrə ən yüksək nəticələri göstərərək ali məktəblərə daxil olmuş gənclərin mükafatlandırılması mərasimi keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov gəncləri, onların valideynlərini və müəllimlərini təbrik edib, şəxsi həyatlarında və təhsildə daha böyük uğurlar arzu edib.
Bildirilib ki, bu il Nizami rayonu üzrə 84 nəfər 600-650 arası, 27 nəfər isə 650 baldan yüksək nəticə göstərib. Bu nəticə ilə Nizami rayonu Bakı şəhərində ikincidir. Əlavə olunub ki, 9-cu sinif buraxılış imtahanlarının nəticələrinə görə, rayonumuz paytaxtda birincidir. Həmçinin, sevindirici hal ondan ibarətdir ki, ali məktəb imtahanlarında yüksək nəticə göstərən gənclərin böyük əksəriyyəti xarici ölkələrdə təhsil almaq hüququ əldə etsələr də, ölkəmizin ali məktəblərinə üstünlük veriblər.
Tədbirdə vurğulanıb ki, respublikamızın hər yerində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə müasir məktəb binalarının tikintisi, onların maddi texniki bazasının məhkəmləndirilməsi məhz bu sahəyə olan diqqət və qayğını göstərir. Qeyd edilib ki, aparılan islahatların kökündə məhz insan amili dayanır və bu kontekstdə güclü kadrlara olan tələbat bir zərurətə çevrilib.
Görüşdə iştirak edən tələbələr, onların valideynləri də öz növbəsində Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar gənclərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, yaradılan şəraitdən lazımınca yararlanaraq, ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.
Sonda yüksək bal toplayan tələbələrə hədiyyələr və təşəkkürnamələr təqdim edilib.
Qeyd edək ki, bu gün, eyni zamanda Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının qərargahında könüllülərlə də görüş keçirilib. Onlara partiyanın və rayonun ictimai həyatında fəallıqlarına, xüsusilə də, 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə nümayiş etdirdikləri fədakarlığa və yüksək vətəndaşlıq mövqeyinə görə təşəkkür ifadə edilib.
Sonda könüllülər təltif olunublar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25

