Xankəndidən dünyaya növbəti mesaj
26.09.2024 [09:13]
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması müasir tariximizin ən mühüm hadisəsidir. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində torpaqlarımız erməni işğalından azad olundu. Ötən ilin sentyabrında isə Qarabağ erməni separatçılarından tam təmizləndi və oktyabrın 15-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və Əsgəranda üçrəngli bayrağımızı ucaltmasını sonsuz iftixar və qürur hissi ilə izlədik. Bu torpaqlarda üçrəngli bayrağımızın dalğalanması tariximizin şanlı səhifəsidir.
Bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. İki əsrlik münaqişəni, otuz illik müharibəni Zəfərlə bitirən, dünyanın ən islahatçı ölkələri sırasına yüksələn, bölgənin şəriksiz liderinə çevrilən ölkəmizin bütün bu nailiyyətləri Prezident İlham Əliyevin möhtəşəm fəaliyyətinin nəticələridir.
Prezident İlham Əliyevin əlamətdar tarixi günlərdə işğaldan azad olunmuş torpaqlara səfər etməsi artıq ənənə halını alıb. Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə etdiyi hər növbəti səfəri bu torpaqların dirçəlişini daha da sürətləndirir: “Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə etdiyi səfərlərin hər biri dərin məna daşıyır, böyük əhəmiyyət kəsb edir. Bildiyimiz kimi, bu gün həmin ərazilərdə intensiv şəkildə bərpa və quruculuq işləri aparılır. Yeni yollar çəkilir, tarixi-mədəni abidələr bərpa olunur, infrastrukturlar yaradılır. Dövlət başçısının bölgəyə səfərləri də ilk növbədə, məhz həmin bu işlərin xüsusi diqqət mərkəzində saxlandığını göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Prezident İlham Əliyevin bu əlamətdar gündə məhz Xankəndi şəhərinə səfər etməsi, orada yeni təsis olunmuş Qarabağ Universitetində yaradılan şəraitlə tanış olması, professor-müəllim heyəti və gənc tələbələrlə görüş keçirməsi dövlətimizin başçısı tərəfindən elmə, təhsilə, eləcə də sülhə, sabitliyə, tərəqqiyə verilən dəyərin bariz nümunəsidir.
Dövlətimizin başçısı açılışda çıxış edərək bildirdi ki, ikinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz. O, Azərbaycanın bu əməliyyatlarla beynəlxalq hüququn zəfər çaldığını və separatçılara son qoyulduğunu bildird. İlham Əliyev şəhidlərin Vətən uğrunda göstərdiyi fədakarlığı xatırladaraq, onların qəhrəmanlıqlarının Azərbaycanın zəfərində əsas amil olduğunu qeyd etdi. Şəhidlərin əziz xatirəsinin xalqın qəlbində daim yaşayacağını vurğuladı. Qarabağ Universitetinin açılışını tarixi hadisə kimi dəyərləndirən Prezident, bu təhsil ocağının Azərbaycanın gələcək nəsillərinə xidmət edəcəyini və regionun intellektual inkişafına mühüm töhfə verəcəyini bildirdi. Universitetin gələcəkdə yerli və xarici alimlərdən ibarət tədris heyəti ilə fəaliyyət göstərəcəyi qeyd edildi. İlham Əliyev universitetin tələbə qəbulu prosesinə toxunaraq, bu il yüksək bal toplayan tələbələrin Qarabağ Universitetinə daxil olduğunu və qəbul planının demək olar ki, tam yerinə yetirildiyini bildirdi. Bu da Azərbaycanın təhsil sisteminin gücünü göstərir. Prezident universitet tələbələrinə uğurlar arzulayaraq, onların yüksək təhsil alıb ölkəyə faydalı mütəxəssislər kimi yetişəcəyinə əminliyini ifadə etdi. O, Azərbaycanın gənc nəslinin vətənpərvər və savadlı olmasının vacibliyini vurğuladı.
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxAnalitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31

