Sanksiyalar əsassızdır
10.10.2024 [14:26]
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Azərbaycan əməkdaşlıqda maraqlı olan ölkədir. Təbii ki, istənilən öklə ilə əməkdaşlıqda milli maraqlarımız hər zaman əsas götürülür. Öz ərazi bütüövlüyü və suverenliyini bərpa etdikdən sonra bir sıra ölkələr ölkəmizlə əməkdaşlığa xüsusi maraq göstərmiş və əlaqələr qurmağa başlamışlar. Lakin Azərbaycanın qələbəsini həzm etməkdə çətinlik çəkən bəzi Qərb ölkələri erməni lobbisinin təsiri ilə ölkəmizə qarşı sanksiyalar tətbiq etməyə cəhdlər edirlər. Ölkəmizə qarşı tətbiq ediləcək sanksiyalar siyasətinin heç bir perspektivi yoxdur. Çünki bu sanksiyalar tamamilə əsassız və qeyri-qanunidir. Azərbaycana qarşı qərəzli yanaşmanın, ikili standartların göstəricisidir. Prezident İlham Əliyev oktyabrın 8-də Moskvada “Rossiya-1” televiziya kanalına müsahibəsində də bildirdi ki, Azərbaycan qarşı sanksiyalar 1992-ci ildə, ərazilərimizin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi. Bu sanksiyalar 2001-ci ildə, ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra Azəraycana qarşı həmin sanksiyalar yenidən tətbiq olundu. Bu fakt özlüyündə təsdiq edir ki, bütün bunlar nankorluq və selektiv yanaşmadır. Azərbaycan istənilən sanksiyalara qəti şəkildə qarşıdır. Beynəlxalq ictimaiyyət də sanksiyalarla bağlı öz mövqeyini vahid qaydada bildirməlidir.
Dünya yalnız Amerika və Fransadan ibarət deyil. Azərbaycanla hər bir sahdə yüksək səviyyəli əməkdaşlıq əlaqələri olan çoxlu sayda ölkələr mövcuddur. Həmçinin dünya ictimaiyyətinin Azərbaycana hörməti yüksək səviyyədədir. COP29 iqlim konfransın Bakıda keçirilməsi haqqında 200-ə yaxın ölkənin yekdil qərarı bunun əlamətidir. Ölkəmizin beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsi sahəsində böyük təcrübəsi vardır. Gələn il ölkəmizdə III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək. Bir halda ki, Azərbaycanın MDB ölkələrinin əksəriyyəti ilə yüksək səviyyəli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan MDB-yə üzv dövlətlərlə əməkdaşlığa böyük əhəmiyyət verir.
Oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın MDB-yə üzv dövlətlərlə əlaqələrindən bəhs etdi. Ölkə başçısı vurğuladı ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33

