Qələbə yolunun ən əhəmiyyətli hadisəsi
23.10.2024 [18:15]
Gövhər Rəhimova,
YAP Qazax rayon təşkilatının partiya veteranı
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğaldan azad etməsi Azərbaycan xalqının Qarabağdakı qələbə yolunun ən əhəmiyyətli hadisələrindən biridir. Şəhərin azad edilməsi bir neçə gün sürən şiddətli döyüşlər nəticəsində baş verdi. Ermənilər Qubadlıda güclü istehkamlar qurmuş, şəhərin ətrafındakı yüksəklikləri ələ keçirərək Azərbaycan Ordusuna müqavimət göstərməyə çalışmışdılar. Lakin ordumuzun peşəkarlığı və əzmi sayəsində bu yüksəkliklər düşməndən təmizləndi, Xanlıq, Padar və Sarıyataq kəndləri azad edildi. Qubadlıdakı qələbə Şanlı Ordumuzun Laçın dəhlizinə gedən yolunun açılması idi ki, bu da düşmənin döyüş bölgəsinə gələn bütün yollarının bağlanması demək idi. Şəhərin azad edilməsi Azərbaycan Ordusunun 44 günlük müharibədə strateji üstünlüyünü təmin etdi və qələbəni daha da yaxınlaşdırdı.
Qeyd edək ki, Qubadlı rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ilin avqust 31-də işğal edilmişdi. İşğaldan sonra rayondan 29997 məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdi. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdı. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı,
150 km magistral su xətti, 4830 km elektrik xətti, 165 km magistral qaz boru xətti, 9 tikinti, 4 yol idarəsi, 18 dəyirman, 4 su nasos stansiyası, 120 elektrik yarımstansiyası və transformator tamamilə dağıdılmışdı.
Torpaqlarımız işğal altında olan müddətdə rəsmi İrəvan qanunsuz məskunlaşma siyasəti də aparırdı. Ermənistan insanları işğal edilmiş Azərbaycan ərazilərinə yalnız Ermənistandan deyil, həmçinin digər ölkələrdən, o cümlədən böyük erməni diasporasının yaşadığı Yaxın Şərq ölkələrindən də köçürürdü. Hətta, işğala məruz qalmış Azərbaycan ərazilərində yerləşdirilmiş Suriya və İraq qaçqınlarının həmin ərazilərdə Ermənistan silahlı qüvvələrində hərbi xidmətə cəlb olunduqları barədə məlumatlar da mövcud idi. Ermənistan qanunsuz fəaliyyətlərini təkcə dövlət orqanları deyil, həm də öz diasporası və xeyriyyə təşkilatları vasitəsilə də həyata keçirmişdir. İşğal olunmuş ərazilərin tarixi və mədəni xüsusiyyətlərinin dəyişdirilməsi, bu əraziləri Azərbaycan və azərbaycanlılarla əlaqələndirən hər şeyin silinməsi, orada erməni əhalisinin süni şəkildə artırılması və Ermənistan tərəfindən həyata keçirilmiş çox saylı digər qanunsuz əməllər məhz, erməni vandalizminin, erməni vəhşiliyinin əyani sübutudur.
Dörd il əvvəl işğaldan azad olunmuş Qubadlı bu gün öz yeni inkişaf dövrünü yaşayır. Rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri tamamilə yenidən qurulur. Artıq Qubadlının yeni inkişaf tarixi başlanıb. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi məhz, Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasına hesablanmışdır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi, lakin inşa olunan yarımstansiyaların gücü 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Qubadlı rayonu ərazisində 27 oktyabr
2021-ci il tarixində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu da yaradılmışdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi isə davam etdirilir.
Hazırda işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Qubadlıda böyük sürətlə apadlıq-quruculuq işləri aparılır, yeni infrastruktur layihələr icra olunur.
İnanırıq ki, Möhtərəm Prezidentimiz cənab İlham Əlliyevin şəxsi nəzarəti və rəhbərliyi ilə azadlığına qovuşmuş şəhər və kəndlərimiz tezliklə abadlaşaraq Azərbaycanın ən müasir, abad, dilbər guşələrindən birinə çevriəcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

