Azərbaycanın növbəti beynəlxalq uğuru
27.11.2024 [16:57]
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
Beynəlxalq aləmdə xüsusi yeri və çəkisi olan, dünyada yüksək etmad qazanmış, qlobal problemlərin həll edildiyi məkana çevrilən Azərbaycan daha bir mötəbər, əhəmiyyətli tədbirə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdi. Dünya ictimaiyyətinin diqqətini iqlim dəyişikliklərinin yaratdığı problemlərə yönəldən bu mötəbər tədbir işini uğurla başa çatdırdı və bu mühüm hadisə Azərbaycanın növbəti beynəlxalq uğuru kimi tarixə düşdü.
Prezident İlham Əliyev əsasını xalqımızın ümummilli lideri Heydər Əliyevin qoyduğu uzaqgörən və müdrik siyasəti zamanın tələblərinə uyğun olaraq uğurla davam etdirir. COP29-un Azərbaycanda keçirilməsi məhz bu düzgün yürüdülən siyasətin nəticəsidir. Bu qərar ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığı fəal rolun dəyərləndirilməsidir.
Azərbaycan birinci dəfə deyil ki, bu cür qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Ölkəmizin belə tədbirləri keçirmək üzrə böyük təcrübəsi var. “Avroviziya” musiqi yarışması, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi böyük tədbirlər ölkəmizdə uğurla keçirilib. Təbii ki, COP29-un Azərbaycanda keçirilməsinə qərar veriləndə ölkəmizə olan hörmət, etimadla yanaşı bu amil də əsas rol oynayıb. Eyni zamanda Azərbaycanın yaşıl enerjiyə sürətli keçidi, iqlim dəyişmələri ilə mübarizə sahəsində atdığı addımlar, bu istiqamətdə irəli sürdüyü təşəbbüslər bu qərarın qəbuluna əhəmiyyətli dərəcədə təsir edib.
Tədbir noyabrın 11-də başladı və ən yüksək səviyyədə keçirildi. 200-ə yaxın ölkədən Azərbaycana gələn xarici qonaqlar, 12 gün ərzində ölkəmizin gözəlliyinə, xalqımızın mehribançılığına , qonaqpərvərliyə və nümunəvi təşkilatçılığa şahidlik etdilər.
Media mənsublarının fəaliyyətləri üçün hər cür lazımi şərait yaradılmışdır. Bu da tədbirdə aparılan müzakirələrin, alınan qərarların, bütün dünyada geniş işıqlandırılmasına şərait yaradırdı. Bütün bunlar həm də COP29 timsalında ölkəmizin ən gözəl tanıtımı idi desək yanılmarıq.
COP29 olduqca əhəmiyyətli qərarların qəbul edilməsi ilə yadda qaldı. Hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi barədə razılığın əldə olunması tədbirdə qəbul olunan ən önəmli qərarlardan biri idi. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. Bu əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir. Bu COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan tarixi uğurdur.
COP29-da Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsi ilə bağlı razılıq əldə olundu. Bu da COP29 Sədrliyinin önəm verdiyi əsas prioritet məsələlərdən biri idi. Qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq.
2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrimin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması COP29-da əldə olunan əsas nailiyyətlərdəndir. Fondun 2025-ci ildən əməli fəaliyyətə başlaması nəzərdə tutulur.
Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29 təşkilatçılıq, iştirak, eyni zamanda əldə olunan nəticələrə görə tarixi tədbir oldu. Ölkəmiz belə beynəlxalq tədbitə ev sahibliyi etməklə bir daha yüksək səviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi.
Xəbər lenti
Hamısına baxAnalitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25

