Gənclər yeni-yeni hədəflərə doğru inamla addımlayır
30.01.2025 [16:49]
Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri
Müasir tariximizə Zəfər səhifəsinin yazılması ilə bu gün Azərbaycan müasir müstəqil, eyni zamanda, qalib ölkə olaraq dünyanın diqqətindədir. Bu şanlı Qələbə Azərbaycan gəncinin hansı potensiala malik olduğunu təsdiqlədi. Dövlətin gənclərə diqqət və qayğısı onlarda özünəgüvən hissini yaratdı və illər keçdikcə bu inam daha da artdı. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəmədi. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratdı, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etdi. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra gənclərin təhsilinə xüsusi diqqət göstərdi. Təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirilməyə başlandı. Gənclərin qarşısında dayanan vəzifələr keçirilən gənclər forumlarında diqqətə çatdırıldı. Belə ki, 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.”
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. 2007-ci il ölkəmizdə “Gənclər ili” elan olundu. Prezident İlham Əliyevin bu addımı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb oldu. Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənc nəslin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Azərbaycan gəncləri azad, sabitlik olan, özünə güvənən ölkədə yaşayır. Gənclər öz gələcək həyatını düzgün müəyyən etmək və dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Azərbaycan xalqının gənclərə inamı 44 gün davam edən İkinci Qarabağ döyüşündə Zəfər salnaməmizlə təsdiqləndi. 30 il Ermənistanın işğalı altında qalan torpaqlarımızı azad edən Azərbaycan Ordusu sıralarında mətinlik göstərən gənclərimizin sayəsində ərazilərimiz əsl sahiblərinə qaytarıldı. Ən çətin məqamlarda, hərbi əməliyyatlarda düşmənə öldürücü zərbə vuran, keçilməz istehkamları məharətlə yaran əsgər və zabitlərimiz torpaqlarımızı canları, qanları bahasına düşməndən azad etdilər. Bir gün də olsun geri çəkilmədilər. “Mən bilirəm ki, bu günlər ərzində mənim hər bir çıxışımı Azərbaycan xalqı səbirsizliklə gözləyirdi. Çünki biz ilk günlərdən qələbə qazanmışdıq və bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz haradasa geriyə çəkilək, bir dəfə də. Halbuki müharibələrdə belə olur, ordular hücum edir, geri çəkilir, taktiki manevrlər edir. Biz bir gün də geri çəkilmədi” sözləri ilə gənclərin döyüş ruhunun tükənməzliyini bildirən Prezident İlham Əliyevin sərəncamları ilə Vətən müharibəsində qəhrəmanlıq göstərən hərbçilərimizə Milli Qəhraman adının verilməsi, müxtəlif orden və medallarla təltif olunmaları, onlara xüsusi imtiyazların verilməsi, mənzil-məişət şaraitlərinin yaxşılaşdırılması gənc nəslə diqqət və qayğının əyani təzahürüdür. Dövlətimizin başçısının böyük qürur hissi ilə qeyd etdiyi kimi, biz haqlı olaraq gənclərimizlə fəxr edirik. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında yeni hədəflər dayanır. Azərbaycan gəncinin yeniliyə, təkmilləşməyə göstərdiyi maraq bu gün azad edilmiş torpaqlarda həyata keçirilən bərpa-quruculuq işlərinə göstərdikləri dəstəkdə də özünün aydın ifadəsini tapır. Gələcəyimiz olan gənclər əldə etdikləri uğurlara, potensial imkanlarına söykənərək daim yeni-yeni hədəflərə doğru inamla addımlayırlar.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

