Xocalı şəhəri yenidən qurulur
24.02.2025 [16:42]
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
Bu il bəşər tarixində ən qanlı cinayət sayılan Xocalı soyqrımının törədilməsindən 33 il keçir. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi ən dəhşətli faciə kimi yaddaşlara həkk olan və Azərbaycan tarixinin dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermişdir. Bu dəhşətli, dünyada qəddarlığına görə tayı- bərabəri olmayan soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Faciədə 76-sı uşaq olmaqla, 487 nəfər yaralanmış, 1275 nəfər isə əsir götürülmüşdür. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Xocalı Soyqrımına yalnız Ümummilli lider Heydər Əliyev 1993- cü ildə xalqın arzu , istək və təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra hüquqi-siyasi qiymət verilmişdir. Ulu öndər Xocalı soyqrımı haqqında fikirlərini belə ifadə etmişdir: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür". Məhz ulu öndərin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü” haqqında qərar qəbul etdi, sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı. Ümummilli lider Heydər Əliyev deyirdi “Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”. Məhz Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmişdir. 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizin ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində məqsədyönlü işlər görülür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə səmərəli fəaliyyətini xüsusi qeyd etməliyik. Dövlət başçımızın söylədiyi kimi, xalqımız Xocalıda törədilən bu vəhşiliyi unutmur və heç vaxt unutmayacaq. Ölkəmizdə və ölkə xaricində Xocalı Soyqırımı bütün dünyaya tanıtmaq üçün daim geniş miqyaslı tədbirlər həyata keçirir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu istiqamətdə fəaliyyəti danılmazdır. Onun təşəbbüsü ilə 2008-ci ildə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına start verilmişdir. Bu kompaniya dəhşətli Soyqrımın bütün dünyada tanıdılması istiqamətdə atılan ən önəmli addımlardandır. Məhz “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul etmişdir.
Ümummilli liderimiz Heydər Əliyev söyləyirdi ki, Xocalı faciəsinin cavabını verəcəyik, şəhidlərin qanının yerdə qalmaması gününü görəcəyik, Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəyik. Müstəqil Azərbaycanın hüdudlarını tamamilə bərpa edəcəyik. Ulu öndərin söylədiyi kimi də oldu. 27 sentyabr 2020-ci ildə başlamış və 44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu işğal altında qalan torpaqlarımızı azad etməklə tarixi zəfər əldə etdi. Ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa edildi. Misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz yenilməz sərkərdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün şəhidlərimizin, o cümlədən Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Xocalı soyqırımının və xalqımıza qarşı törədilən bir çox cinayətlərin təşkilatçıları və rəhbərləri də Prezident İlham Əliyev uğurla zamanın tələblərinə uyğun olaraq davam etdirdiyi düşünülmüş siyasət nəticəsində həbs olunaraq Bakıya gətiriliblər. Bu gün onların məhkəməsi gedir və onlar törətdikləri cinayətlərə, vəhşiliklərə görə layiqli cəzalarını alacaqlar.
Hazırda işğaldan azad olunmuş ərazilərdə olduğu kimi Xocalıda da geniş quruculuq işləri aparılır. Xocalı şəhəri də yenidən qurulur və artıq onlarla ailə bu şəhərdə məskunlaşmışdır və proses uğurla davam edir. İşgaldan azad edilmiş ərazilərdə aparılan planlı, geniş quruculuq işləri deməyə əsas verir ki, qısa zamanda bu ərazilərimiz dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.
Xəbər lenti
Hamısına baxDünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11

