Azərbaycan və Şimali Makedoniya arasında əməkdaşlıq uğurla davam edir
12.03.2025 [20:32]
Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasətində Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq mühüm yer tutur. Coğrafi mövqeyi, tarixi və mədəni əlaqələri ilə Balkanlar Azərbaycan üçün təkcə regional deyil, həm də beynəlxalq səviyyədə əməkdaşlıq imkanları yaradan strateji əhəmiyyətli regiondur. Son illərdə Azərbaycanın Balkan ölkələri ilə siyasi, iqtisadi və mədəni əlaqələri əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Ölkəmizin regional əməkdaşlıq əlaqələrinin genişlənməsi, Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin gücləndirilməsinə yönəlib.
Azərbaycanın Balkan ölkələri ilə siyasi əlaqələri qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulub. Şimali Makedoniya, Serbiya, Bosniya və Herseqovina, Albaniya və digər Balkan dövlətləri ilə ikitərəfli münasibətlər genişlənir. Xüsusilə, Şimali Makedoniya ilə əlaqələr son dövrlərdə xüsusi dinamika qazanıb. Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın martın 11-də Azərbaycana səfəri bu əməkdaşlığın daha da dərinləşməsi istiqamətində mühüm addım oldu. Səfər zamanı tərəflər arasında siyasi dialoqun gücləndirilməsi, regional təhlükəsizlik məsələləri və iqtisadi əməkdaşlıq imkanları müzakirə edildi. Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova mətbuata verdiyi açıqlamada, ölkələrimiz arasındakı siyasi əlaqələrin inkişafı üçün əlavə tədbirlərin görülməli olduğunu, dövlət qurumlarının sıx təmasda olmasının vacibliyini qeyd edərək, iqtisadi sahədə sərmayə qoyuluşu imkanlarının araşdırılmasının önəmini vurğuladı. Dövlət başçımız cənab İlham Əliyev də tərəflərin əlaqələrin yeni istiqamətlər üzrə inkişafında maraqlı olduqlarını bildirdi.
Azərbaycanın Balkan ölkələri ilə əlaqələrində regional təhlükəsizlik və enerji təchizatı məsələləri xüsusi yer tutur. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfələri Balkan ölkələri tərəfindən yüksək qiymətləndirilir. Şimali Makedoniyaya təbii qaz təchizatı bu əməkdaşlığın uğurlu nümunəsidir. Səfər zamanı Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələrinin dünya enerji xəritəsini dəyişdiyi və yeni layihələrə yol açdığı xüsusilə qeyd edildi. Prezident cənab İlham Əliyev 2020-ci ilin sonunda Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsindəki strateji tərəfdaşlıq haqqında Bəyannaməni xatırladaraq, Azərbaycanın qazının Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin etdiyini bildirdi. Həmçinin, Azərbaycan qazının keçən ilin sonunda Şimali Makedoniyaya çatdırıldığını və gələcəkdə tələbatın artması halında qaz təchizatının artırılacağını ifadə etdi. Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir, bunlardan 10-u Avropa ölkələridir. 2024-cü ildə isə ölkəmiz 25 milyard kubmetr qaz ixrac edib.
Dövlət başçımız cənab İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə, həmçinin mətbuata birgə bəyanatlarında, Azərbaycan ilə Şimali Makedoniya arasındakı əlaqələrin inkişafından və qarşılıqlı səfərlərin bu münasibətlərin irəliləməsindəki rolundan danışdı. Prezident cənab İlham Əliyev ölkələrimiz arasındakı siyasi dialoqun dinamikliyini qeyd edərək, keçən il ev sahibliyi etdiyimiz COP29 iqlim konfransının bunun bariz nümunəsi olduğunu vurğuladı. Qordana Silyanovska-Davkova Azərbaycanın beynəlxalq münasibətlərdəki fəal rolunu təqdir edərək, xüsusilə COP29 iqlim konfransının Azərbaycanda yüksək səviyyədə təşkilinin buna yaxşı nümunə olduğunu bildirdi. O, həmçinin Azərbaycanın çoxtərəfli əməkdaşlığa verdiyi töhfələri və qlobal problemlərin həllində birgə səyləri xüsusi vurğuladı. Silyanovska-Davkova bu səfərin Azərbaycan ilə Şimali Makedoniya arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcəyini bildirdi. Azərbaycan da Şimali Makedoniya ilə əlaqələrin inkişafına xüsusi önəm verir və hər iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələrdə uğurla davam edir. Hazırda tərəflər yalnız energetika sahəsində deyil, digər sahələrdə də əməkdaşlığın inkişafında maraqlıdırlar.
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19

