/ / YAP Kəlbəcər rayon təşkilatı"Konstitusiya və Suverenlik ili" çərçivəsində Zəfər ruhlu Novruz bayramı keçirdi.
YAP Kəlbəcər rayon təşkilatı"Konstitusiya və Suverenlik ili" çərçivəsində Zəfər ruhlu Novruz bayramı keçirdi.
19.03.2025 [12:39]
18 mart 2025 -ci il tarixdə YAP Kəlbəcər rayon təşkilatının təşkilatçılığı ilə Xəzər rayonun Qala qəsəbəsində yerləşən Kəlbəcər rayon 19 nömrəli tam orta məktəb üzrə Ərazi Partiya təşkilatında Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov 19 nömrəli Kəlbəcər rayon tam orta məktəbin müəllim və şagird kollektivini Novruz bayramı münasibətilə təbrik edib.O,Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqa ünvanladığı ənənəvi Novruz təbriklərinin birində dediyi sözləri ifadə edərək bildirdi:“Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Həbib Misirov çıxışına davam edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı,Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
Məktəbin direktoru Nöfəl Şirinov çıxış edərək bildirdi ki, bu gün Novruz bayramını dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlılar böyük məhəbbətlə, əcdadlarına, el-obalarına, müstəqil Azərbaycan Respublikasına bağlılıq hissləri ilə qeyd edirlər.
Novruz bayramı qəlblərdə ən ülvi bəşəri duyğular oyadır, qonaqpərvərlik, səmimilik, xeyirxahlıq kimi yüksək mənəvi dəyərlərlə insanları bir-birinə daha yaxın və əziz edir, dünyanı, təbiəti və insanları yeniləşdirərək, könülləri qurub-yaratmaq əzmi ilə doldurur. Tədbir məktəblilər tərəfindən hazırlanan səhnəciklər, kompozisiyalar və müxtəlif musiqilərlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

