Azərbaycanın yeni dünya nizamına töhfəsi
11.04.2025 [17:05]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda ölkəmizin dünya siyasətindəki sülhsevər mövqeyi, müstəqil dövlətimizin yürütdüyü uğurlu və inamlı xarici siyasəti, həmçinin ölkəmizin gələcəkdə qlobal nizamın formalaşmasında, regional sabitliyin təmin edilməsində mühüm rol oynayacağı bir daha təsdiqləndi. Artıq yeddinci dəfə ölkəmizdə həyata keçirilən beynəlxalq siyasətin müzakirəsinə həsr olunan forumda Azərbaycanın enerji və ekoloji məsələlərdə fəal iştirakı bir daha nümayiş etdirilib. Eyni zamanda ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən bu forum Azərbaycanın gücünün bir daha dünyaya nümayişi oldu.
Mötəbər tədbirdə Prezident cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsinin regionda yaratdığı təhlükəsizlik mühitdən, inkişafdan danışıb:”Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra beynəlxalq ekspertlərin həmin ərazilərə müntəzəm səfərləri onlara ölkəmizin tarixi haqqında daha dolğun məlumat verir. Onlara münaqişənin tarixi və İkinci Qarabağ müharibəsində şanlı Zəfərimizdən ayrılması mümkün olmayan Azərbaycanın bugünkü reallığı və beynəlxalq dəstək olmadan ölkənin ərazi bütövlüyünün öz gücü və siyasi-hərbi yolla bərpası ilə bağlı unikal presedent haqqında məlumat verir. Rektor Paşayev qeyd etdiyi kimi, siz dünən əfsuslar olsun ki, bir çox illər ərzində - otuz ildən artıq müddətdə erməni separatizminin mərkəzi olan Xankəndi şəhərini ziyarət etdiniz. Əslində, Ermənistanın dəstəklədiyi və maliyyələşdirdiyi separatçı hərəkat bu şəhərdə, Azərbaycanın əzəli torpağında başlamışdır. Xankəndi adının özü onun Azərbaycan mənşəyini və kökünü, Xanın kəndi olduğunu nümayiş etdirir”.
Dünyanın məşhur beyin və tədqiqat mərkəzlərini təmsil edən 80 xarici qonağın iştirak etdiyi forumda mühüm müzakirələr zamanı Prezident İlham Əliyev
bildirib ki, biz intiqam almadıq. Lakin xüsusilə Qarabağa qayıdanda və barbarlığı, vəhşiliyi gördükdə bizim işğal illərində hansı hissləri keçirdiyimizi təsəvvürünüzə gətirə bilərsiniz. Beləliklə biz dedik ki, - və mən bunu dəfələrlə demişəm, - intiqamımızı döyüş meydanında alacağıq. Biz normal insan davranışından və özümüzün sadiq olduğumuz müharibə qaydalarından kənara çıxan bir hərəkət etməyəcəyik. Bu, belə də oldu. Biz müharibəni bütün beynəlxalq qaydalara və dəyərlərə dair anlayışımıza uyğun apardıq. Bu, 44 günlük müharibənin hər bir gününü diqqətlə nəzərdən keçirən bütün ekspertlər tərəfindən yüksək qiymətləndirildi.
Bu gün regionda baş verən müsbət dəyişikliklərə Azərbaycanın təşəbbüskarlığı ilə reallaşır. Azərbaycandan gələn bütün tranzitin Gürcüstandan keçdiyini bildirən Prezident cənab İlham Əliyev diqqətə çatdırıb ki, Ermənistan bu prosesin bir hissəsi ola bilərdi.
Forumda Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində genişmiqyaslı layihələrdən də ətraflı bəhs edilib. Həyata keçirilən layihələr regionun enerji təminatında mühüm rol oynamaqla yanaşı, beynəlxalq əməkdaşlığı daha da gücləndirir. Azərbaycanın enerji siyasəti enerji ehtiyatlarının səmərəli paylanması ilə məhdudlaşmır, eyni zamanda, iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə əhəmiyyətli rol oynayır.
Qalib ölkəmizin Qalib Prezidenti cənab İlham Əliyev müzakirələr zamanı böyük uzaqgörənliklə ölkəmizlə bağlı mühüm mesajlar verərək, geosiyasi reallıqlar fonunda Azərbaycanın beynəlxalq mövqeyini, təhlükəsizlik siyasətini qətiyyətlə nümayiş etdirdi.
Nüfuzlu beynəlxalq forumda açıq formada keçirilən müzakirələrdə dünyada və regionumuzda cərəyan edən proseslər, baş verən hadisələr təhlil edildi, Azərbaycanın haqq işi və regionumuzla bağlı həqiqətlərlə bağlı dünya ictimaiyyətinə mühüm mesajlar verildi.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

