Azərbaycan-Gürcüstan dostluğu tarixin sınaqlarından çıxıb
19.04.2025 [15:58]
Qafar Əliyev,
YAP Qaradağ rayon təşkilatının sədri, Siyasi elmlər üzrə fəlsəfə doktoru
Gürcüstanın dövlət başçısının- Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana 2025-ci il aprelin 16-da baş tutan ilk səfəri Azərbaycan və Gürcüstan dostluq münasibətlərini daha da inkişaf etdirərək strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağı bacaran qardaş ölkələr olduğunu bir daha sübut etdi. Müstəqilliyin bərpasından sonra Ümummilider lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində tamamilə yeni mərhələyə qədəm qoyan Azərbaycan-Gürcüstan münasibətləri Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə daha irəliyə aparılaraq yüksək tərəfdaşlıq səviyyəsinədək yüksəldilib.
Təsadüfi deyil ki, son illər iki ölkə arasında yüksək səviyyəli səfərlər, eləcə də hökumət başçıları, parlament sədrləri, xarici işlər nazirləri səviyyəsində səfərlər münasibətlərimizin daha da möhkəmlənməsinə, qarşılıqlı etimad və inamın artmasına mühüm təsir göstərib. Bu səfərlər və görüşlər, aparılan faydalı müzakirələr dialoq mühitini möhkəmləndirərək region üçün nümunəvi platformaya çevrilib.
Artıq uzun müddətdir ki, Azərbaycan-Gürcüstan əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli, beynəlxalq formatlarda uğurla inkişaf edir. Prezident İlham Əliyevin Gürcüstanın dövlət başçısının Azərbaycana aprelin 16-da baş tutan səfəri zamanı mətbuata bəyan etdiyi kimi, iki dost və qardaş ölkə kimi bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir.
Eyni zamanda, dövlət başçısı postuna seçilməsindən sonra ilk rəsmi səfərini Azərbaycana həyata keçirən Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin bu addımı çox mühüm siyasi məna kəsb edir və dövlətimizə, Prezident İlham Əliyevə olan böyük ehtiramı əks etdirir. Prezident İlham Əliyevin də vurğuladığı kimi bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir.
Qeyd edək ki, dost və qonşu ölkə olaraq Gürcüstan daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək keçmiş Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyinin müdafiəsində sabit mövqe nümayiş etdirib. Həmçinin beynəlxalq təşkilatlarda öz qətiyyətli iradəsini ifadə etdirərək, 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq səsini dəstəkləyib. Eyni zamanda, Azərbaycan da Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü həmişə dəstəkləyib.
Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyi demək olar ki, bütün sahələri əhatə edir. İki ölkə arasında ali səviyyədə mövcud olan fəal siyasi dialoq həm təhlükəsizlik və müdafiə, həm iqtisadi, həm enerji, həm nəqliyyat- ogistika, həm də mədəni-humanitar və turizm sahələrində ciddi uğurlara əsas yaradıb.
Məlumdur ki, bu iki dost ölkə strateji əhəmiyyətli regionda yerləşməklə, qlobal əhəmiyyətli enerji, nəqliyyat, kommunikasiya layihələrində birgə iştirak etməklə bölgədə sabitliyin təmin olunmasına töhfə verməkdədir. Azərbaycan Prezidentinin xatırlatdığı kimi, böyük əhəmiyyət daşıyan bu layihələr Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edir: “Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil”.
Hazırda iki ölkənin birlikdə müəllifi olduğu böyük nəqliyyat-kommunikasiya layihələri böyük sinergiya konsepsiyası kimi çıxış edərək Cənubi Qafqazı Orta Dəhlizin ayrılmaz hissəsinə çevirir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi sülhün, əmin-amanlığın bərqərar etdirilməsinə öz töhfəsini verən Gürcüstan və Azərbaycanın liderliyi ilə ümid etmək olar ki, Cənubi Qafqazın qara səhifələri bundan sonra bağlanacaq və tarixdə qalacaq.
Qətiyyətlə demək olar ki, qardaş ölkələrimiz əməkdaşlığın formatını daha da genişləndirmək, yeni istiqamətlər üzrə möhkəm əlaqələr qurmaq üçün sarsılmaz iradə nümayiş etdirir. İndiyə qədər iki ölkə arasında imzalanmış çoxsaylı sənəd geniş əməkdaşlıq üçün möhkəm hüquq baza yaradıb və yeni layihələrin həyata keçirilməsinə yol açıb.
Bu baxımdan Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin qeyd etdiyi bu fikir tamamilə yerinə düşür: "Düzgün və ardıcıl siyasətlə biz regionun potensialından tam istifadə etməli, dünyanın geosiyasi xəritəsində güclü, etibarlı, birləşdirici körpü funksiyasını yerinə yetirməliyik. Əminəm ki, ölkələrimizin və xalqlarımızın mənafeyi naminə bir-birimizin maraqlarını nəzərə alaraq əlaqələrimiz daha da sürətlə inkişaf edəcək".
Beləliklə, Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana ilk səfərini ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində növbəti uğurlu addım və yeni layihələrin icrasına möhkəm təməl kimi xarakterizə oluna bilər.
Xəbər lenti
Hamısına baxSosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49

