Ana dilimizin inkişafı və çiçəklənən dövrü Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır
21.04.2025 [19:14]
Mansur Quliyev,
YAP Ağdam rayon təşkilatının sədri
Müstəqil, demokratik Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Bu gün sülh və əminamanlıq içində yaşadığımız müstəqil Azərbaycan dövləti Ulu öndərimiz Heydər Əliyevin şah əsəridir və xalq öz xilaskar oğlu ilə hər zaman qürur duymaqdadır.
Hər bir xalqın milli kimliyini və onun mənsubiyyətini müəyyən edən amillərdən biri də onun ana dilidir. Azərbaycan dili də öz tarixi keçmişi və zənginlikləri ilə tanınan dillərdən biridir. Tarixə nəzər saldıqda görmək olar ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib və bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun sürə bilməmişdir.
Ana dilimizin inkişafı və çiçəklənən dövrü Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu öndər Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində Ana dilimiz əbədi olaraq dövlət dili kimi öz varlığını qoruyub saxlaya bildi. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.
1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır.
Sovetlər birliyinin süqutundan sonra bir çox postsovet ölkələri kimi Azərbaycanda öz müstəqilliyini elan etdi. Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox tarixi sınaqlarla üzbə-üz qaldı. 1993-cü ildə məhz Ulu öndər Heydər Əliyevin siyasi rəhbərlik təcrübəsi, liderlik bacarıqları sayəsində dövlətçiliyimiz və müstəqilliyimiz böyük təhlükədən qurtuldu, Azərbaycan öz müstəqilliyini qoruyub saxladı və Ümummilli lider Heydər Əliyevin uğurlu siyasi kursu nəticəsində parlaq gələcəyə, inkişafa doğru inamla addımlamağa başladı.
Hər zaman öz tarixinə və ana dilinə xüsusi önəm yetirən Ulu Öndər Heydər Azərbaycan dilinin adını özümüzə qaytarmışdır və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdi.
Ulu öndər Heydər Əliyevin sosial, iqtisadi, siyasi, elmi, mədəni və digər istiqamətlərdə atdığı düşünülmüş və praqmatik addımlar nəticəsində Azərbaycan həm siyasi, həm elmi-mədəni, həm iqtisadi sahələrdə dünya arenasına inteqrasiya etməyə başladı.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dilinin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına göstərdiyi qayğı, bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41

