/ / YAP Kəlbəcər rayon təşkilatı tərəfindən şəhid mayor Milli Qəhrəman Şahlar Əvəz oğlu Şükürovun doğum günü qeyd olunub
YAP Kəlbəcər rayon təşkilatı tərəfindən şəhid mayor Milli Qəhrəman Şahlar Əvəz oğlu Şükürovun doğum günü qeyd olunub
20.05.2025 [18:36]
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı tərəfindən şəhid mayor Milli Qəhrəman Şahlar Əvəz oğlu Şükürovun doğum günü qeyd olunub.
Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və 23 saylı Kəlbəcər rayon orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbir iştirakçıları şəhid Milli Qəhrəman Şahlar Şükürovun ali təhsil aldığl Dövlət İqtisad Unveristetinin ( keçmiş Xalq Təsərrüfatı) inzibatı binasında şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan yeni Memorial-Xatirə Kompleksinini ziyarət edərək şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək, önünə gül dəstələri düzüblər.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, şəhid Milli Qəhrəman Şahlar Şükürov haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək qeyd edib ki, Kəlbəcər-Ağdərə yolundakı qeyi-bərabər döyüş Qarabağ müharibəsinin ən unudulmaz səhnələrindən biridir. O zaman savaş təzə-təzə közərirdi. Amma düşmən onu alovlandırmaq üçün fürsət axtarırdı. 11 iyul 1990-cı ildə, Kəlbəcər-Ağdərə yolundakı Otaqqayada, qeyri-bərabər döyüşdə Şahlar Şükürov və ustad sənətkar Dədə Şəmşirin qızı Çimnaz xanım şəhidlik zirvəsinə yüksəlib. Sədr Həbib Misirov dövlətimiz tərəfindən yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdən, həyata keçirdiyi Dövlət Gənclər siyasətindən, gənc nəslə hərb tariximiz, döyüş ənənələrimiz, milli qəhrəmanlarımızın, şəhidlərimizin keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması barədə geniş məlumat verdi. Qeyd etdi ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğı göstərilməsi hər zaman dövlət siyasətinin prioritet məsələsidir. Birbaşa Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı ən ali səviyyədə müvafiq göstərişlər verilir və bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Vətən Müharibəsində və anti terror əməliyyatlarında biz bir daha gördük ki, Azərbaycanın böyük və güclü gələcəyi var. Çünki sağlam, cəsur, qəhrəman bir nəslin yetişdiyini gördük. Onların hamısı Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşdular, 30 illik Vətən həsrətinə öz canları, qanları hesabına son qoydular.
Şükürov Şahlar Əvəz oğlu 17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib, hərbi xidmətə gedib. Ordudan tərxis edildikdən sonra Ucar rayonu Daxili İşlər Şöbəsində çalışıb. 1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirib. Zərdab rayonunda rəis müavini vəzifəsində çalışan Şahlar mayor rütbəsi alıb.
11 iyul 1990-cı ildə Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı Ağdərə ərazisində ermənilərin qəfil hücumuna məruz qalan zaman qeyri-bərabər döyüşdə qəhrəmanlıq nümayiş etdirərək həlak olub.
Ailəli idi. İki övladı var.
Polis mayoru Şükürov Şahlar Əvəz oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn olunub. Zərdab rayonunda adına məktəb və küçə var.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34

