Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir
26.05.2025 [20:17]
"Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir". bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının 21 may 2025-ci ildə Budapeştdə keçirilən qeyri-rəsmi iclasında çıxışı zamanı söyləyib.
Dövlətimizin başçısı, həmçinin vurğulayıb: "Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur". Müasir müstəqil Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirir. Bütün dövlətlər və xalqlarla sülh, dostluq şəraitində yaşamaq niyyətini dəfələrlə bəyan edən ölkəmiz ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunaraq qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsi istiqamətində fəal iş aparır, dünyada və regionda sülhün, təhlükəsizliyin qorunmasına və möhkəmlənməsinə layiqli töhfələr verir.
Artıq bir müddətdir ki, türkdilli dövlətlərin başçıları arasında təmasların yeni formatda davam etdiyini müşahidə edirik. Təmasların mütəmadi xarakter almasında Azərbaycan liderinin fəaliyyəti danılmazdır. Çünki Azərbaycan Prezidenti İlham Əliyev xarici siyasətdə türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsini prioritet məsələlərdən biri hesab edir. Dövlət başçısı bu ölkələrlə iqtisadi, siyasi, humanitar və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir.Azərbaycan liderinin türkdilli dövlətlər arasında təmasların inkişafında göstərdiyi səylər hər zaman təqdir edilib. Prezident İlham Əliyev tərəfindən irəli sürülən təklif və təşəbbüslərin həyata keçirilməsi türkdilli ölkələr arasındakı əlaqələrin inkişafına əsaslı töhfə verib.Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə əlaqələri tarixində ikitərəfli münasibətlərin ən yüksək zirvəyə ucalması, Qazaxstan, Özbəkistan, Qırızıstan və Türkmənistanla qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, türkdilli ölkələr arasında inteqrasya prosesinin geniş vüsət almasında Azərbaycanın körpü rolunu oynaması, habelə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilərək yeni statusda fəaliyyəti göstərməsində xidmətləri böyükdür. Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Bu gün Azərbaycanın xarici siyasətində biz bunun şahidi oluruq. Prezident İlham Əliyevin son illər ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək konturlarını müəyyənləşdirir.Azərbaycanın xarici siyasətində Türk dilli ölkələrlə münasibətlərin inkişafı mühüm yer tutur. Türk dilli dövlətlərlə dostluq, İqtisadi, siyasi mədəni, enerji və nəqliyyat sahəsində sürətlə inkişaf edən Türk filli təşkilatın üzvü olan dövlətlərlə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir.Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır. Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək. Bu gün Orta Dəhlizə artan maraq heç də təsadüfi deyil. Çünki bu beynəlxalq nəqliyyat marşrutu Çindən, Qazaxıstandan, Xəzər dənizindən, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanır və Şərqdən Qərbə yükdaşımalarda son dərəcə əhəmiyyətli yoldur. Bu marşrutun ən vacib hissəsi isə təbii ki, Zəngəzur dəhlizi olacaq. Heç şübhəsiz, Zəngəzur dəhlizi, ilk növbədə, bölgənin inkişafında xüsusi əhəmiyyət kəsb edəcək, regionda yeni əməkdaşlıq formatının yaranmasına, sülhün və tərəqqinin təmin olunmasına xidmət göstərəcək. Ən əsası isə odur ki, bu dəhliz coğrafi baxımdan bütün Türk dünyasını birləşdirəcək.Ölkəmiz hazırda Avrasiya məkanının mühüm logistik mərkəzlərindən biri kimi tanınaraq yeni təşəbbüslər irəli sürməkdə davam edir. Eyni zamanda, İpək Yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal iştirakçısı olan Azərbaycan gerçəkləşdirdiyi genişhəcmli layihələrin nəticəsi olaraq müxtəlif istiqamətlərə tranzit daşımaların səmərəli təşkilinə etibarlı təminat verir.Əvvəlcə onu deyək ki, Avropa və Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsində önəmli rol oynayan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu 2017-ci ildə istifadəyə verilib. Respublikamızın təşəbbüsü ilə inşa edilən bu dəmir yolu vasitəsilə bölgəmizdə və bütövlükdə Avrasiyada yeni nəqliyyat xəritəsi yaradılıb, Azərbaycanın tərəfdaşları tərəfindən ötən müddətdə BTQ dəmir yolundan səmərəli istifadə edilib. Respublikamızın ərazisindən keçən yolların çoxşaxəli olması isə ölkəmizin imkanlarını böyük dərəcədə artırıb.Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da İpək Yolu layihəsi çərçivəsində reallaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tərkib hissəsi kimi mühüm önəm daşıyır.Əlverişli coğrafi mövqeyi, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri də daxil olmaqla əsas ticarət yollarının kəsişməsində yerləşməsi ölkəmizin dinamik inkişafını şərtləndirən əsas amillərdəndir. Uzaqgörən iqtisadi siyasət həyata keçirən dövlətimiz çoxşaxəli regional və beynəlxalq ticarət əlaqələrinin qurulmasında əsas oyunçu kimi çıxış edir.Güclü infrastruktura malik olan Azərbaycan nəqliyyat şəbəkələrinin inkişafına böyük sərmayə qoyaraq bu strateji üstünlüyünü daha da möhkəmləndirməklə mühüm nəqliyyat qovşağına çevrilir.Azərbaycan və Türkiyə arasında nəqliyyat və tranzit sahəsində əməkdaşlıq Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) çərçivəsində strateji məna kəsb edir. Bakı-Tbilisi-Qars dəmir yolu bu istiqamətdə ən uğurlu layihələrdən biridir. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması və Naxçıvanla quru əlaqənin bərpası təkcə ikitərəfli deyil, həm də Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında iqtisadi inteqrasiyanı gücləndirəcək.Azərbaycanın və Qazaxıstanın coğrafi xüsusiyyətləri – Avropa və Asiyanın ən böyük iqtisadi mərkəzləri arasında yerləşməsi ölkələrimiz arasında mövcud nəqliyyat şəbəkəsinin tam gücü ilə istifadə edilməsini təmin etmək üçün real şərtlər yaradır. Marşrutun inkişafına əlavə təkan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin başa çatdırılması olub. Bu, Çindən Qazaxıstan vasitəsilə Türkiyəyə yüklərin çatdırılma müddətini 12 günə qədər azaldıb. Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək. Prezident İlham Əliyevin ötən ilin iyununda Özbəkistana dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Azərbaycan-Qırğızıstan hər iki ölkə arasındakı Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımalar əməkdaşlığın iqtisadi sahədə genişləndiyini göstərir.
Eyni zamanda, AZAL tərəfindən 2024-cü il sentyabrın 17-dən etibarən Bakı-Bişkek-Bakı marşrutu üzrə həftədə bir dəfə müntəzəm uçuşların həyata keçirilməsi iki ölkə arasında biznes mühitinin daha da inkişaf etməsinə, investorların və turistlərin hər iki ölkəyə gəlişini asanlaşdıraraq ticarət dövriyyəsinin artmasına kömək edir.2023-cü il mayın 1-dən “Azərbaycan Hava Yolları” QSC tərəfindən Bakı-Düşənbə-Bakı marşrutu üzrə həftədə 3 dəfə olmaqla beynəlxalq uçuşların həyata keçirilməsi planlaşdırılır. Regionda baş verən hadisələr, geosiyasi vəziyyət yeni reallıq yaradıb. Bu reallıq əməkdaşlığın yeni çərçivəsinin nəzərdən keçirilməsini və tranzit-nəqliyyat əlaqələrinin qurulmasını diktə edir.Yüklərin daşınmasını asanlaşdırmaq, daha sürətli və səmərəli etmək üçün müxtəlif nəqliyyat vasitələrinin birləşdirilməsinə - multimodal əlaqəyə xüsusi önəm verməsi ölkəmizin nəqliyyat habı statusunu daha da möhkəmləndirir. Belə ki, Azərbaycan yük maşınları, qatar, gəmi, təyyarə və s. nəqliyyat vasitələrindən istifadə etməklə beynəlxalq yüklərin və insanların təhlükəsiz, daha aşağı qiymətə və vaxta qənaətlə mənzilbaşına maneəsiz çatdırılmasına imkan yaradır.
Həbib Misirov,
YAP Kəlbəcər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına bax
İdman
13 İyun 23:34

YAP xəbərləri
13 İyun 23:11

YAP xəbərləri
13 İyun 22:46

Sosial
13 İyun 22:31

Dünya
13 İyun 22:17

Dünya
13 İyun 21:53
YAP xəbərləri
13 İyun 21:29

İdman
13 İyun 21:14

Hadisə
13 İyun 20:53

YAP xəbərləri
13 İyun 20:38

Elm
13 İyun 20:36
YAP xəbərləri
13 İyun 20:12

Dünya
13 İyun 20:02

Dünya
13 İyun 19:50

YAP xəbərləri
13 İyun 19:37

YAP xəbərləri
13 İyun 19:13

Dünya
13 İyun 19:07

Siyasət
13 İyun 18:59

YAP xəbərləri
13 İyun 18:36

YAP xəbərləri
13 İyun 18:04

YAP xəbərləri
13 İyun 17:57

YAP xəbərləri
13 İyun 17:45

YAP xəbərləri
13 İyun 17:11

YAP xəbərləri
13 İyun 17:00

YAP xəbərləri
13 İyun 16:56

YAP xəbərləri
13 İyun 16:53

YAP xəbərləri
13 İyun 16:50

Dünya
13 İyun 16:41

YAP xəbərləri
13 İyun 16:37

Dünya
13 İyun 16:34

YAP xəbərləri
13 İyun 16:23

YAP xəbərləri
13 İyun 16:10

YAP xəbərləri
13 İyun 16:07

YAP xəbərləri
13 İyun 15:44

MEDİA
13 İyun 15:44

Dünya
13 İyun 15:36

Dünya
13 İyun 15:28

Dünya
13 İyun 15:28

YAP xəbərləri
13 İyun 14:39

Dünya
13 İyun 14:32

Sosial
13 İyun 14:21

Hərbi
13 İyun 14:19

Dünya
13 İyun 14:19

Dünya
13 İyun 14:17

Sosial
13 İyun 14:15

İqtisadiyyat
13 İyun 14:12

YAP xəbərləri
13 İyun 13:26

Dünya
13 İyun 12:47

Sosial
13 İyun 12:30

Siyasət
13 İyun 12:05

Xəbər lenti
13 İyun 12:03

Sosial
13 İyun 12:01

Sosial
13 İyun 11:55

YAP xəbərləri
13 İyun 11:41

Siyasət
13 İyun 11:04

Dünya
13 İyun 11:04

İqtisadiyyat
13 İyun 10:44

Gündəm
13 İyun 10:40

Siyasət
13 İyun 10:24

YAP xəbərləri
13 İyun 10:12

Siyasət
13 İyun 09:55

Sosial
13 İyun 09:53

YAP xəbərləri
13 İyun 09:46

İqtisadiyyat
13 İyun 09:38

Dünya
13 İyun 09:37

İqtisadiyyat
13 İyun 09:36

Sosial
13 İyun 09:36

Dünya
13 İyun 09:36

Dünya
13 İyun 09:35

İqtisadiyyat
13 İyun 09:20
