15 İyun – Milli Qurtuluş Günü: Heydər Əliyev liderliyinin Azərbaycanı xilas etdiyi tarix
12.06.2025 [13:11]
Azərbaycan xalqının müasir tarixində elə bir gün var ki, həmin gün təkcə bir siyasi qayıdışın deyil, bütöv bir xalqın milli dirçəlişinin, dövlətinin xilası, sabitliyin, inkişafın, güvənin bərpası kimi dəyərlərin başlanğıcıdır. Bu gün 15 İyun Milli Qurtuluş Günü xalqın yaddaşına həm də ümidlərin yenidən doğulduğu gün kimi həkk olunub.Bu günün qəhrəmanı isə şübhəsiz ki, Azərbaycanın müstəqillik tarixində ən böyük şəxsiyyət Ulu Öndər Heydər Əliyevdir.
Heydər Əliyev sadəcə bir siyasətçi deyildi. O, bütün tarixi çətinliklərə, daxili və xarici təzyiqlərə rəğmən xalqını xilas etməyi bacaran, müdrikliyi ilə zamanını qabaqlayan siyasi lider, xalqı ilə dövləti arasında körpü quran xilaskar, millətinə inanan və onu dövlətçilik məktəbindən keçirən fenomenal şəxsiyyət idi.
1991-ci ildə formal olaraq müstəqilliyini bərpa edən Azərbaycan Respublikası, təəssüf ki, dövlət quruculuğu prosesinə hazırlıqsız şəkildə daxil oldu. O dövrdə idarəetmə təcrübəsizliyi, siyasi ambisiyalar və daxili çəkişmələr ölkəni vətəndaş müharibəsi astanasına gətirib çıxardı. Bu çətin və gərgin şəraitdə xalqın nicat yolu bir nəfərdə cəmləşirdi – Heydər Əliyev şəxsiyyətində. Xalq öz xilaskarına üz tutdu. 15 iyun 1993-cü il tarixində Ulu Öndərin Azərbaycan Ali Sovetinin sədri seçilməsi və siyasi hakimiyyətə qayıdışı ölkəni dağılmaq təhlükəsindən xilas etdi. Məhz bu səbəbdən bu gün Azərbaycan xalqı tərəfindən Milli Qurtuluş Günü kimi tarixləşdirildi və milli yaddaşa həkk olundu.
Heydər Əliyev qayıtdıqdan sonra ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin təmin olunması, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi, dövlət idarəetməsində intizamın bərpası və xarici siyasətdə balanslaşdırılmış kursun qurulması istiqamətində qətiyyətli addımlar atdı.
1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın neft strategiyasını dünya iqtisadiyyatına bağladı və iqtisadi inkişaf üçün real zəmin yaratdı. Paralel olaraq hüquqi dövlət quruculuğu istiqamətində mütərəqqi islahatlar başladı. 1995-ci ildə ilk Konstitusiyanın qəbul olunması ilə Azərbaycanın hüquqi çərçivəsi formalaşdı və dövlətçiliyimizin təməli möhkəmləndi.
Biz gənclər üçün 15 İyun sadəcə keçmişin mühüm tarixi deyil – bu gün milli kimliyimizi formalaşdıran, dövlətçilik təfəkkürümüzü yönəldən bir məktəbdir. Gənc nəslin siyasi savadlı, milli maraqlara sadiq, dövlətə bağlı yetişməsi üçün Heydər Əliyevin müəyyən etdiyi yol xəritəsi bu gün də aktuallığını qoruyur.Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı beynəlxalq arenada nüfuzlu və söz sahibi olan bir dövlətə çevirib. Ən önəmlisi isə – bu siyasi kursun zirvəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərdir. Qələbə ilə bitən bu savaş əslində 1993-cü ildə başlanan milli qurtuluş yolunun qələbəsidir.
Bir gənc olaraq əminliklə deyə bilərəm ki, Milli Qurtuluş Günü – dövlətçilik dərsimizin başlanğıcı, sabitliyin təminatçısı və gələcəyə olan inamın təməlidir. Bu gün bizə bir vəzifə qoyur: keçmişi düzgün dərk edib, gələcəyə daha inamla addımlamaq.Tarixi dəyərlərinə sahib çıxan, siyasi şüuru yüksək olan, Heydər Əliyev ideyaları ilə yaşayan gənclik – Azərbaycanın sabahıdır. Biz bu sabahı milli qurtuluş fəlsəfəsi üzərində qurmaq üçün var gücümüzlə çalışmalı, vətənə, dövlətə, liderə sadiq olmalıyıq.
Aysel Tahirova,
YAP Nərimanov rayon təşkilatının fəal gənci
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

