Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir
12.06.2025 [15:56]
2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Ptezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” qardaşlığın yeni tarixi mərhələsidir. Bu Bəyannamə iki qardaş ölkə arasındakı əlaqələri ən yüksək səviyyəyə qaldırır və burada göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək səviyyəli əməkdaşlığı təmin edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatında qeyd etmişdir ki, imzalanmış Bəyannamə tarixə əsaslanır: “Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.
Bu Bəyannamənin 2021-ci il tarixində imzalanması təsadüfi deyildir. Çünki düz 100 il bundan əvvəl tarixi Qars müqaviləsi imzalanmışdır. Məhz 100 ildən sonra azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsinin imzalanması böyük rəmzi məna daşıyır. Şuşa Bəyannaməsində Azərbaycan və Türkiyənin beynəlxalq müstəvidə birgə əməkdaşlığı, fəaliyyəti, siyasi əlaqələri, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və bir çox önəmli məsələlər öz əksini tapır.
Bəyannamədə Azərbaycan və Türkiyənin xarici siyasət davranışları ilə bağlı müddəa da yer almışdır. Tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparırlar. Sənədə əsasən, qardaş ölkələr beynəlxalq münasibətlərin inkişafı, yerli, bölgə və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün birgə səylər göstərirlər.
Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə bir-birini qoruyacaqlar.
Bəyannamədə digər vacib məqamlardan biri iqtisadi-nəqliyyat məsələləri ilə bağlıdır. Sənəddə mühüm geosiyasi əhəmiyyətə malik nəqliyyat layihələri ilə əlaqədar Zəngəzur dəhlizinin açılması ilə bağlı ifadələrin çox açıq şəkildə öz əksini tapması böyük əhəmiyyətə malikdir. Bu da ikinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyət nəticəsində mümkün olmuşdur. Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması uğrunda 44 gün davam edən Vətən Müharibəsində Türkiyə dövlətinin və onun Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəsdək təmənnasız qardaşlığın parlaq nümunəsidir. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sahələrdə böyük əzmkarlıq göstərdilər. Beynəxalq səviyyədə nə qədər təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Bu həm Azərbaycanı ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı.
Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəldən “Şuşa Bəyannaməsi”nin məhz Milli Qurtuluş Günündə imzalanması da təsadüfi deyil. Bu hadisə Azərbaycan xalqının Vətən müharibəsindən sonra yaranmış böyük ruh yüksəkliyini daha da alovlandırdı, dostlar üçün böyük sevinc, düşmən üçün isə gözdağı oldu.
İşğaldan azad edilmiş torpaqlarımızda, Türkiyə-Azərbaycan bayraqlarının birgə dalğalandığı Şuşada qardaş ölkə prezidentləri arasında imzalanan bu müttəfiqlik Bəyannaməsi əslində dünyada analoqu olamayan Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyə doğru sürətli inkişafını özündə əks etdirir. Bu Bəyannamə Azərbaycan-Türkiyə arasında əməkdaşlığı gücləndirərək ən yüksək səviyyəyə qaldırır.
Gündüz Bayramov,
YAP Samux rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20
YAP xəbərləri
12 Yanvar 21:19
Dünya
12 Yanvar 20:52
YAP xəbərləri
12 Yanvar 20:46
YAP xəbərləri
12 Yanvar 20:37
Dünya
12 Yanvar 20:10
İqtisadiyyat
12 Yanvar 19:49
YAP xəbərləri
12 Yanvar 19:24
İqtisadiyyat
12 Yanvar 19:15
YAP xəbərləri
12 Yanvar 18:31
İdman
12 Yanvar 18:25
Sosial
12 Yanvar 18:25
Siyasət
12 Yanvar 18:17
YAP xəbərləri
12 Yanvar 18:00
YAP xəbərləri
12 Yanvar 17:47
Sosial
12 Yanvar 17:14
Siyasət
12 Yanvar 16:50
Siyasət
12 Yanvar 16:49
Siyasət
12 Yanvar 16:33
Siyasət
12 Yanvar 16:32
Siyasət
12 Yanvar 16:32
Sosial
12 Yanvar 16:31
YAP xəbərləri
12 Yanvar 16:15
Dünya
12 Yanvar 16:08
Sosial
12 Yanvar 16:06
YAP xəbərləri
12 Yanvar 15:29
Gündəm
12 Yanvar 15:22
YAP xəbərləri
12 Yanvar 15:13
Hərbi
12 Yanvar 14:21
İqtisadiyyat
12 Yanvar 14:06
Sosial
12 Yanvar 13:11
İqtisadiyyat
12 Yanvar 13:10
İqtisadiyyat
12 Yanvar 13:10
Hadisə
12 Yanvar 13:09
İqtisadiyyat
12 Yanvar 12:47
Müsahibə
12 Yanvar 12:45
Hadisə
12 Yanvar 12:02
YAP xəbərləri
12 Yanvar 11:42
Siyasət
12 Yanvar 11:36
İdman
12 Yanvar 11:30
Dünya
12 Yanvar 11:25
Dünya
12 Yanvar 11:18
YAP xəbərləri
12 Yanvar 11:17
Dünya
12 Yanvar 11:15
YAP xəbərləri
12 Yanvar 11:11
İdman
12 Yanvar 11:09
Hadisə
12 Yanvar 11:09
Dünya
12 Yanvar 10:41
MEDİA
12 Yanvar 10:29
Dünya
12 Yanvar 10:17
Dünya
12 Yanvar 09:45
Dünya
12 Yanvar 09:21
Dünya
12 Yanvar 08:50
Dünya
12 Yanvar 08:39
Sosial
12 Yanvar 07:51
İdman
11 Yanvar 23:17
Sosial
11 Yanvar 22:31
Sosial
11 Yanvar 21:25
İdman
11 Yanvar 20:49
Dünya
11 Yanvar 20:44
Dünya
11 Yanvar 19:13
Dünya
11 Yanvar 19:07
Sosial
11 Yanvar 18:42
İqtisadiyyat
11 Yanvar 18:41
Hadisə
11 Yanvar 18:38
Hadisə
11 Yanvar 18:32
İdman
11 Yanvar 17:19
Siyasət
11 Yanvar 16:35

